Qoz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aldım qoz, satdım qoz, mənə qaldı çaqqaçuq. Azərbaycan atalar sözləri/A
- Allah dişi olmayana qoz verib. Portuqal atalar sözləri
- Allah dişsizlərə qoz verir.Ərəb atalar sözləri
B
[redaktə]- Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin qoz yarıb. Azərbaycan atalar sözləri/B
D
[redaktə]- Dairəvi hər şey qoz deyil. Tacik atalar sözləri
- Dəlinin başında qoz ağacı bitməz. Azərbaycan atalar sözləri/D
Ə
[redaktə]- Ətəyimə qoz tökür, başıma qapaz vurur. Azərbaycan atalar sözləri/Ə
H
[redaktə]- Hər külək qoz ağacını tərpətməz. Toskana atalar sözləri
- Hər qoz girdədir, hər girdə — qoz deyil. Azərbaycan atalar sözləri/H
- Hətta qoca dələ də arabir qoz tapır. İsveç atalar sözləri
Q
[redaktə]- Qarğa, qarğa, məndə qoz var. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Qız ağacı, qoz ağacı hər keçən bir daş atar. Azərbaycan atalar sözləri/Q
- Qoz ağacı kökündən çürüyər. Osetin atalar sözləri
- Qoz ağacının altında donuz oynaşar. Abxaz atalar sözləri
- Qoz-fındıq və çörək, kəndli yeməyi; çörək və qoz-fındıq, gəlin yeməyi. Toskana atalar sözləri
- Qozun qabığını qırıb içini görməyən adam qozu bütünlüklə qabıq zənn edər. Muhəmməd Qəzzali
M
[redaktə]- Minarə başında qoz dayanmaz. Azərbaycan atalar sözləri/M
P
[redaktə]- Pis qoz yüngüllüyündən tanındığı kimi insan dili ilə tanınır. Ərəb atalar sözləri
Ü
[redaktə]- Üzüm bağında qoz ağacı, çəmənlikdə köstəbək, tarlada vəkil, qarğıdalı tarlasında donuz, şəhərdə pis vali hər şeyi korlaya bilər. Toskana atalar sözləri
Y
[redaktə]- Yaxşılıqsız gözəllik yetişməmiş qoz kimidir — yalnız zahiri gözəldir. Eston atalar sözləri
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014