Tatar atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ac adamın acığı yaman olar.
- Acı olsun, haqq olsun.
- Acıxandan qınanan yamandır.
- Acıq gəldi - ağıl qaçdı.
- Acın gözü - çörəkdə, toxun gözü - hənəkdə.
- Adamın çoxluğu işə yarar, məsləhətə yox.
- Ad-san igidə yaraşıqdır.
- Adı da yox, zatı da yox.
- Axmaq özünə eş tapmaz, tənbəl özünə iş tapmaz.
- Ağac budaqsız olmaz, şöhrət - ortaqsız.
- Ağac nə qədər boy atsa da, kökü torpaqda olar.
- Ağac - yarpağıyla gözəldir, insan - paltarıyla.
- Ağcaqovaq çartıltıyla yanar, amma közü düşməz.
- Ağıllının atı yorulub-üzülmür, Donu cırılıb-süzülmür.
- Ağıllının əli işlər, ağılsızın dili işlər.
- Ağlağan uşağın anası zirək olar.
- Ağudan da dərman olur.
- Ağzın açsa ciyəri görünər. (yoxsul, dilənçi haqqında)
- Ala bilirsən, verə də bil.
- Alim yanında dilini saxla, usta yanında - əlini.
- Allaha ümid olan ac qalar.
- Ana fikri bala yanında, bala fikri - biyabanda.
- Ana südüylə gəlməyən vərdiş, mal südüylə gəlməz.
- Aş versən, aş verərlər, daş versən - daş.
- At ağnayan yerdə tük qalar.
- At dartmasa, araba getməz.
- At dişindən tanınar, igid işindən.
- At olsa, yəhər tapılar.
- Ata "vurmaz" demə, itə "qapmaz".
- Atanla qürrələnmə, adınla qürrələn.
- Atı allaha tapşır, amma cilovunu özün tut.
- Atın şöhrəti igidin əlində, igidin şöhrəti öz əlində.
- Atın var - qanadın var, inəyin var - qonağın var.
- Atını qırmancla vurma, yulafla vur.
- Ay keçməmiş atı tərifləmə, il keçməmiş - arvadı.
- Ayaqqabın dar olsa, dünyanın genliyindən nə fayda.
- Ayı gücünə inanar, insan - ağlına.
- Ayırd eləməyən gözlüdən, ayırd eləyən kor yaxşıdır.
- Az danışsan, çox eşidərsən.
B[redaktə]
- Bacaranın ağzı aşlı, bacarmazın gözü yaşlı.
- Bahar buzu yastıq qalınlığında da olsa, inanma.
- Baxtı çağırsan da gəlməz, bəlanı qovlasan da getməz.
- Baxtı gətirənin xoruzu da yumurtlayar.
- Baxtı satın almaq olmaz.
- Bal arını çəkər, şirin dil - insanı.
- Bal - qurdlamaz, qız - qarımaz.
- Bal şirindir deyib barmağını çeynəmə.
- Bala böyüdürsən, təkcə boyu yox, ağlı da böyüsün.
- Bala qədrini ana bilər, igid qədrini - el.
- Bala üçün ananın ürəyi ağrıyar, atanın biləyi ağrıyar.
- Balamın balası - ürəkparası.
- Balıq dərin yer axtarar, insan - yaxşı yer.
- Barmağı bildir əzilən bu il qışqırmaz.
- Baş - börk üçün deyil, bilik üçündür.
- Başına dartır - ayağına çatmır, ayağına dartır - başına çatmır.
- Başını daşa vurma; vursan da baş yarılar, daş qalar.
- Bay danışar varından, kasıb: dili-zarından.
- Bay varından verməz, kasıb olanın verər.
- Bayda görəndə "Mübarək olsun!", kasıbda görəndə "Kiminkidir?".
- Bayın buxarısı əyri də olsa, tüstüsü düz çıxar.
- Baylıq ayırar, yoxsulluq birləşdirər. (Bay - varlı, baylıq - varlılıq).
- Baylıq - bir aylıq: gələr də, gedər də.
- Bazara pulsuz getməkdən gora imansız getmək yaxşıdır.
- Bəla ağac başında gəzmir, adam başında gəzir.
- Bəla tək gəlmir.
- Bildiyin doqquz olsa, bilmədiyin ondur.
- Bilən bildiyin işlər, bilməyən barmağın dişlər.
- Bilən bir söz deyər, düz deyər.
- Bilənə bir de, bilməyənə min de.
- Biləyi sınama, ürəyi sına.
- Bilik qazanmaq, iynə ilə quyu qazmaq.
- Bilməmək ayıb deyil, bilməyi diləməmək ayıbdır.
- Bilsəydim hara yıxılacağam, ora saman döşərdim.
- Bir ata iki boyunduruq salmırlar.
- Bir çəllək balı bir qaşıq qətran acılar.
- Bir dəfə qorxan it üç gün hürər.
- Bir gözü yekşənbəyə (bazar gününə), o biri gözü çərşənbəyə baxır.
- Biri doyur atılıb düşür, biri donur atılıb düşür.
- Biri tüpürsə - bir olar, el tüpürsə - göl olar.
- Bığ pişikdə də var.
- Borc alarsan - qul olarsan.
- Borcunu ver, sonra öl.
- Boş sünbülün başı yuxarı olar.
- Bu günün işini sabaha qoyma.
- Buxarısı olanda suxarısı olmur, suxarısı olanda buxarısı olmur.
C[redaktə]
- Can da çəkməsə, qan çəkər.
- Cəhənnəm əzabına adət olunur.
Ç[redaktə]
- Çağrılmamış qonaq rüsxətsiz gedə bilər.
- Çay görməmiş çırmanmazlar.
- Çəyirtgədən qorxan taxıl əkməz.
- Çox bilən, tez qocalar.
- Çölə qamış yaraşar, kişiyə namus yaraşar.
- Çörək - duz, yaxşı üz.
- Çubuğu vaxtında əyməsən, böyüyəndə əyilməz.
D[redaktə]
- Dabandan girən azar başdan çıxar.
- Dadlıdan dadlı - yaxşı söz.
- Dağa çıxmaq çətindir, düşmək asan.
- Dağın yaraşığı daşdır, adamın yaraşığı başdır.
- Davalı söz baş yarar, doğru söz daş yarar.
- Deyəcəksən - söz çıxacaq, döyəcəksən - göz çıxacaq.
- Dəli ilə tapma da, bölüşmə də.
- Dəlidən soruşma, özü deyər.
- Dərd - var, dərman - yox.
- Dərdin gizləyən ölər, borcun gizləyən müflis olar.
- Dərdli dərdin danışanda dərdsizin başı ağrıyar.
- Dəvə də bəxşişdir, düymə də.
- Dil qılıncdan itidir.
- Dilənçiyə xoş üz göstərsən, əvəzində sədəqə istəyəcək.
- Dinim üçün deyiləm, günüm üçünəm.
- Doğma eldən doyan yox.
- Doğma ev-eşik - qızıl beşik.
- Doğru danışan doğmalarına yaramır.
- Donuzu qunduz eləmək olmaz.
- Dost ağladar - öyrədər, düşmən güldürər - öldürər.
- Dost ilə dost olmağa şadlan, düşmənlə dost olmaqdan saxlan.
- Dostu çox olanın gücü çox olar.
- Dostun dost olsun, özündən üstün olsun.
- Dostun necədir - hörmətin də eləcədir.
- Dovşan ölməmiş dərisini satmırlar.
- Dövlətlinin malı - kasıbın qanı.
- Dövlətlinin mal-qarası çox olar, kasıbın - bala-bulası.
- Dövlətliyə gündə bayram, gündə toy; kasıba gündə həsrət, gündə vay.
- Döyüşdən boş qayıdınca, yaralı qayıt.
- Dözən dəmiri də üzər.
- Durnabalığının özü də ölsə, sümüyü ölmür.
- Duz çörək, düz çörək.
E[redaktə]
- Ehtiyatlılıq - qorxaqlıq deyil.
- El desə, yalan deməz.
- Elin işi ər əlində, ərin işi el əlində.
- Elm kitabın içində də var, çölündə də. (Yəni, həyatda).
- Elsiz adam - gölsüz balıq.
- Eşşəyin şakərini yiyəsi bilər.
- Evə sığmayan - elə sığmaz.
Ə[redaktə]
- Əgər təksən, börkünlə məsləhətləş. (Börk - papaq, baş geyimi)
- Əkinçinin yarı ömrü çöldə keçər.
- Əl yarası gedər, dil yarası getməz.
- Əlləri oynamayanın gözləri oynar. (yəni işləməyən əllərə baxar)
- Əmə bilən, iki ananı əmər.
- Əvvəl görüş, sonra - soruş.
- Əvvəli necə, axırı da elə.
- Əyilən başı qılınc kəsməz.
- Əyri iş qırx ildən də sonra bilinər.
F[redaktə]
- Filin başı diri də olsa, ölü də olsa - min manatdır.
- Filin dişi - ustanın işi.
G[redaktə]
- Gövhər misqalla çəkilər.
- Göydəki durnanı tutacağam deyib əlindəki sərçəni buraxma.
- Gözəllik toy-düyündə gərək, ağıl-gündə gərək.
- Gözü kora yoldaş ol, könlü kora yoldaş olma.
H[redaktə]
- Haqq söz daş yarar.
- Halal çörəyi küçədə də yemək olar.
- Havadakı durnanı tutacağam deyib, əlindəki sərçəni uçurtma.
- Heç sönməyən od olmaz.
- Heyvan otdan, molla aşdan doymaz.
- Heyvan ölsə qarğa sevinər, insan ölsə - molla.
- Hər cür azar: yeməkdən-aşdan, hər cür qovğa: qohum-qardaşdan.
- Hər hörmətin minnəti var.
- Hər quş öz yuvasın təriflər.
- Hər quş şahin olmaz.
- Hər meyvənin öz mövsümü.
- Hiylədə tülkü kimi dovşan da ustadır, amma neyləyəsən ki, quyruğu qısadır.
X[redaktə]
- Xaşxaşın bir ləçəyi dərmandır, bir ləçəyi - ağu.
- Xeyirsiz bulud dəryaya yağar.
- Xəstəlik batmanla gələr, misqalla gedər.
- Xoruz da öz hininin sahibidir.
- Xoş niyyət - yarı dövlət.
- Xörək çoxsa, "bismillah" nəyə lazım?
- Xörək yiyəsi ilə dadlı olar.
İ[redaktə]
- İki şahin dalaşanda bir balınclıq tük tozlanar.
- İgid bir dəfə, qorxaq üç dəfə ölər.
- İgid özü üçün doğular, başqaları üçün ölər.
- İgidin sözü bir olar.
- İgidlik üçün bilək də gərək, ürək də gərək.
- İl qocaltmır, qayğı qocaldır.
- İlan isti yerə öyrəşər.
- İnanılmayan sözü düz olsa da söyləmə.
- İnsan deyəsən - canı yox, heyvan deyəsən - yunu yox.
- İnsan - dilindən tutular, heyvan - buynuzundan.
- İsminə baxma - cisminə bax.
- İş onda deyil ki, ayğır necə kişnəyir, iş ondadır ki, ilxını necə dolandırır.
- İşə başlama, başladın boşlama.
- İşə başlayanda qürrələnmə, işi qurtaranda qürrələn.
- İşləyəni dövlət basar, işləməyəni - yuxu.
- İt balasını mırıldaya-mırıldaya əzizlər.
- İt boynuna inci-muncuq taxmazlar.
- İt kimə hürər, pişik də ona mırıldar.
- İtə sümük atsan ulamaz.
- İtin içi təmiz, çölü kirdir, pişiyin çölü təmiz, içi məkrdir.
K[redaktə]
- Karxanada nər olsa, yük yerdə qalmaz.
- Kasıb işi güc-qüvvətlə görər, varlı - mal-dövlətlə.
- Kasıblığın sifəti - tənbəllik.
- Kimin arabasına minsən, onun da havasına züy tutarsan.
- Kök nazilincə, arıq üzülər.
- Köpək köpəkliyini etməsə köpər.
- Kötük yanmaq bilməz, yansa sönmək bilməz.
- Külək hansı tərəfdən gəlsə, yağış da o tərəfdən gələr.
Q[redaktə]
- Qabaq təkər hara getsə, dal təkər də ora gedər.
- Qabaqda - inamın, arxada - dayağın olsun.
- Qara qoyunun dərisini sabunla da yusan ağarmaz.
- Qaranquş günü tərifləyər, bülbül dünü tərifləyər. (Dün - gecə)
- Qarışqa bir meydanı tutar, heç kəs də bilməz.
- Qarğa ağzını açar, laçın alıb qaçar.
- Qarğa bala alır, qırt toyuq çırpınıb qalır.
- Qatarından ayrılan qaz bir topa qarğaya yem olar.
- Qayğısız adam su içib də kökələr.
- Qazana dəyərsən - qarası dəyər, Yamana dəyərsən - bəlası dəyər.
- Qələm yazanı bıçaq poza bilməz.
- Qənaət qarın doydurar.
- Qərib it quyruğunu qısıb gəzər.
- Qəssab çox olsa, mallar duasız kəsilər.
- Qızıl-gümüş çıxan yerdən doğulduğun yer əziz.
- Qızıl torpaqda da çürüməz.
- Qoca sərçə samana aldanmaz.
- Qonaq üzü görməyən çadlıq üzü görməz.
- Qoyunun yıxılmağı da görünmür, dəvənin büdrəməyi də görünür.
- Quduran it yiyəsini qapar.
- Quşa lələk yaraşır, kişiyə əmək yaraşır.
- Qurd balasını necə doyursan da gözü meşədə qalacaq.
- Qurd - qoyunla, varlı - yoxsulla yoldaş olmaz.
- Qurd qurdu yeməz.
- Qurddan qorxan meşəyə getməz.
- Ourdla yaşasan, qurd kimi ularsan.
- Qurdu ayağı doydurar.
- Qurdun gücü dişindədir.
- Quru qaşıq ağız yırtar.
- Qürbər eldə öz elinin itini də yaxın sayırsan.
L[redaktə]
- Laçın da günəşdən yuxarı uça bilmir.
M[redaktə]
- Məkkəyə getməklə eşşək hacı olmaz.
- Mərəz gedər, adət getməz.
- Məsləhətli don dar olmaz.
- Min daş-qaşın olunca, bir ağıllı başın olsun.
- Misdən gümüş olmaz, səsdən - iş.
- Molla "ver" deyəndə eşitmir, "al" deyəndə eşidir.
- Mollanın qarnı yeddi qoyunun dərisindən tikilib.
N[redaktə]
- Nadan molla imandan eləyir, nadan təbib candan eləyir.
- Nadanlıq - yamanlıq.
- Namusunu cavanlığından qoru.
O[redaktə]
- Od çox olan yerdə mal-qara, ölü çox olan yerdə molla kökələr.
- Od tüstüsüz olmaz.
- Oddan qorxan tüstüdən qorxar.
- Odun tək yanmaz, yataq tək qızmaz.
- Odunu doğrayan yaxsın (yandırsın), ata - qoşan baxsın.
- Oxumuş ölməz, oxumamış gün görməz.
- Oğurluq malın bərəkəti olmaz.
- Otuz dişdən söz çıxsa, otuz aula faş olar.
- Otuzunda ox atmayan, qırxında qılınc çalmaz.
- Oynaya bilməyən ayıya meydan dar gələr.
Ö[redaktə]
- Öküz elə bilir buynuzlu yuxarı başda durmalıdır.
- Ömürlük dostuna könlünü ömürlük bulandıran söz demə.
- Öz qayğın - ürəyində, özgə qayğısı köynəyində.
- Öz qədrini bilməyən, özgə qədrini nə bilsin.
- Öz ruzini özün tap.
- Özü -üzsüz, sözü - duzsuz.
P[redaktə]
- Papağı atmaqlan qurddan qurtarmaq olmaz.
- Paylaşdıra bilməyən paysız qalar.
- Pələng balası tutmaq üçün pələng yatağına girmək gərəkdir.
- Pis adama borcun borcun olmasın - toyda da istər, yasda da.
- Pisdən yaxşı doğulsa, tayı-bərabəri olmaz.
- Piyada getsən, atlı ilə yoldaş olma.
- Pulu yoldan da tapsan sayıb götür.
R[redaktə]
- Riza-namaz toxluqda, iman qaçar yoxluqda.
S[redaktə]
- Sadəlik - dahilikdir.
- Saqqala inanma, ağla inan.
- Sağlam bədəndə - sağlam ağıl.
- Sağsağan "səkərəm" deyib öz yerişini də itirdi.
- Sevdirən də dil, söydürən də dil.
- Səbəbsiz nəticə olmaz.
- Səbir edərsən - muradına yetərsən.
- Səhər gəlir - zəhmət gəlir, axşam gəlir, rahət gəlir.
- Sərxoşun könlündə nədir, dilində də odur.
- Siçanın aləmində pişikdən güclü heyvan yoxdur.
- "Sirrimi düşmən bilməsin" - deyirsənsə, dostuna da demə.
- Söz qanadsızdır, amma uçur.
- Söz yiyəsi ilə getməz.
- Susmaq razılıq əlamətidir.
- Sürüdən qalanı qurd aparar, eldən qalanı - kor.
Ş[redaktə]
- Şahin-şonqar olmayanda, yapalaq meydan sular.
T[redaktə]
- Taxılı - əkən bilər, arabanı - çəkən bilər.
- Təbib xəstə olsa, özünə dərman tapa bilməz.
- Tək odun yanmaz.
- Tənbəl az işlər, çox dişlər.
- Tənbələ gənəşsən, sənə bir dünya iş öyrədər.
- Tox at yorulmaz.
- Torağay yağış yağanda balasını qoruyur, dolu yağanda öz başını.
- Toy gileysiz olmaz.
- Toyuq yatanda yat, xoruz, duranda dur.
- Tüpürmə quyuya, içməli olarsan.
U[redaktə]
- Ustanın mərtəbəsi şagirdinə görədir.
- Uşaq olsa - od olsun, od olmasa - yox olsun.
- Uşaqlı evdə qeybət olmaz.
- Uşaqlı evdə sirr qalmaz.
Ü[redaktə]
- Ürəyi istəyən ilanın da ətini yeyər.
- Üzəndən də üzüyuxarı üz.
V[redaktə]
- Vaxtın itdi - Baxtın itdi.
- Var - dövlətin başı sağlıqdır.
- Var - sevindirər, yox - yandırar.
- Vara sevinmə, yoxa yanıxma.
- Varı olanı görmək istəməz, olmayana vermək istəməz.
- Varlı borcuna mal verir, kasıb - tər.
- Verərsən - alarsan, əkərsən - biçərsən.
- Vədən iki olmasın.
Y[redaktə]
- Yaxşı arvad ev qurar, yaman arvad uçurar.
- Yaxşı aş qalınca, yaman qursaq dağılsın.
- Yaxşı işin tezi-geci yoxdur.
- Yaxşıya gün yox, yamana ölüm yox.
- Yalandan əvvəlcə xeyir də tapsan, axırda ziyan taparsan.
- Yamanların yaxşısı olmaqdansa, yaxşıların yamanı ol.
- Yel əsməsə, budaq tərpənməz.
- Yeyəndə qoy qulağın tərpənsin, işləyəndə qoy ürəyin atılsın.
- Yeznə qovsa - eşiyə çıxarsan, oğul qovsa - beşiyə baxarsan.
- Yıxılan ağacı mamır basar.
- Yıxılan büdrəyənə gülər.
- Yol əzabı - kor əzabı.
- Yulafı bəyənməyən at, ota da həsrət qalar.
Z[redaktə]
- Zəhmət yiyəsi - hörmət yiyəsi.
- Zəhmətsiz iş - duzsuz aş.
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.