Udmurt atalar sözləri

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adamı qırmanca öyrətməzlər.
  • Axşam düşündüyün işi səhər gör.
  • Ağacın gücü - köküylə, insanın gücü - dostları ilə bilinər.
  • Ağacların da hamısı düz boy atmır.
  • Ağıl ana südüylə verilməyincə, özgəsindən gözləmə.
  • Ağlamayan uşağa layla deməzlər.
  • Ağzından yağ tökülən kimi danışır.
  • Allah olmasa da yaşamaq olar.
  • Almanın bir çürüyü safları da çürüdür.
  • Anaları olmasa arılar pətəkdəcə ölər.
  • Ananın dili danlayır, ürəyi yanır.
  • Arılar da anasız yaşaya bilmirlər.
  • Arvadını döyən - özünü döyər.
  • Atanın da oğlu ol, elinin də.
  • Atəşə daş da dözməz, çatlar.
  • Atı dağa çıxanda tanıyırlar, dostu - bərkə düşəndə.
  • Atı fit çala-çala suvararlar, qonağı dillə yedirərlər.
  • Atı qırmacla yox, yulafla çaparlar.
  • Atın dörd ayağı var - oda büdrəyir; insanın bir dili var - necə də səhv etməsin.
  • Atın qiyməti yəhərinə görə deyil, insanın hörməti - paltarına görə.
  • Ayı gücü ilə dolanır, insan - ağlı ilə.

B[redaktə]

  • Bahadır özü ölür, şöhrəti yaşayır.
  • Bahar yenə qayıdır, amma deyilən sözü geri qaytara bilməzsən.
  • Balıq dərin yer axtarar.
  • Balığın səsi eşidilməz.
  • Başa ağıl gərəkdir, ağıla da baş.
  • Başın ağıla, ağlın başa ehtiyacı var.
  • Bəd xasiyyət - qocaldar, xoş xasiyyət - cavan saxlar. [1]
  • Bəd tərəfi düşünməsən, yaxşını da görməzsən.
  • Bərk qaçan at qoşquda çox qaça bilməz.
  • Bir gün tez əkən, bir həftə tez biçər.
  • Bir ildə iki dəfə yay olmur.
  • Burun iki göz arasında olsa da, oğru gəlsə, onu da oğurlar.

C[redaktə]

  • Camaat inanmayan adama inanmaq olmaz.
  • Canavar boğazdan yapışar.

Ç[redaktə]

  • Çay da öz otağını dəyişir.
  • Çınqı balacadır, odu - böyük.
  • Çöpçünün xoruzu da yumurtlar.
  • Çörək kürk deyil, amma qızındırır.
  • Çörək olmasa. ağılla qarın doymaz.
  • Çürük ağacın düyünü bərk olar.

D[redaktə]

  • Dadmadan, biskvitlərin dadını anlaya bilməyəcəksiniz.
  • Dağlar başı dumansız olmaz, insan başı - fikirsiz.
  • Deyingən adam bəhanə tapacaq.
  • Dəmirçinin əli qızıldır, şairin - sözü.
  • Dərd meşələrdə yox, adamlar arasında gəzir.
  • Dik sünbülün dəni olmaz.
  • Dil ilə görməkdənsə, əl ilə gör.
  • Dil sussa da, gözlər danışır.
  • Dilin büdrəyincə, ayağın büdrəsin.
  • Dilin sümüyü olmaz, xəyalın - intəhası.
  • Doğma dilini unudan, doğma anasını da unudar.
  • Donuz həmişə çirkab tapacaq.
  • Dost olan yerdə həsrət olmaz.
  • Dostsuz ziyafət də adamı darıxdırır.
  • Dostu bir ilə də tapmaq olmur, bircə dəqiqəyə incitmək olur.
  • Dostu qaranlıqda da səsindən tanımaq olar.
  • Dostu pulla almaq olmaz.
  • Dostu yemək başında yox, iş başında axtar.
  • Dostun gərək özündən yaxşı ola.
  • Dostun yaxşısı başa salır, yavası xəlvəti-xəlvəti ələ salır.
  • Dostunu da qoru, özün də məhv olma.
  • Dovşanın qorxanı köpəyin düz üstünə qaçar.
  • Durnabalığı öldü, dişləri qaldı.

E[redaktə]

  • El işləyəndə işlə, el gəzəndə gəz.
  • Eşqin ürəyə gəlməyi asandır, getməyi çətin.

Ə[redaktə]

  • Əgər qızıl yəhər atın belini sıyırırsa, onu da at yerə və yandır.
  • Əhval yaxşı olanda, iş də asan olur.
  • Əyilmiş boyuna minmək asandır.

F[redaktə]

  • Fikirləşəndə də, işləyəndə də tələsmə.
  • Fırtına qabağı meşə uğuldar.

G[redaktə]

  • Gecikən qarğa burnunu təmizlər.
  • Gərəkli daş ağır olmaz.
  • Göz görmür, ürək inanmır.
  • Göz qorxur, işi əl görür.
  • Gözəl gözəli tapar.
  • Gözlər uzağı görür, ağıl ondan da uzağı.
  • Günəş bir gündə iki dəfə çıxmır, insana həyat iki dəfə verilmir.
  • Günəş hər dəfə bir cür doğur.

X[redaktə]

  • Xəsis bazarda vicdanını da satar.
  • Xəsisin barmağından da qan çıxmaz.
  • Xəsisin söhbəti "yox"la qurtarar.

H[redaktə]

  • Haqq dağı da çevirər.
  • Haqq dəryanın dibində də olsa, üzə çıxar.
  • Haqqın yolu birdir, yalanınkı - cürbəcür.
  • Hamıya yuxarıdan aşağıya baxan özü alçaq olar.
  • Həqiqətdən (işıqdan) gizlənə bilməzsən.
  • Həm geyindir, həm yedirt, həm də acı sözünü eşit.
  • Hər şey köhnəlir, həqiqətdən başqa.

İ[redaktə]

  • İncini dağda axtar, ağlı - xalqda.
  • İnsanı sözlə də öldürmək olar.
  • İstəkli dost yanına gedən yol uzaq da olsa, yaxın görünər.
  • İstiotu acılığına görə atmırlar.
  • İş qızıldan qiymətlidir.
  • İş yerində tərləsəniz , insanlar arasında məşhur olacaqsınız.
  • İşə hamıdan tez get, gec qayıt.
  • İşi-gücü olmayanın səhvi də olmaz.
  • İşsiz olan çörəksizdir.
  • İtə çomaq göstərməkdənsə, çörək göstər.
  • İtən qızılı tapmaq olar, itən vaxtı - yox
  • İtən qoyuna hər yerdə sahib tapılar.
  • İtəni göz yaşı ilə qaytarmaq olmaz.
  • İynə hara - ip də ora.

K[redaktə]

  • Kasıbın uşağı çox olar, varlının quzusu.
  • Kasıbın ürəyi kövrək olar.
  • Keşiş anbara dartar, keçi - zəmiyə.
  • Keşişin paltarının qolu gen olar, cibi - dərin.
  • Könlün olsa mümkün olmayanı da mümkün edərsən.
  • Külək dağı uçurur, söz xalqı qaldırır.
  • Külək haradan əsirsə, yağış da oradan olacaq.

Q[redaktə]

  • Qarğa istəyir min dəfə qarıldasın nə xeyri, qaz bir dəfə qaqqıldayır - yaz gəlir.
  • Qarğanın uçmadığı yer qalmayıb, heç yerdə də onu qartal sayan olmayıb.
  • Qısqanc adamın gözü on iki olar.
  • Qoca qarğa boş yerə qarıldamaz.
  • Qonaqdan soruşma "sənə toyuq kəsim, yoxsa yox".
  • Qonşu dost olsa həmişə kömək istəmək olar.
  • Qoyun olsa, qurd tapılar.
  • Qurd həmişə ac olar.
  • Qurd qüvvətiylə, insan fəndiylə.
  • Ourdun göz yaşına inanma.
  • Qürbətdə səadət olmaz.

M[redaktə]

  • Mahnı oxumaq bir yerdə, danışmaq tək-tək yaxşıdır.
  • Məhəbbət ölümdən güclüdür.

N[redaktə]

  • Narahat ürəyi piy basmaz.
  • Nə qədər yuyunsan da sudan təmiz olmayacaqsan.
  • Nənənin özü dişsiz olsa da, sözü "dişli"dir.

O[redaktə]

  • Odu su ilə söndürmək olar, məhəbbəti heç nə ilə.
  • Oğlu olmayan bir dəfə ağlar, oğlu olan - on dəfə.
  • Oğlu olmayan yeddisini oğulluğa götürər.

Ö[redaktə]

  • Öz gücünə inanmırsansa - batdın.
  • Öz günahını özgənin boynuna atma.
  • Özgə ağlı ilə çox dolanmazsan.
  • Özgənin eybi güldürər, özününkü - ağladar.
  • Özgəyə gülmə, özün gülünc olarsan.
  • Özü aldadan özgələrə də inanmaz.
  • Özün dəryanın dibində olduqda dostu sahildən köməyə çağırma.

P[redaktə]

  • Palıd gec böyüyür, amma möhkəm olur.
  • Pis adamın öz-özündən də zəhləsi gedər.
  • Pis adamın ürəyi qara olar.

S[redaktə]

  • Saatın ayağı yoxdur, amma gedir.
  • Sağlam səhhət - sərvətdir.
  • Sağsağanla sığırçın bir yuvada yaşamaz.
  • Samanın qurusu sınar.
  • Savadsız adam - qanadsız quş.
  • Səadət göydən düşmür.
  • Səadət qocaya gecikməz, cavana tələsməz.
  • Səadət pəncərədən girir, dərd qapıdan.
  • Səadəti yorğan - döşəkdə gəzməzlər.
  • Səbr partlamadı, səbrsizlik partladı.
  • Səhv eləməyi bilirsən, düzəltməyi də bil.
  • Səmimi sözün hərarəti üç qış bəs elər.
  • Sirr sözü heç yastığa da etibar eləmə.
  • Siz taleyinizdən qaça bilməzsiniz.
  • Sınanmış dostla hər şeyi yarı bölmək olar, təkcə namusdan başqa.
  • Soxulcanın da ürəyi var.
  • Sürü böyük olanda qurddan da qorxusu olmaz.

Ş[redaktə]

  • Şərab olan yerdə şər olar.
  • Şərabın nəşəsi bir gecəlik olar, kədəri - bir həftəlik.
  • Şirini azca - azca yeyərlər.
  • Şum eləyəndə xışı əldən qoyma.

T[redaktə]

  • Taledən qaça bilməzsən.
  • Tarakanın tələsəni şorbaya düşər.
  • Tezdən ayılan sağsağan ac qalmaz.
  • Tək ağacı külək tez yıxar.
  • Tək arının balı çox olmaz.
  • Təklikdə bir bardaq sıyıq aşını yemək də çətin olur, birlikdə daşı da çevirmək asandır.
  • Təmiz işi natəmiz əllə görməzlər.
  • Tənbəl durduğu yerdə də yorulur.
  • Tənbəl həmişə ac olar.
  • Tənha ağacı külək yörğalayandaöz budaqları bir-birinə ilişər.
  • Təzə qaşıqla yeyilən şorba dadı gələr.
  • Torpaq yedirirsə də, özü də yemək istəyir.
  • Torpaqdan iyrənmə, torpaqda taxıl bitir.
  • Torpağın sahibi insandır.
  • Tülkü də toyuğun yanına yaltaq - yaltaq gedir.
  • Tülkünün quyruğu başından bahadır.

U[redaktə]

  • Udmurt dəyirmandan da mahnı ilə gələr.
  • Udmurtlar və marilər bir kökün rişələridir.

Ü[redaktə]

  • Ürək ağlayır, baş ağrayır.
  • Ürəyi oğurlanan qız səadət tapa bilməz.
  • Ürəyin odu var, tüstüsü yox.

V[redaktə]

  • Vaxtı at kimi dirəyə bağlamaq olmaz.
  • Vaxtında olunan bir kömək ikiqat kimidir.
  • Varlıdan istəmə, yoxsuldan istəmə.
  • Vurağan inək buynuzsuzunu doğar.

Y[redaktə]

  • Yaxşı adamın kefi şərabsız da yaxşı olar.
  • Yaxşı arvad evin yarısıdır.
  • Yaxşı da olmaq olar, yaman da; varlı da olmaq olar, kasıb da - amma qonşusuz yaşamaq olmaz.
  • Yaxşı dostu olmayan özünün pis işlərini başa düşməz.
  • Yaxşı əhval - xoşbəxtliyin yarısıdır.
  • Yalan tək ayaq üstə durur, həqiqət - iki ayaq üstə.
  • Yalan və qorxaqlıq bir cibdə yerləşir.
  • Yalanla qorxu bir cibdə olar.
  • Yaltaq özü təzim umur.
  • Yamana uyma, yamana yaxşı ilə üstün gəl.
  • Yana sıçrayan talaşa düşdüyü yerdə tək qalar.
  • Yatmaqla ilham gəlməz.
  • Yeməyə gecik, əkinə gecikmə.
  • Yoxlamamış inanma.
  • Yol verən çoxdur, yemək verən yox.
  • Yolun kənarı var, nəhayəti - yox.
  • Yolun tanışı qısa görünər.
  • Yumulu ağıza milçək girməz.
  • Yava iş tüstü kimi uzağa yayılar.

Z[redaktə]

  • Zəhmət hər cür möhnəti yox edə bilər.
  • Zəhmətdən gözəl kim nə tapdı?
  • Zəhməti sevəni hamı sevər.
  • Zəvzəyin dili döyənək olar.

İstinadlar[redaktə]

  1. Aforizmlər və hikmətli sözlər. Bakı,2005