Muhəmməd Qəzzali
Görünüş
Muhəmməd Qəzzali | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur.
B
[redaktə]- Bildiklərinə əməl etməyən alim başqasını geydirdiyi halda özü çılpaq olan iynə kimidir.
- Bu dünyadakı nemət və ləzzətləri istədiyin qədər sevsən, onlara istədiyin qədər möhkəm bağlansan, ayrılıq əzabın da sevgi qədər böyük olacaq.[1]
C
[redaktə]- Cahil üçün çox yaşamaq cəhalətdən başqa bir şey qazandırmır.
D
[redaktə]- Dünya işlərində sıfır olanlar, axirət həyatında da sıfırdırlar… Dünyaya münasibətimizi müəyyənləşdirmədikcə, tərbiyə işlərini möhkəm dayaqlar üzərinə qaldıra bilməyəcəyik.[2]
Ə
[redaktə]- Əgər xilas barədə bu gün düşünmürsünüzsə, bəs nə vaxt düşünəcəksiz?. Bu zəncirləri bu gün qırmayacaqsınızsa, nə vaxt qıracaqsınız?
- Əsl hünər bolluq içində səbr etməkdir.
Q
[redaktə]- Qozun qabığını qırıb içini görməyən adam qozu bütünlüklə qabıq zənn edər.
M
[redaktə]- Mən duama mane ola bilən bir şeyə vərdiş eləmirəm.
- Məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birlərini qırırlar.
Ş
[redaktə]- Şəxsiyyətini qazan, fəzilətlərini tamamla, çünki sən cisminlə deyil, ruhunla insansan.[3]