Portuqal atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allah dişləri olmayanlara fındıq verir.
B[redaktə]
- Bir qram qətiyyət yüz kiloqramdan artıq şübhəyə dəyər.
- Biri sənə başqalarının qüsurlarından danışarsa, bil ki, başqalarına da sənin qüsurlarını söyləyəcəkdir.
- Bu gün mənim üçün, sabah sənin üçün.
C[redaktə]
- Cəhənnəmin tavanı qaçırılan fürsətlərdən ibarətdir.
Ç[redaktə]
- Çayın daha dərin olduğu yerdə su daha az səs -küy salır.
- Çirkli paltarlar evdə yuyulur.
- Çörək qadını kök edir.
E[redaktə]
- Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın.
Ə[redaktə]
- Ən yaxşı müdafiə hücumdur.
- Əsl sevgi qocalmır.
D[redaktə]
- Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır.
- Divarların qulaqları var.
- Dostluq qiymətsizdir.
G[redaktə]
- Gec olsun, güc olsun.
- Gözəllik tez yox olur.
İ[redaktə]
- İnsanlar yaşadığı üçün deyil, yaşamadıqları üçün qocalırlar.
K[redaktə]
- Külək əsərkən yelkən aç.
S[redaktə]
- Sevgini, tüstünü və öskürəyi gizlətmək çətindir.
T[redaktə]
- Təcrübə elmin anasıdır.
Y[redaktə]
- Yaxşı şagird müəllimi olmayanda bilinər.