İsaak Nyuton

Vikisitat saytından
Jump to navigation Jump to search
İsaak Nyuton

İsaak Nyuton (ing. Sir Isaac Newton) — ingilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimi. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bütün təbiəti izah etmək hər hansı bir adam üçün, hətta bütöv bir dövr üçün çox çətin məsələdir. Bunu tədricən, amma əminliklə etmək, qalanları isə sizdən sonra gələnlərə saxlamaq, əminlik olmadan hər şeyi fərziyyələr əsasında izah etməkdən daha yaxşıdır..

C[redaktə]

  • Cavanlıqda işləsəniz, qocalıqda rahat yaşayarsınız.

D[redaktə]

  • Dahi, məlum istiqamətdə cəmlənmiş fikrin səbridir.
  • Digər sübutlar olmadıqda, öz barmağım məni Allahın varlığına inandıra bilərdi.
  • Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir.
  • Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm.

E[redaktə]

  • Elm öyrənərkən misallar qaydalardan daha faydalıdır.
  • Eşq körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün tək qalarlar.

Ə[redaktə]

  • Əgər başqa insanlardan mənim üçün bir şey etmələrini gözləsəydim heç bir şey edə bilməzdim.
  • Əgər daha irəlini gördümsə, nəhənglərin çiyinlərində dayandığım üçün olmuşdur.
  • Əgər mən başqalarından uzaq görürəmsə, deməli, nəhənglərin çiyinlərində dururam.
  • Əgər mən başqalarının mənə alət düzəltməyini gözləsəydim, heç vaxt heç nə edə bilməzdim.

H[redaktə]

  • Həqiqəti həmişə mürəkkəblikdə və müxtəlif qarışıqlarda yox, sadəlikdə axtar.
  • Həqiqi fəlsəfə ölümün öyrənilməsindən başqa bir şey deyil.

K[redaktə]

  • Kəmiyyət o vaxt maksimum və ya minimum adlanır ki, o, bu anda nə irəliyə, nə də geriyə axır.

M[redaktə]

  • Mən başqalarından ona görə çox gördüm ki, nəhənglərin çiyinlərinə çıxıb baxırdım.
  • Mən bunu öyrəndim, amma siz yox.
  • Mən dünyada kimi təmsil etdiyimi bilmirəm. Özümü həmişə dəniz sahilində gah hamar daşlar, gah qeyri-adi gözəl balıqqulağı taparkən əylənən oğlan uşağı kimi hiss edirəm, qarşımda isə həqiqətin sirli okeanı uzanıb gedir.
  • Mən fərziyyələr uydurmuram.
  • Mən, Müqəddəs Kitabda, doğruluğun əlaməti olan daha çox sübutlar görürəm, nəinki hər hansı dünyəvi tarix üzrə əsərlərdə.[1]

P[redaktə]

  • Platon da, Aristotel də mənim dostumdur, amma həqiqət ən böyük dostumdur.

R[redaktə]

  • Riyaziyyatda bir şeyləri əsla anlaya bilməzsən,yalnız onlara alışa bilərsən.

S[redaktə]

  • Sağlam bir düşüncə olmadan, heç bir böyük ixtira edilməmişdir.
  • Sevgi körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün yalnızdırlar.

T[redaktə]

  • Tanrı hər şeyi ölçüylə yaratmışdır. Ağırlıq, ədəd və uzunluq.
  • Təbiət hadisələrini izah etmək üçün kifayət edən və həqiqi səbəblərdən başqa səbəblər qəbul edilməməlidir.
  • Təbiət sadədir və artıq səbəblərlə cah-calalla yaşamır.
  • Təsir həmişə bərabər və əks təsirə bərabərdir.

U[redaktə]

  • Ulduzların hərəkətlərini hesablaya bilərəm amma insanların dəliliklərini yox.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər.

İstinadlar[redaktə]

Vikianbarda İsaak Nyuton ilə əlaqəli mediafayllar var.

  1. Two Apologies, by Richard Watson, 1820, p. 57