Azərbaycan atalar sözləri/D
Jump to navigation
Jump to search
←Ç | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
E→ |
![]() |
Da[redaktə]
- Dağ başına qış gələr, igid başına iş.
- Dağ başında xırman qurma, sovurarsan, yel aparar.
- Dağ başından duman əskik olmaz.
- Dağ bizim, ceyran bizim, ovçu burda nə axtarır.
- Dağ da olsan dağa daldalan.
- Dağ dağa arxadır.
- Dağ dağa qovuşmaz, insan insana qovuşar.
- Dağ dediyin ucalıqdır, ucalıq.
- Dağ iti gəldi, bağ itini qovladı.
- Dağ quşu dağa yaraşar, bağ quşu - bağa!
- Dağ nə qədər uca olsa, el üstündən yol salar.
- Dağ ola, duman ola, qırmızı tuman ola, mən olmayım, sən olasan.
- Dağ səfasız olmaz, qəhbə vəfasız.
- Dağ yeri - duman yeri.
- Dağ yeriməsə, abdal yeriyər.
- Dağ yıxılmasa - dərə dolmaz.
- Dağa desən oğrudur, başını əyər.
- Dağarcıq çörəyi ilə dolanan dövlət başına ip salmaz.
- Dağarcıq cuvaldan böyük oldu?!
- Dağarçığını çuval yanına qoyur.
- Dağına baxar qar verər, bağına baxar bar verər.
- Dağlar başına qış, İgid başına iş.
- Dağlar dağımdır mǝnim, qǝm ovlağımdır mǝnim, dindirmǝyin ağlaram, yaman çağımdır mǝnim.
- Dağlar qarıynan, torpaq varıynan.
- Dağlar nə qədər uca olsa, üstündən yollar aşar.
- Dalaşanda barışmağa üz saxla.
- Dalda qalan dana qovlar.
- Dalda qalanın payını yeyərlər.
- Daldan atan topuqdan vurar.
- Dama-dama göl olar, dada-dada heç.
- Damar-damar, daşı dələr.
- Damara baxarlar, qan alarlar.
- Damazlığını yeyən tamarzı qalar.
- Damçı inadıyla daş dələr.
- Dana böyüyər, çulu böyüməz.
- Dana oynar, mıxını bərkidər.
- Danışana dil vermir, yeriyənə yol.
- Danışarkən bülbül kimi cəh-cəh vurur.
- Danışıqlı söz dağlar aşar.
- Danışmaq dananı qurda verər.
- Danışmaq qızıl olsa, danışmamaq gümüşdür.
- Dar küçədən keçmərəm, çadramı yellətmərəm, adımı qız qoymuşam, dul kişiyə getmərəm. [1]
- Darayı, səni geyər hər ayı!
- Darğa əmim, daha nə qəmim!
- Darıya girən donuz payanı özünə qəbul eylər.
- Daş atan bəlli, baş tutan bəlli.
- Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa.
- Daş daşa söykənər - divar olar.
- Daş düşdüyü yerdə ağır olar.
- Daş qayaya rast gəlib.
- Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər.
- Daşın böyüyü dostdan (yaxından) gəlir.
- Daşürəkli düşmənin bağrın yarar yumşaqlıq.
- Dava dağarcıq üstədər.
- Dava darlıqdan çıxar.
- Dava ilə yas qarımaz.
- Dava üçün bir qazı, isbat üçün on şahid.
- Davaçı qazı isə, ərizəni Allaha yaz.
- Davaçın xan olsa, Allah dadına çatsın.
- Davada ağac aradakına dəyər.
- Davada halva paylamazlar.
- Davakarın şah olsa, ərizəni Allaha yaz.
- Davalı söz baş yarar, doğru söz baş.
- Davalı yerdə ot bitməz.
- Davanı göydə axtarırdı, yerdə əlinə düşüb.
- Davanı iki dəfə salmaq nahaqdır.
- Davanı qılınc aralar.
- Davanı qılınc kəsər, sevdanı - pul.
- Davasını bilməyənə şahid olma.
- Dayanan su tez iylənər.
- Dayı görməyən elə bilər Şahqulu da bir dayıdır. [2]
- Dayıynan dağ dolan, əmiynən bağ dolanma. [3]
De[redaktə]
- Dedilər: Əzrail uşaq paylayır. Dedi: Özününkü özünün olsun, mənimkinə dəyməsin.
- Dedilər: Molla, aş aparırlar. Dedi: mənə nə! Dedilər: Sizə aparırlar. Dedi: sənə nə!
- Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
- Deyilǝn söz geri qayıtmaz.
Də[redaktə]
- Dəli dəlidən xoşlanar, molla - ölüdən.
- Dəli dəlini görəndə çomağın belinə qısar.
- Dəli dəliyə dedi:bunun cavabını de. Dəli dedi: doğrusu, mən də bilmirəm
- Dəli dəliyə qoşular, dəyənək göydən yağar.
- Dəli dostun olunca ağıllı düşmənin olsun.
- Dəli düşünər: Görəsən, mən insanam?!
- Dəli dövran sürür, ağıllı vaxt gözlər.
- Dəli ilə dövlətli - ikisi də bildiyin elər.
- Dəli qız dayısından yaşınar.
- Dəli qız deyər:anasız olaydım, bədəsil gəlin deyər:qaynanasız.
- Dəli öküz gücün bilməz.
- Dəli utanmaz, yiyəsi utanar.
- Dəlicə qızdan dəlicə gəlin olar.
- Dəlidən doğru xəbər.
- Dəlilər dünyanı yedi, ağıllı indi cüt qoşur.
- Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı!
- Dəlinin başında qoz ağacı bitməz.
- Dəlinin eşşəyi də dəli olar.
- Dəlinin nə toyu olsun, nə də yası.
- Dəlinin yadına daş salma.
- Dəliyə daş atma, öz başın yarılar.
- Dəliyə dedilər: - Nə üçün dəli olmusan? Dedi: - Ağıllıların dərdini çəkməkdən!
- Dəliyə dəli kimi cavab verməzlər.
- Dəliyə dəyənək verməzlər.
- Dəliyə gündə bayramdır.
- Dəliyə iş buyur, o sənə ağıl öyrətsin.
- Dəliyə qanun yoxdur.
- Dəliyə nəsihət, ölüyə zurna.
- Dəliyə yazı yoxdur.
- Dəliyə yer ver, əlinə bel!
- Dəliyə yüz öyrət, öz bildiyini eylər.
- Dəlləkliyi bizim başımızda öyrənir.
- Dəmirsiniz, missiniz, hamınız bir cinssiniz.
- Dəmir döyülə - döyülə polad olur.
- Dəmir qapının taxta qapıya işi düşər.
- Dəmir nəmdən, insan qəmdən çürüyər.
- Dəmir sürtüldükcə parıldar.
- Dəmiri isti-isti döyərlər.
- Dəmiri kürədən dəmir çıxardar.
- Dərd adamı dingildədər.
- Dərd ağladar, eşq söylədər.
- Dǝrd bir deyil, iki deyil.
- Dərd çəkənə görədir.
- Dərd dərd üstündən gələr.
- Dərə xəlvət, tülkü bəy...
- Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
- Dərviş odur ki, dünyanı tərk edə, fəqir odur ki, dünya onu tərk edə.
- Dəvə gördünmü? - Qığını da görmədim.
- Dəvə kimi kin saxlayır.
- Dəvə qədər boyun olunca, zərrə qədər ağlın olsun.
- Dəvə Məkkəyə getməklə Hacı olmaz. [4]
- Dəvə nə qədər arıq olsa da, dərisi bir eşşəyə yükdür.
- Dəvə yaxını otlar, uzağı gözlər.
- Dəvəsi ölmüş ərəbəm. [5]
- Dəyirmanda dənin yox, guya, dən üyüdürsən.
Di[redaktə]
- Dil başa bəladır.
- Dil yarası qılınc yarasından pis olar.
- Dilim rahat olsa, canım rahat olar.
- Dilin varsa, daha nə qəmin var.
- Dilini saxlayan salamat olar.
- Dinmə mənə, dinməyim sənə.
- Dığ-dığ adamı azara salar.
Do[redaktə]
- Doğma yurd şirin olar.
- Doğru danışanın papağı yirtıq olar.
- Doğru dostluq qərəzsiz olmaz.
- Doğru elə bilər ki, hamı doğrudur.
- Doğru söz acı olar.
- Doğru söz dəmiri dələr.
- Doğru sözdən xəta gəlməz.
- Dolu qarın yuxu gətirər.
- Dost başa baxar, düşmən ayağa.
- Dost daşı bərk ağrıdar.
- Dost dosta tən gərək-tən olmasa gen gərək.
- Dost dostu dar gündə sınayar.
- Dost dostun sağlığını istər.
- Dost evinin soğanı düşmən evinin plovundan yaxşıdır.
- Dost gəlişi bayram olar.
- Dost ilə ye, iç, alış-veriş etmə.
- Dost yolunda boran olar, qar olar.
- Dostluqla tutub, düşmənliklə yıxma.
- Dostsuz insan qanadsız quş kimidir.
- Dostu çox olanın gücü çox olar.
- Dostu tapmaq çətin, itirmək asandır.
- Dostun atdığı daş baş yarmaz.
- Dostun sirrin dost bilər.
- Dostun tövləsi yaxşıdır, düşmənin otağından.
- Dostunu ağladan özü gülməz.
- Dostunu ağladıb, düşmǝnini güldürmǝ.
- Dostunu mənə göstər, deyim sən kimsən.
- Doşab almışam, bal çıxıb.
- Dovşan dağda - suyu oçaqda.
- Dovşan dağdan küsmüş, dağın xəbəri yox.
- Dovşan feyz alanda kənd qırağında gəzər.
- Dovşan kiçik, qulağı böyük.
- Dovşan nə qədər qaçarsa, o qədər də yatar.
- Dovşan öz yatağında ovlanar.
- Dovşana deyir, qaç, tazıya deyir, tut.
- Dovşanı araba ilə tutur.
- Dovşanı tutunca tazıya "atam" deyərlər.
- Dovşanın gümanı ayaqlarına gələr.
Dö[redaktə]
- Dövlət başa bəladır.
- Dövlətdə - dəvə, övladda - nəvə.
- Dövlətin ən yaxşısı ağıldır.
- Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar.
- Dözən döş yeyər.
- Dövlət ağıllının nökəridir, axmağın ağası.
Du[redaktə]
- Dul arvad gecə yarısı peşman olar.
- Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar.
- Dul arvadı qız adına almazlar.
- Dul arvadın boğçası qoltuğunda olar.
- Dul arvadın divarı alçaq olar.
- Duz - çörək, düz çörək.
- Duz çörək itməz
Düz[redaktə]
- Dügüylə ovlanan quş olur, pulla ovlanan öküz. (Dügüylə: dənlə).
- Düğmələnməsə büklənməz, büklənməsə güllənməz. (Düğmələnməsə: cücərinməsə). (büklənməz: qonçalanmaz).
- Düğü döğülməsə, aş olmaz.
- Düğün DüşDü Düğünə, deyənmədim ana, sənə olan ana, olsun mana qaynana.
- Düğün el ilə, xermen yel ilə olur.
- Düğün qurdun el ilə, xırman qurdun yel ilə.
- Düğün salan Düğünləri çözənməz, yaman olan yaxşılığı seçənməz, əz başını yaman görsən hər yerdə, yaman olan yaxşıları görənməz.
- Düğünə el, xırmana yel yaraşar.
- Düğünə səs, ölümə yas yaxışır.
- Düğünsüz el, ölümsüz ev olanmaz.
- Düğürdən uzaq, qırx min ayaq, səndən bizə olsun dayaq, yardımçım ol, tanrı barım, tanrı barım. (Düğürdən: şərdən). (tanrı barım: hər nəyim tanrı).
- Dünən öləni dünən basdırdılar.
- Dülgər ölDü atağac tapılmadı. (atağac: ükük. tabut).
- Dülgərin qapısı, sınıq olar, çarıqçının başmağı.
- Dün boğanaq, bu gün doğanaq, yarın dolanaq. (Dün ölmüş, bu gün olunuş, yarın dolanırsa olur, güman).
- Dün bu gün olamaz, bu gün ertəyə qalamaz. (ertəyə: yarına).
- Dün bu günü gələr gəlməz Düşünməmiş, günüm bu gün yarın hələ bəllənəmiş.
- Dün Dünə qaldı, gün günün saldı, irt, gələn aldı. (irt: yarın).
- Dün əkəcin, gün sənin, yarın balavın. (əkəc: (əkə + əçə). atana. valideyn).
- Dün əkmişsin günü gəlmiş dərirsin, bu gün əkdin yarın gəlsə dərirsin.
- Dün gecəyə bitdi, ertin dana açılar. (ertin: yarın).
- Dün itgi, gün yetgi, dan vergi.
- Dün keçib gedib, boşa ver gülüm, yoldadır yarın, budur çatacaq.
- Dün keçibdir gözlənməz, gün bu günDür bəklənməz, yarın gələr bəllənməz.
- Dün qayqusu keçibdi, bu gün üçün qıtca qayqun bolmasun. (qıtca: zərrəcə).
- Dün qonşuya qucaq açanlar, bu gün əl açır
- Dünya bir pəncərədir, hər gələn baxar gedər.
- Dün qonşuya qucaq açanlar, bu gün əl açır. (Dün qucaq açanlar, bu gün əl açır).
- Dün ötünmüş yoxa, gün batırma poxa, ertin gəlir? bəllənməz!. (ertin olur? bəllənməz!). (ertin: yarın. sabah).
- Dün savılmış, gün sevilmiş, dan umulmuş.
- Dün yapdığın, bu gün yaşısan.
- Dündəkilər Dündə qaldı dalıda, quyu qazan kəndin bular çalıda. (çalıda: çuxurda. oyuqda).
- Dündəkilər Dündə qalı paslanı, hər günüvün yeni barı, öz dadı.
- Dündən qalan kölgələr, olan günü qaraldar. (olan günü : çıxan günü).
- Dündən öğrəş, günün yaşa, yarına umut saxla.
- Dünə baxsan Dündəkini taparsan, ilgəri bax yeni yollar açarsan (yararsan).
- Dünə bu gün, günə yarın durşulur. (durşulur: duruş qurulur. durşun açılır. məhkəmə yapılır).
- Dünə dönmə, yarınlara irəli!.
- Dünə dönsən Dündəkində batarsan, günə baxsan yarınları yararsan.
- Dünya kasıba zindandır, varlıya meydan.
- Dünyada bir pislik qalar, bir də yaxşılıq.
- Dünə qalma, günün sovma, irtə dalma. (irtə: yarına).
- Dünə yapılma, indiyə qapılma, yarına satılma. {Dündə qalma, indiyə tutulma (indiki durum, olum, biləvi kor etməsin), gəlməmiş, olmamış, olası gələcək ötrə, indivi itirmə. (Dünə yapılma: Dündə, keçmişdə qurulub, quylanma)}.
- Dünən bitdi, yarın bu gün başlar.
- Dünən əkdin, bu gün dər, bu gün əkdin yarın dər.
- Dünən keçmiş solan gülDür, bu gün doğmuş olan gülDür.
- Dünən yumurtadan çıxmış, bu gün bizə cip cip öğrədir.
- Dünəni boş ver, bu günü xoş ver, ertin günə pay saxla (ertin: yarın).
- Dünəni Dündə bıraq, günüvü gör, yarına bax.
- Dünəni ötür, atdım irəli götür. (atdımı götür: yatma).
- Dünəni ötür, gününlə ötün, yarına köçün.
- Dünəni ötür, günüvü yaxla, yarını saxla. (yaxlamaq: dərək dəğər, qədir qiymət vermək).
- Dünəni yoxla, günüvü toxla. (yoxla: 1. sal çıx. 1. heçə say). (toxla: yetiş. becər).
- Dünənki bu günə qalmaz, bu günki yarına. (qalmaz: oxşamaz).
- Dünənki Dündə qaldı, çağdaşlığı tut yaşa.
- Düngü qapursun yarnı açursun, nəyni yapursun, anğa çatursun. (Düngü:
- Dünü). (yarnı: yarını). (anğa: ana). {Dünü boş ver, günü yoş ver. (yoş: xoş)}.
- Dünkü səni boşlamaz, Dündəkini gündəkilər xoşlamaz. (çağınla ayaqlaş).
- Dünkünü unut, özünlə barış, türkcə danış.
- Dünlə bu gün olduğun, yarın odur doğduğun. (əkilən, biçilir).
- Dünü bəklər keçirdim, günü sənli, yarın sənsiz keçəcək.
- Dünü boş ver, günü xoş ver, yarıncığa pay saxla. (Dünü boş ver, günü xoş ver, yarınlara pay saxla).
- Dünü boş ver, günü xoş ver, yarınlara pay saxla.
- Dünü boşla, günü xoşla!.
- Dünü günə bağlamar!, günü tünə, tün ertinlə yarınar!. (bağlamar!: bağlama!. bağlac qılma!).
- Dünü unut, bu günə umut.
- Dünü unut, günü yönüt. (yönüt: yöndər. dolandır).
- Dünü unut, indiyə urut, yarına durut, ertirə umuq, ilgəri utut. (urut: çalış. vuruş). (durut: dirəniş. muqavimət). (ilgəri: iləriyə. gəlquca). (utut: utuş. qələbə).
- Dünün keçdi geri dönməz bəkləmə, günün axır, yararlanıb gözləmə, yarın yarar, gətirdiyin görərsən.
- Dünün keçmiş unutqıl, yaşam sürsən indi sür, bəklə gələr yarının.
- Dünün otuna bu gün qızınmaz, gün otuna yarın. (gün işin gündə qoy, tün işin tündə). (atan kimidir sənə nə, indi atasan, kimsən). (kimsən: neçədən birisən).
- Dünün ötmüş küllük külü savrulmaz, yarın yolda nə gətirər bəllənməz.
- Dünün ötmüş, günün gəlmiş əlində, yarın üçün bəklənməz, gələr gəlməz bəllənməz.
- Dünün yadı, günün dadı, danın adı varmış.
- Dünya bala dönsədə, ala qarğanın gözü poxdadı.
- Dünya barı, yaşam dadı.
- Dünya bir holadır, gələn keçir, qonan köçür.
- Dünya bir pəncərədir, biri yenər, biri çıxar.
- Dünya böyük neylim, uzaq DüşDü, qolum qaldı, dərin DüşDü boyum qaldı böyüklük açamır hər qılpı (qıfılı), qoluva görə yolun, boyuva görə quyun olsun.
- Dünya dadımlığımış, doyumluq yox.
- Dünya doğandan, fırlanır belə, səndə dolan, istəyin elə. dəğişər dərmanın daşı, Dünya varikən, fırladar genə.
- Dünya dönür, yaşam çönür, sevənlərin özgələşir, özgələrin özünləşir.
- Dünya durağu demə. (durağu: qalağu. qalan. baqi. əbədi. cavid).
- Dünya durur kərvansaray, bizlər onun kərvanıyıq.
- Dünya gedər durandır. (Dünya gedməkdən qalmaz).
- Dünya gözəli kimdir, qarğaya öz balası, qayğıya dözüm varsa, gəl balası (ay balam. ay oğul. oğlum).
- Dünya göziylə görmə onu, əşik könüllə keçmə bu yolu, yollar başqa, keçən başqa, görən başqa. (əşik: aynı). (könüllə: həvəslə).
- Dünya malı elə girmiş başından, götü belə çıxmış onun yadından.
- Dünya malı əldə varkən həp Düşmanlar dost olur. əldə nərsə qalmayınca dost bilə Düşman olur.
- Dünya yalan dönüklüyü danılmaz, aldışdığın bataqlıq, çıxılmağın sanılmaz,verən alan, sözün yayan yanılmaz.(bataqlıq: bu Dünya). (sanılmaz:güman edilməz).
- Dünya yaman, Dünya yalan Dünyadı. -at belinə aşırdı, at belindən daşırdır, qara günə salırdı, yaman gündə asırdı.
- Dünya yarandığından belə yazmış. - eniş yoxuş Dünyanı basmış, birin asmış, birin yasmış. (asmış: məhv edmiş). (yasmış: mərhəmət edmiş).
- Dünya yoxumuş, yalan varımış, iyi köngülə Dünya darımış.
- Dünyada dinclik sevən, başa gələni, xoş görər.
- Dünyada ən çətin olan sözDür, anlamağıda çətin, anlatmağı da (çətin).
- Dünyada sənə tay bir dənədir. -kəndivə güvən.
- Dünyanı aparmış çığıran gur.
- Dünyanı çəkən dərd ilə dərmanıda çəkmiş.
- Dünyanı gəzdim tatdan dadsız görmədim!.
- Dünyanı tutanmasan, ölümdən qaçanmasan. çalış olduğun yaşa, günün xoşa vur başa.
- Dünyanı tutma ağa qarıya, yaşamda dadlı gəlir ağıya, dirsəldib yerə çırpmaqdansa, ötür özü bulsun yaxı yarıya.
- Dünyanı yığdırar sənə, sonda salar əldən gedər. (yalan Dünya).
- Dünyanı, çevrəni dəğişənmədin, kəndivi dəğiş!
- Dünyada ən çətin şey sözDür, anlamağı da çətin, anlatmağı da.
- Dünyada ən yaxşı şey yaxşılıqdır.
- Dünyada Vətəndən əziz nə var?
- Düşmən çox olanda qaçmaq da mərdlikdəndir.
- Düşmən qarışqa da olsa, sən onu fil say.
- Düzün düşməni çox olar.
- Düşünməyənlə dost olma, səni yıxar..[6]
İstinadlar[redaktə]
- ↑ Atalar sözü. Bakı -“Yazıçı” - 1985
- ↑ QƏXTMT-ın (СМОМПК) XXIV cildindən seçmələr. Şirvan tatarlarının atalar sözləri və məsəllər. Tiflis-1898
- ↑ QƏXTMT-ın (СМОМПК) XXIV cildindən seçmələr. Şirvan tatarlarının atalar sözləri və məsəllər. Tiflis-1898
- ↑ Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, s.83.
- ↑ Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.250
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.109