Azərbaycan atalar sözləri/B

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
< Azərbaycan atalar sözləri
  • Babam mənə kor deyib, gəlib gedəni vur deyib!
  • Bablı babın tapmasa, günü ah-vaynan keçər.
  • Bacanaq bacanağı görəndə qaşınma tutar.
  • Bacarana can qurban.
  • Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar.
  • Bağ sahibsiz olmaz.
  • Bağ salan barın yeyər.
  • Bağ vaxtı bağbanın qulağı ağır eşidər.
  • Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
  • Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
  • Bağban bağban olsa, neyləyir bağ divarı?!
  • Bağban tələsər, armud vaxtında yetişər.
  • Bağbanın könlü olsa, nə gəlib bağda paya?!
  • Bağda ərik var idi, salam-məlik var idi; Bağdan ərik qurtardı, salam-məlik qurtardı.
  • Bağı bağban yeyər, qoyunu çoban.
  • Bağı ver bağbana, yarısın yesə də.
  • Bağlı bağını qıydı, bağban salxım qıymadı.
  • Bağa qınından çıxdı, daha qının bəyənmədi.
  • Bağa özün çəkə bilməz, evin dalına alar.
  • Bağanı ya öldür, ya dalısı üstə qoy.
  • Bahalıqda çörəyin əsirgəyən ucuzluqda yalqız qalar.
  • Baxma deyənə, bax dediyinə.
  • Baxmaq kirayə istəməz.
  • Baxmaqla öyrənmək olsa, itdən qəssab olardı.
  • Bal tutan barmaq yalar.
  • Bal verən çiçəyi arı tanıyar.
  • Bal yedin, bəlaya düşdün.
  • Bal yeyib, bəlasını çəkir.
  • Bala baldan şirindir.
  • Bala quşun ağzı böyük olar.
  • Balalı qarğa bal yeməz.
  • Balalı qarğaya yem yoxdu.
  • Baldızım – çuvaldızım, hərdən gələr, sancar, gedər.
  • Balığı haçan tutsan təzədir.
  • Balığı ya öldürdün, ya sudan qırağa qoydun.
  • Balığın dirisi də suda, ölüsü də.
  • Balıq balığı udmasa - dəryanı balıq tutar.
  • Balıq başdan iylənər.
  • Balıq sudaykən sövda olmaz.
  • Balıq suya çəkər.
  • Balıq tutan suyu bulanıq istər.
  • Balını ye, arısını soruşma.
  • Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
  • Baltada varsa, sapında da var.
  • Baltanı dibdən vurmazlar.
  • Baltanı qızıldan elərsən, gedər odunun yanına düşər.
  • Bar verən ağacı kəsməzlər.
  • Barlı ağaca daş atarlar.
  • Barlı ağacın başına dolanarlar.
  • Barmaq-barmaq oğurlayan, qarış-qarış oğurladar.
  • Barmağın hansın kəssən, ağrısı birdir.
  • Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
  • Barsız ağaca daş atmazlar.
  • Barıt ilə odun dostluğu olmaz.
  • Basdırdığı ölü özündən qabaq gəldi.
  • Baş namərd əlindədir; nə kəsər, nə bağışlar.
  • Baş onun, daş bunun, mənimki görməməkdi.
  • Baş sağ olsun, papaq tapılar.
  • Başa dil gətirəni, el gətirə bilməz.
  • Başa düş, başımı yar.
  • Başa gələn dildən gələr.
  • Başaçığın qaçacağı yer - papaqçı dükanı.
  • Baş-başa verməyincə, dağ yerindən qopmaz.
  • Başbilənsiz iş olmaz.
  • Başda oturan bəy olmaz.
  • Başımı sındır, məzənnəni sındırma.
  • Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin qoz yarıb.
  • Başımı yarmağına görə barı daş olaydı.
  • Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?!
  • Başına daş da salsan uca yerdən sal.
  • Başını itirən tel üçün ağlamaz.
  • Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz.
  • Başladığın işi yarımçıq qoyma.
  • Başlı başın saxlasın, mən başımdan bezaram.
  • Başmaq cütlənəndə bilinər.
  • Başmaq palçıqsız olmaz.
  • Başmaqçının başmağı olmaz, börkçünün börkü.
  • Başmaqçının başmağı yırtıq olar.
  • Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
  • Bayırda mini ölsün, evimdə biri ölməsin.
  • Bayırı kaşı-çini, içərisi toyuq hini.
  • Bayquş xarabalıq sevər.
  • Bayquş xarabalığı gülüstana dəyişməz.
  • Bayram sümüyü ilə köpək kökəlməz.
  • Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün.
  • Bazar içində it qulağı kəsməzlər.
  • Bazar quruldu, hesab duruldu.
  • Bazarın bazar, qadam sənə mərdiməzar.
  • Bənnasız divar hörülməz.
  • Bərəkət hərəkətdir.
  • Bekarlıq korluq (aclıq) gətirər.
  • Bekarlıqdansa - culfalıq.
  • Belə matahın var, Cəfərabad (Mazandaran) bazarına apar.
  • Belə şıllaq atan madyan qulun saxlamaz.
  • Belə otyeyən idin, nə üçün arıq düşdün?!
  • Belə yatan öküz yük götürməz.
  • Beş barmağın beşi də tən deyil.
  • Bez geyərəm, düz gəzərəm.
  • Bədcinslik maya istəməz.
  • Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa.
  • Bədəsildən əsil olmaz, boyunca qızıl qala.
  • Bədəsili başa çəkərsən, sürüşüb aşağı düşər.
  • Bədəsilin başmağını cütlərsən, deyər geridə dur.
  • Bədrəngdə bir rəngdir.
  • Bəhanəçiyə bəhanə əskik olmaz.
  • Bəhs ilə Həccə gedən yorular yolda qalar.
  • Bəxşiş var - valvarla, hesab var - dinarla.
  • Bəla bəla gətirər.
  • Bəla gələndə "gəlirəm" deməz.
  • Bəladan qaçan bəlaya tutular.
  • Bəlkə sən bostanını pozmusan, mən yemişsiz qalmayacağam ki...
  • Bəlkəni əkərsən bitməz.
  • Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?!
  • Bənnasız hörük hörülməz.
  • Bənzəyə-bənzəyə yaz olar, bənzəyə-bənzəyə qış.
  • Bərəkət hada var? - böyüklü yerdə.
  • Bərəkət ondur, onu da düzlük.
  • Bəslə qarğanı, oysun gözünü.
  • Bəslə yetimi, yesin ətini.
  • Bəy dediyin nədir, bəyənmədiyin nə?!
  • Bəy don geydi, hamı dedi: mübarək olsun, Yoxsul geydi, hamı dedi: hardan gətirdin?!
  • Bəy ilə bəy savaşdı, ortada kasıbın baçı yarıldı.
  • Bəy mənim arxam, mən kimdən qorxam?!
  • Bəy oğlu gördüm, tamaha düşdüm.
  • Bəy verən atın dişinə baxmazlar.
  • Bəyaz ipək hər rəngə boyanar.
  • Bəylə bostan əkənin tağı çiynində bitər.
  • Bəylə hacca gedən çöllərdə sərgərdan qalar.
  • Bəyliyi başarmadın, canın çıxsın belə gəz.
  • Bəzənmirəm ağadan qorxuram, bəzənirəm xanımdan.
  • Bildir gedən bildirçin, hanı sənin bir qılçın?
  • Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
  • Bildir yedim bir incir, indi də qarnım incir.
  • Bildirçin camalabaddan hara gedər: dəni yanında, suyu yanında.
  • Bildirçinin bəyliyi darı sovrulanaacandır.
  • Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
  • Bilən az deyər, bilməyən yüz.
  • Bilənə bir, bilməyənə min oxu.
  • Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən.
  • Bilənlə bilməyən tay olmaz.
  • Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.
  • Bilmədiyin bildiyindən çoxdur.
  • Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır.
  • Bilməsən bir biləndən sor.
  • Bilsəydim atın öldüyünü, qulağı dolusu darıya satardım.
  • Bilsəydim dərdim iki olmazdı.
  • Bir ac güləyən olar, bir də yalavac.
  • Bir ac qudurğan olar, bir tox.
  • Bir ağacda gül də bitər, tikan da.
  • Bir ağıllı baş min başı saxlar.
  • Bir almağın bir də verməyi var.
  • Bir arxa ki, su gəlib, güman var yenə gələ.
  • Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
  • Bir ayaq sən gəl, iki ayaq mən gəlim.
  • Bir barmaq baldan ötrü, tuluğun götün yırtmazlar.
  • Bir biləndən qorx, bir də bilməzdən.
  • Bir buğda əkməsən, min buğda biçməzsən.
  • Bir çılpağı yüz cübbəli soya bilməz.
  • Bir çıraq işığına yüz nəfər oturur.
  • Bir çıraq ki, haqdan yana, yağı neylər, yağı neylər.
  • Bir çörək özün ye, birin də Allah yolunda ver.
  • Bir çulum var ataram, harda gəldi yataram.
  • Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.
  • Bir dadan peşiman, bir dadmayan.
  • Bir dadanandan qorx, bir qudurandan.
  • Bir dağ yıxılmasa, bir dərə dolmaz.
  • Bir dana bir naxırı korlar.
  • Bir daş altda, bir daş üstə.
  • Bir daş qopanda daha yerini tutmaz.
  • Bir daşla divar olmaz.
  • Bir daşla iki quş vurmaq olmaz.
  • Bir də gəlin ollam, oturduğumu-durduğumu billəm.
  • Bir də qatırçının qatırını hürkütmə.
  • Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.
  • Bir dəfə yeməknən qarın doymaz.
  • Bir dəli quyuya bir daş atdı, on ağıllı onu çıxara bilmədi.
  • Bir dəlidən yeddi məhləyə ziyan dəyər.
  • Bir dərdlinin dərmanın o dərdə düşəndən al.
  • Bir dirhəm min eybi örtər.
  • Bir doğru ki yalana oxşadı, onu söyləmə.
  • Bir əldə iki qarpız tutmaq olmaz.
  • Bir ət ki, girdi qazana,oldu yeməli.
  • Bir gələn bir də gələr, səbr elə.
  • Bir gördün namərdi, bir də görsən, namərdsən.
  • Bir işi başlamağa çalış, özü qurtarar.
  • Bir işi qurtarmamış, o biri işdən yapışma.
  • Bir qorxaq bir ordunu dağıdar.
  • Bir yaxşılıq, bir də pislik yaddan çıxmaz.
  • Bir vurmağla ağac yıxılmaz.
  • Bitmiş işdən gül iyi gələr.
  • Bizə yetişən keçəlin saçı dabanından oldu.
  • Bığdan kəsir, saqqala qoyur.
  • Boğaz yediyin istəməz, göz gördüyün istər.
  • Boğuşan köpəyin yarası əskik olmaz.
  • Borc alan salam da var.
  • Borc almaq başlayan yerdə dostluq pozular.
  • Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr.
  • Borc igidi əridər.
  • Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
  • Borc ki oldu yüz, gir içində üz.
  • Borc su dəyirman dolandırmaz.
  • Borc verməklə tükənər, yol getməklə.
  • Borcdan qorxan qapısını gen açmaz.
  • Borcla alınan eşşək su yolunda ölər.
  • Borclu borclunun sağlığını istər.
  • Borclu ölməz, bənizi saralar.
  • Borclunun duaçısı alacaqlıdır.
  • Borcunu verən dövlətlənər.
  • Bostana dadanan eşşəyin qulağı-quyruğu olmaz.
  • Bostançının sovqatı kəlik olar.
  • Böyük danışanı kiçik götürər.
  • Böyüklərdə zor olar, yalan olmaz.
  • Böyüksüz evdə xeyir-bərəkət olmaz.
  • Böyüyün tanımayan qibləsin də tanımaz.
  • Böyüyün üzünə ağ olanı torpaq götürməz.
  • Bu ağıl məndə, o dua səndə - səhərəcən yatarıq.
  • Bu arşına bez verməzlər.
  • Bu cırım, bu cındırım, mən durum necə sındırım?!
  • Bu darı o aclığa çatmaz.
  • Bu əlin rənci, o ələ haramdır.
  • Bu günün işini sabaha qoymazlar.
  • Bulaq başından bulanar.
  • Bulaq gərək yerindən bulaq ola.
  • Bulaq öz gözünü kor istəməz.
  • Bulamac dəliyə qaldı.
  • Bulaşıqlı səhəngdən bulanıq su tökülər.
  • Burda dilənir, orda zəkat verir.
  • Burda oturma, his olarsan, orda oturma, pis olarsan.
  • Burnu fırtıqlı quzu buynuzu burma qoç olar.