Ərəb atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac adam üçün çörək yaxşıdır, nəinki məscid.
- Acın, üşüyənin və qorxaqın gözlərinə yuxu gəlməz.
- Aclıq şiri leş yeməyə məcbur edər.
- Adam bilmədiyi şeyi xoşlamaz.
- Adam gərək gücü çatan işin dalınca gedə, gücü çatmayana girişməyə.
- Adamı təhqir edən adamı öldürən kimidir.
- Adamlar bir-birinə əl tutanda güclü olurlar.
- Adamlar düz olsaydılar, hakimlər dincəlməyə gedərdilər.
- Adamların bəzisi faydalı xörək kimidir, bəzisi isə öldürücü zəhər kimi.
- Adət təlimdən güclüdür.
- Adəti ancaq kəfən tərgidə bilər.
- Axmaq adam elmin ləzzətini anlamaz.
- Axmağa yetmiş səhvi keçərlər, alimə bir səhvi — yox.
- Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır.
- Ailənin sirrini uşaqdan soruş.
- Ağıl geyimdir köhnəlməyən, bilik mədəndir tükənməyən.
- Ağıl kordursa, gözlərdən nə fayda?
- Ağılla göz ürəyin aynasıdır.
- Ağıl geyimdir — köhnəlməyən, bilik mədəndir — tükənməyən.
- Ağıllı adam bir iş görmək istədikdə, o işin mütəxəssisi olsa da, özgələr ilə məsləhət edər, çünki lovğalanan yolundan azar, tək özünə arxalanan tez yıxılar.
- Ağıllı adam özünü layiq olduğundan artıq yüksəltməməlidir.
- Ağıllı adamın sağlamlığının qiymətini anlamağı üçün xəstə olmağa ehtiyacı yoxdur.
- Ağıllı xidmətçini istiqamətləndirməyə ehtiyac yoxdur. (Tənbəli öyrətmək və məcbur etmək lazımdır)
- Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.
- Ağıllı lal adam danışan nadan adamdan yaxşıdır.
- Ağıllı öz qarnının əsiri olmaz.
- Ağıllı özü-özünü qoruyar.
- Ağıllı uşaq nadan qocadan yaxşıdır.
- Ağıllı zəhmətinə bel bağlar, ağılsız ümidinə.
- Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət.
- Ağılsız adamın hökmranlığı uzun sürməz.
- Ağılsızın acığı sözündə, ağıllının acığı işində olar.
- Ağılsızın bütün ömründən alimin bir günü qiymətlidir.
- Ağılsızın ürəyi dilində, ağıllının dili ürəyindədir.
- Ağır ayaqda ağılsız da məsləhət verər.
- Ağlı çatmayanın sözü də çatmaz.
- Aqibətini düşünməyənə zəmanə dost olmaz.
- Alçaq adamlardan qorxmaq lazımdır.
- Alçalmanın açarı tamahdır, düşmənçiliyin açarı paxıllıqdır, peşmançılığın açarı şəhvətdir.
- Aldadan adamın yanında aldanan adam xoşbəxtdir.
- Alim odur ki, sözü, fikri, əməli bir ola.
- Alim oğul atanı sevindirər.
- Alim olub zillətdə yaşamaq, cahil olub işrətdə yaşamaqdan yaxşıdır.
- Alimin paltarı olmasa da, elmi eybini örtər.
- Alınası şey barədə narahat ol, satılası şey barədə yox.
- Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin.
- Allah lütü paltar yumaq yükündən qurtarıb.
- Alov toxunanı yandırar.
- Atadan miras qalmayıbsa, əmiyə-dayıya ümid olma.
- Atalar sözü — söhbətin duzu.
- Atalar sözü — sözün düzü.
- Atalar sözündə yalan olmaz.
- Atasına hörmət edən adamın ömrü uzun olar.
- Atlı ata minən kimi ayaqları ilə atı döyəcləyir. Vəzifəsində oturan da tiranlığa belə meyil edir.
- Ay çıxanda ulduzların nə yararı var.
- Ayağın büdrəməsi dilin büdrəməsindən yaxşıdır.
- Ayıdan qaçdıq, quyuya düşdük.
- Ayrılığın odu cəhənnəm odundan daha yandırıcıdır.
B
[redaktə]- Baharın soyuğu da gül-çiçəyi artırar.
- Baxış sözdən daha mənalıdır.
- Bal olma ki, hamı səni yeyə, zəhər də olma ki, hamı sənə tüpürə.
- Balası itən analar bir-birini çox istər.
- Batanda allah yadına düşür.
- Başa bəla dildən gələr.
- Başın qarışmazdan əvvəl uşaqların təlim-tərbiyəsinə tələs.
- Başını dilin xətasından qoru.
- Bayquşdan xeyir gəlsəydi onu da ovlayardılar.
- Bayquşun dalınca düşən xarabalığa gedib çıxar.
- Beş şey alqışlanır: öz ailəsinin qeyrətini çəkmək, səxavətli olmaq, yumşaq xasiyyətli olmaq, doğrucul olmaq, şücaətli olmaq.
- Beş şey böyük nemətdir: cansağlığı, əmin-amanlıq, ruzi bolluğu, müvafiq munis, yaxşı övlad.
- Beş şey qəbahətdir: qocanın eşqə düşməsi, padşahın hiddətlənməsi, şərəfli adamın yalan danışması, dövlətlinin xəsisliyi, alimin tamahkarlığı.
- Beş şey yaxşıdır: elm, ədalət, səxavət, səbr və həya. Elm — alimlərdə, ədalət — hakimlərdə, səxavət — varlılarda, səbr — yoxsullarda, həya — qız, gəlinlərdə.
- Beş şeyi öldürmək günah deyil: qarğanı, çalağanı, ilanı, əqrəbi, quduz iti.
- Beş şeyin müştərisi beş nəfərdir: zülmün — padşahlar, təkəbbürün — obalarda tək yaşayanlar, həsədin — alimlər, xəyanətin — tacirlər, hiylənin — pis qadınlar.
- Bədəni yormaq xeyirlidir, ağlı — yox.
- Bədənin qidası yemək, ağlın qidası elmdir.
- Bədəninizi baharın soyuğu ilə üşüdün.
- Bəxt yatanda aşağıda və ya yuxarıda olmağın fərqi yoxdur.
- Bəlanın qapısı gen olar.
- Bəsrə şəhəri xaraba qalandan sonra.
- Bəzən sədəfdən də dürr çıxmır.
- Bəzən uşağın ağzından peyğəmbərcəsinə söz eşidirsən.
- Biabırçılıq ömürdən uzundur.
- Bilik gərək başda olsun, sözdə yox.
- Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
- Bilmədiyini bilməyəndən uzaq gəz, bilmədiyini biləndən öyrən, bildiyini bilməyənə öyrət, bildiyini bilənə itaət et.
- Bir adamda olmayan cəhəti tərifləmək — ona gülməkdir.
- Bir adamın ağlını yoxlamaq istədikdə söz arasə ona mümkün olmayan bir şey haqqındasöhbət aç, əgər o, buna inanmadı, bil ki, ağıllıdır və əgər təsdiq elədi bil ki, nadandır.
- Bir adamla sözləşəndə barışığa yer qoy.
- Bir allahı, bir də dostu aldatma.
- Bir ata qüdrətindən aşağı səviyyədə, uşaqları qüdrəti nisbətində, qadın da qüdrətinin fövqündə geyinməlidir.
- Bir işi görmək istəyən yolunu, etmək istəməyən bəhanəsini axtarar.
- Bir şey etmək istəyən yolunu, etmək istəməyən bəhanəsini tapar.
- Biri xurma yeyir, biri də tumunu yığır.
- Bivecə məsləhət verərsən, sənə düşmən olar.
- Biz onu dilənçiliyə öyrətdik, birinci bizdən başladı.
- Bizim yerdə qara milçəklər özünü qırğı hesab edir.
- Borc hər iki üzü (sifəti) qaraldır.
- Borc vermək özünü məhv etməkdir. (düşmən qazanmaq istəyirsənsə borc ver)
- Borcu verəndə dost olarsan, alanda — düşmən.
- Böcək də anasının gözündə qəşəngdir.
- Böyük görünmək istəyən hər bir şey kiçikdir.
- Böyüyü tərbiyə elə, kiçik ondan öyrənəcək.
C
[redaktə]- Cahilə cavab verməmək elə cavabdır.
- Camaatdan qorxmayandan camaat da qorxmaz.
- Camaatla birlikdə səhv etmək təkbaşına xeyirli iş görməkdən yaxşıdır.
- Cavab üçün tələsən ağır fikirləşər.
Ç
[redaktə]- Çalanı siçanlar qazdı, amma öküzlər düşdü.
- Çalğıçı can verəndə də barmaqları oynayar.
- Çox yatmaq ölümə səbəb olar və ömrü azaldar.
- Çörək həyat deməkdir.
D
[redaktə]- Danışılanlar qəlbdən çıxarsa qəlbə qədər gedər, amma dildən çıxarsa qulağı keçə bilməz.
- Dəmiri isti-isti döyərlər.
- Dənizin cavahiratı dibinə çökər, dərinliyə baş vurmayan onları çıxara bilməz.
- Dənizin suyunu paylasan, dənizdə də su qalmaz.
- Dərd şəkənlər bilər ki, dərd nədir.
- Dəvəquşu yumurtasından da qiymətsizdir.
- Dəvənin tükü yumşaq da olsa, möhkəm olar.
- Dil boynun düşmənidir.
- Dil özü sümüksüz olsa da, sümüyü sındırar.
- Dil — ürəyin dilmancıdır.
- Dili gözdən qoymasan — saxlar səni, gözdən qoysan — satar səni.
- Dili qorumaq insanın rahatlığıdır.
- Dilin topuq vurmağından ayağın axsamağı yaxşıdır.
- Dosta heç olmasa hay verməklə kömək elə.
- Dostluğun məhək daşı yaman gündür.
- Dostluğun tərzi sədaqətdir.
- Dostun bal kimi şirinsə, elə o saat yalama.
- Dostun iradına qulaq asmaq, dostu itirməkdən yaxşıdır.
- Dostunun da düşmənindən, düşməninin də dostundan ehtiyatlı dolan.
- Dörd şey vardır ki, onların azı da çıxdur: od, xəstəlik, düşmən və borc.
- Dülgərin qapısı həmişə sınıq olar.
- Dünya həm şirindir, həm də acı, acısı daha çoxdur.
- Dünya iki gündən ibarətdir ki, biri sənin xeyrinədir, digəri zərərinə.
- Dünya piyadanı həmişə piyada, atlını da həmişə piyada qoymaz.
- Dünyada üç şey gizlədilməz: duman, eşq, pulsuzluq.
- Dünyanın möhnəti beşdir: qərib yerdə xəstələnmək, qocalıqda yoxsulluq, gözlü ikən kor olmaq, ağıllı ikən dəli olmaq, cavan ölmək.
- Düşəni götürərlər.
- Düşmən zəif olsa da, ondan arxayın olma.
- Düşməndən bir dəfə qorun, dostundan isə min dəfə, çünki bəzən dost dönər düşmən olar və daha çox ziyan verə bilər.
- Düşməndən özünə dost seçmə.
- Düşməninə inanan əlini ilanın ağzına salana bənzər.
- Düz adamın baxışı aydın olar.
E
[redaktə]- Ehtirasına qul olan düşmənini sevindirər.
- Ehtiyatsız siçan pişiyə yem olar.
- Ehtiyatsız yola düşmək yolçunu geri dönməyə vadar edər.
- Ehtiyacda olan kor olar.
- Elmin səmərəsi rahatlıq, dünya malının səmərəsi əzabdır.
- Elçini nə döyər, nə də təhqir edərlər.
- Erkək qumru quşu xurma yeyər.
- Ev sahibi evdə olanları yaxşı bilər.
- Evdən kənarda min düşmənin olsun, ev içində bir düşmənin olmasın.
- Evin yaxşısı odur Kİ, həyəti geniş ola, tavanı uca.
- Evlənmək — bir aylıq sevinc, bir ömürlük qayğıdır.
Ə
[redaktə]- Əgər ağa nökərindən bezardırsa, günahı olmasa da, yox yerdən ona ayıb tapar.
- Əgər görsəniz ki, alim şah qapısına tez-tez gedir, bilin ki, o, oğrudur.
- Əgər istəyirsən dostluğun pozulmasın — nə borc al, nə də borc ver.
- Əxlaqsız adamlarla oturub-duran öz şərəfini itirər.
- Əlacsızın çarəsi səbrdir.
- Əmanət saxlamayan adamda iman da olmaz.
- Əmir olmağa qılınc gərək, şeyx olmağa — çörək.
- Əmirin iti də elə əmirdir.
- Ən bərk ağrı o ağrıdır ki, indi incidir.
- Ən gözəl nemət ağıl, ən böyük bədbəxtlik isə nadanlıqdır.
- Ən istəkli övlad — nəvədir.
- Ən uzaq məsafə ürəyin ayırdığıdır.
- Ən yaxşı adət dili dişlə tutmaqdır.
- Ən yaxşı xəzinə — ürək məhəbbətidir.
- Ən yaxşı kömək — təcili köməkdir.
- Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır.
- Əsərsiz alim — yağışsız buluda bənzər.
F
[redaktə]- Falı camaatın ağzından öyrən.
- Fərasətsiz adama əsl-nəsəb fayda verməz.
- Fərəhli yalandan qəmli həqiqət yaxşıdır.
G
[redaktə]- Gecə vaxtı çölə tək çıxma.
- Geçəni çöldə keçirməyən ov edə bilməz.
- Geri qaytara bilməyəcəyin oxu atma.
- Gəminin kapitanı bir yol, matros başqa yol nəzərdə tutanda dalğaların qurbanına çevrilər.
- Gördün ki, qonşunun saqqalını qırxırlar, sən öz saqqalını islat.
- Gördüyünü qəbul et, eşitdiyini at bir tərəfə.
- Göz görmürsə ürək qəmlənməz.
- Gözdən uzaq olanı ürək də unudar.
- Gözəl qız istəyən kəbin haqqı verər.
- Gözəlin hər işi gözəldir.
- Gözəllik xoşbəxtliyin əvvəlidir.
- Gözün işığını itirmək ağlı itirməkdən yüngüldür.
- Gülərüzlük də insan üçün nemətdir.
- Günah kimin olur-olsun, günahkar yenə də kasıbdır.
- Günahkar qisasdan qorxar.
- Günahsızı döyürlər ki, günahkar günahını boynuna alsın.
- Günəşi örtmək mümkün deyil.
H
[redaktə]- Haqq işdə susan, nahaq işdə haray çəkənə bənzəyər.
- Heç vaxt adam arasında məsləhət vermə.
- Heyvanı qulağından, insanı dilindən tutarlar.
- Həbsxana bir bağça içində olsa belə həbsxanadır.
- Həkimsənsə, öz gözünə müalicə elə.
- Həqiqəti de — sənin əleyhinə olsa da.
- Həmişə miyoldayan pişik heç nə tapa bilməz.
- Hər alim üçün bir səfeh adam tapılar.
- Hər bir işin başlanması çətin olur.
- Hər bir məhəbbətdə min sirr gizlənir.
- Hər cür nöqsanı ağıl ilə var örtür, kasıblıq ilə kobudluq açır.
- Hər dövrün öz kitabı var.
- Hər gördüyünə inanma, çünki görünüşdə duz belə, şəkər tozuna bənzəyir.
- Hər kəs hədd-hüdudunu qoruyar, ancaq çaxır içən adamlar üçün hədd-hüdud yoxdur.
- Hər kəs öz ayıbını görsə, özgələrin ayıbından vaz keçər.
- Hər kəs özünü ağıllı hesab etsə, xalq onu nadan sayar.
- Hər kəsin öz qayğanağı öz ağzında şirin olar.[1]
- Hər quşa öz nəğməsi xoşdur.
- Hər quşun əti yeməli olmur.
- Hər səhər hal-əhval tutduğun qonşu ilə savaşma.
- Hər şey çox olduqda ucuz olar, ancaq ağıldan başqa.
- Hər şeydən çətin özünü öyrənməkdir.
- Hər yanğını söndürən tapılar, lakin paxıllıq odunu söndürmək olmaz.
- Hər yaranın sağalmasına ümid etmək olar, lakin namus yarası sağalmaz.
- Həya getsə, bəla gələr.
- Həya olmasa, nə dünyanın faydası var, nə də yaşamağın.
- Həyasız qonşu qonşuların ağasıdır.
- Hirsin əvvəli — ağılsızlıq, axırı — peşmançılıqdır.
- Hirsli adam ağılsızın qardaşıdır.
- Hiyləgər adam vaxtından əvvəl ölər.
- Hörməti dövlətə eləyirlər, dövlətliyə yox.
X
[redaktə]- Xalq arasında şuluqluq salan özü hörmətsiz olar.
- Xalqa necə yanaşarsan, xalq da sənə o cür yanaşar.
- Xəsis öz hesabına yeyər, səxavətli — özgəsinin.
- Xəstə sağalandan sonra həkimi yaddan çıxarar.
- Xeyir verən yalandan, ziyan verən doğru yaxşıdır.
- Xeyir verməyən elm, çarə qılmayan dərman kimidir.
- Xeyirxahların ürəyi sirlər məzarıdır.
- Xeyirxahlıq etməsən, şər görməzsən.
- Xeyirli meyvə beşdir: nar, alma, heyva, üzüm, tər xurma.
- Xəbərçiyə inanan dostunu məhv edər.
- Xəstə xəstəni sakitləşdirə bilməz.
- Xoruzdan soruşdular:- Yuxuda nə gördün?
- -Gördüm ki, adamlar taxıl səpirlər.
- Xoşbəxt güzəran ürəyi sağlam edər, paxıllıqsa sümükləri çürüdər.
- Xoşluqca imtina etmək süründürücü vəddən yaxşıdır.
- Xörəyini az etsən xəstələnməzsən.
İ
[redaktə]- İblis evini dağıtmaz. O, Allahı tanısa da şər əməlindən qalmır.
- İçi boş çəllək dınqıldayar.
- İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar.
- İgid igiddən geri qalar, amma təslim olmaz.
- İgidliyin tacı təvazökarlıqdır.
- İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar.
- İki ölünü bir qəbirə qoymaq olar, iki arvadı bir evdə saxlamaq olmaz.
- İki şeyin qiyməti itəndən sonra bilinir: bir cavanlığın, bir də sağlamlığın.
- İlan öz zəhərindən ölmür.
- İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar.
- İmkanlı şəxslərə hədiyyə ver ki, gözünə baxmağa utansın.
- İnsan ağlının sanbalı sözündədir.
- İnsan böyüdükcə qayğısı da böyüyür.
- İnsan həyatının meyvəsi yaxşı addır.
- İnsan səxavətli olmalı, lakin israfçılıq etməməlidir.
- İnsana bədbəxtlik gələndə bütün sahələrdə –evdə, işdə, hər yerdə onu yaxalayacaq. Amma səbr etmək lazımdır.
- İnsanda səhv olar.
- İnsanın başına bəlalar gələr.
- İnsanın boynunda beş haqq var: salamın cavabını almaq, çağırışa getmək, qonşuluqda sülh yaratmaq, xəstəyə baş çəkmək, dəfndə iştirak etmək.
- İnsanın dəyəri işində bilinər.
- İnsanın etiqadı andından məlum olur.
- İnsanlar uğurlarından az, uğursuzluqlarından çox şey öyrənirlər.
- İnsanın dözümü onun köməkçisidir.
- İsti olanda qarınca olma.
- İşin axırını fikirləşən bəlanı özündən sovuşdurar.
- İşin görülmüşü yaxşıdır.
- İştah birinci tikədən, dava isə birinci kəlmədən başlayır.
- İtin hürməsi göyü narahat etməz.
- İt hürüşünə get, çaqqal ulamasına yox: birinci evə, aparıb çıxarır, ikinci — çölə.
- İtin quyruğunu qəlibə salsan da düzəlməz.
K
[redaktə]- Kamil alim olmaq istəyən qadın düşkünü olmamalıdır.
- — Kasıb ağasından xahiş edir ki, yemiin qabığını ona versin.
- "Eşit"-deyə ağası cavab verir. Sənin ağan yemişi qabığı ilə yeyir.
- Kasıb yalnız göz yaşları ilə yardım edə bilər.
- Kasıbın sözünü heç kəs eşitməz.
- Kasıblıq insan olsaydı, öldürərdim.
- Kasıblıq namussuzluq deyil.
- Kənddə suyun gurultusu abadlıq nişanəsidir.
- Kəndlinin əlindən alınan yumurta dadlı olar.
- Kim ki, çox and içir, çox da yalan deyir.
- Kim səbirlidir, o qalib gəlir.
- Kimdə nə görür, onu götürür.
- Kimin danışdığını yox, nə danışdığını yoxlayın.
- Kirayəyə götürülən palto səni qızdırmaz.
- Kişi tamahı ucbatından alçalar.
- Kişilər dörd qisimdir:bir kişi bilir və bilir ki, o, həqiqətən bilir — o, alimdir, ona tabe olun. Bir kişi bilir və bilmir ki, o, həqiqətən bilir — o, yatan adam kimidir, onu oyadın. Bir kişi bilmir və bilir ki, o, həqiqətən bilmir — o yol itirəndir, ona yol göstərin. Bir kişi bilmir və bilmir ki, o, həqiqətən bilmir — o, nadandır, ondan uzaqlaşın.
- Kişilər üç cür olur: tam kişi, yarım kişi, kişi olmayan kişi. Tam kişi odur ki, özünün ağlı, bacarığı ola-ola, öz dostları ilə də məsləhətləşə, yarım kişi o adamdır ki, özünün ağıl və bacarığına arxalanaraq məsləhətsiz iş görə. Kişi olmayan kişi odur ki, nə özünün ağlı var, nə də başqası ilə məsləhətləşər.
- Kişinin xəzinəsi onun sənətidir.
- Kitab bilik xəzinəsidir.
- Kitab insanın cibində daşıdığı bir bağça kimidir.
- Kitab sənə fayda verər, səndən heç nə almaz.
- Kitabı adı ilə, məktubu ünvanı ilə mühakimə et.
- Kordan şahid olmaz.
- Kölgəsi olmayan ağacı kəsərlər.
- Külək evin içində deyil, kənarda əsərsə ondan daldalanmaq olar, lakin evin içində əsən küləkdən daldalanmaq olmaz.
- Külək gül-çiçək içindən keçərsə, özü ilə xoş ətir aparar, zibillikdən keçərsə, üfunət aparar.
- Küləklə dəniz həmişə münaqişədə olur.
- Küləksiz yelkən sadə bir kətandır.
Q
[redaktə]- Qabiliyyətli dil böyük dövlətdir.
- Qadağan olunan hər şey arzu olunar.
- Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.
- Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir.
- Qadına ətir tapşırma.
- Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır.
- Qadının gözəlliyi uşaq əlindəki silah kimidir-həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir.
- Qan heç zaman suya dönməz (yəni qohumluq qanı hər şeydən üstündür).
- Qardaşların da arasında haqq-hesab var.
- Qarınqulu adam həmişə ac olar.
- Qarışqanın bir ildə yığdığını monax bir gecədə yeyir.
- Qarşılıqlı razılaşma dostluğun ilk şərtidir.
- Qayda-qanunu pozmaq böyüklərin işidir.
- Qəbahətini etiraf edərək əfvini istə; zira bir cinayəti gizlətmək onu ikiləşdirər.
- Qəribin gözləri olsa da kordur.
- Qəza gələndə göz kor olar.
- Qəzəblənəndə könül də kor olar, göz də.
- Qılınc yoxdursa, qının nə faydası.
- Qılıncı olmayan, meydanda məğlub olar.
- Qocalan şirə çaqqal gülər.
- Qocanın eşqə düşənini heç kəs saxlaya bilməz.
- Qonaq həmişə qonaqdır, hətta bütün yayı da qalsa.
- Qonaq sevən adamın ruzisi bol olar.
- Qonşu sənin müəllimindir.
- Qonşunu — ev tikənəcən tap.
- Qorxaq adam çox yaşamağı yaxşı ad qazanmaqdan üstün tutar.
- Qorxağın anası övladından ötrü narahat olmaz.
- Qorxanı vurarlar.
- Qorxursan — demə, dedin — qorxma.
- Qurddan soruşurlar:-Bu bədbəxt qoyunu niyə izləyirsən, dalınca düşmüsən?
- Qurd cavab verir: — Onun qaldırdığı toz göz üçün çox xeyirlidir.
- Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur.
- Quşu quşla tutarlar.
- Qürbətdə insan üçün ən əziz — vətəndir.
L
[redaktə]- Lal olmaq yalan danışmaqdan yaxşıdır.
- Lalın dilini anası bilər.
- Lüt köçəri ərəb küçəyə atılmış xurma gördü, Ərdəbil pişiyi küftə gördü.
M
[redaktə]- Matroslar heç vaxt küləyi arzulamırlar.
- Meymun xasiyyətli hakimiyyət məmurlarının qarşısında rəqs etmək lazımdır.
- Mədə boş, sağlıq düzgün, kisə boş, əxlaq düzgün.
- Mədə hansı yeməyi yaxşı qəbul edirsə, o yaxşı yeməkdir.
- Mədə xəstəliyin evi, sağlıq müalicənin başıdır.
- Məhəbbət korluğun bacılığıdır.
- Məhəbbətin gözü kordur.
- Məhəbbətin gözü kordur. Sevdiyin meymun da olsa gözəldir.
- Məhəbbətin məsləhətçiləri yoxdur.
- Mən ev satmamışam, qonşu satmışam.
- Məni başa düş, sonra istəyirsən öldür.
- Məsciddə sidiyə gedən meymuna irad tutdular: "Allahdan qorxmursan, günahına görə səni başqa canlıya çevirər?"
- "Onda qorxardım ki, məni marala çevirsin" — meymun cavab verir. (Ərəblərin arasında meymun eybəcərlik, maral isə gözəllik rəmzi kimi müqayisə olunur. Ona görə meymun belə cavab verir) "Allah səni dəyişə bilər" təhqir kimi yayılıb.
- Məsləhəti böyüklə də elə, kiçiklə də, amma qənaətə öz ağlınla gəl.
- Məzlumun duası yerdə qalmaz.
- Milçək üzdəki süd yerini yaxşı tanıyır.
- Milçəklər doşab satanı saqqalından tanıyırlar.
- Müdrik adam səhv edəndə, bütün dünya çaşıb qalır.
- Müdrik insanlar bir-biri ilə mübahisə etmirlər.
- Müharibənin də öz adamları var.
- Mülayimlik həm dövlətdir, həm də ləyaqət.
- Müsibət zamanı səbirsiz olmaq, müsibətin özündən də acıdır.
- Müvəffəqiyyət insanı bacarıqlı edir.
N
[redaktə]- Nadanlıq elə bir dəvədir ki, onu minən alçalar və onunla yoldaş olan itib-batar.
- Nadanlıqdan böyük müsibət yoxdur.
- Nə qədər zəlili ağıl zillətdən qoparmış, nə qədər hörmətli adam öz nadanlığı üzündən zəlil olmuşdur.
- Nə mənfur adamın yardımından fayda olar, nə də xəsis adamın dostluğundan.
- Nəsihət nadanın bir qulağından girib o biri qulağından çıxar.
- Nəticəsiz ümid barsız ağac kimidir.
- Nifrətini gizlə, məhəbbətini göstər.
O
[redaktə]- O adam ki, bilmir və bilmədiyini bilmir, o nadandır, ondan uzaqlaşın.
- O alimə rəhm edin ki, nadan adamlar əsrində zəlil olur.
- Od sənə lazımdırsa, öz çaxmağından yapış.
- Oxucuya əmanət kitab tapşırma.
- Olmayan şeyi axtaran xar olar.
- On quşun ağacda olmağındansa, bir quşun əldə olması yaxşıdır.
- On zəhmətkeş kişi bir bədxərc arvadın öhdəsindən gələ bilməz.
- Otarılan öküzün ağzını bağlamazlar.
- Ovçu gərək itlə həmsöhbət ola.
Ö
[redaktə]- Öküz yıxılanda üstünə çoxlu bıçaq qalxar.
- Öldürənin anası unudar, ölənin anası — yox.
- Ölən adamdan başqa heç kəsə ağlama.
- Ölkənin dağılmağını istəyirsənsə, dua elə başçısı çox olsun.
- Ölüm dırnaqlarını ilişdirdikdə heç bir dua, tilsim fayda verməz.
- Ömrün bərəkəti əməlin yaxşı olmasındadır.
- Öyrəşən qorxmaz.
- Öz başına gələnlərdən özün üçün ibrət al. Bu günüdən sabah üçün ölçü götür. Ölüm gələndən sonra daha bir iş görə bilməzsən.
- Öz dilinlə özünü tərifləmə, qoy sənin tərifin dost və tanışların ağzından eşidilsin.
- Öz xalqını danan axmaq adamdır.
- Öz məhəlləsində tütək-ney çalan tanınmaz.
- Öz millətindən ayrılan əclafdır.
- Öz tamahından qaçmaq şir əlindən qurtarmaqdan daha faydalıdır.
- Özündən başqa heç kimi mühakimə eləmə.
- Özündən yüksək adama ehtiram göstər.
- Özünə inamı olmayan adamın nailiyyəti olmaz.
- Özünü öyən — davadan sonra igid olar.
P
[redaktə]- Padşaha qulluq edən adam onun yanına gedəndə kor, çıxanda isə lal olmalıdır.
- Paxıl adam öz varının qoruqçusu və vərəsəsinin anbardarıdır.
- Paxıl adamlar bəxşiş verməzlər.
- Paxılın yeri cəhənnəmdir.
- Paxıllıq adamı xalqdan uzaqlaşdırar.
- Pis arvad əyri qabırğa kimidir, sındırarsan, amma düzəldə bilməzsən.
- Pis qonşu evə gətiriləni görür.
- Pis qoz yüngüllüyündən tanındığı kimi insan dili ilə tanınır.
- Pis müştəri ya tez gələr, ya gec.
- Pişik getdi, köpək gəldi.
- Pişiyin bütün arzuları siçanlar barədə olur.
- Pozğunluq, fahişəlik bazarı həmişə açıqdır.
- Puluna dost olanın dostu olmaz, puluna düşmən olanın — düşməni.
R
[redaktə]S
[redaktə]- Sağlığı olanın ümidi, ümidi olanın hər şeyi var.
- Sevənlərin acığı yaz yağışı kimidir.
- Səbəbsiz gülüş pis tərbiyənin əlamətidir.
- Səbr edən adam öz bacarığını artırar, inadcıllıq adamın nadanlığını artırar.
- Səbr hər yerdə dərmandır, amma səbrə dərman yoxdur.
- Səbr ilə iş görən adam peşiman olmayıb və ola da bilməz.
- Səbr sevincin açarıdır.
- Səbr yaxşıdır, əgər bütün ömrü səbr etməsən.
- Səhərin işığında çırağa ehtiyac yoxdur.
- Sən elədiyin yaxşılığı gizlə; sənə olunan yaxşılığı de.
- Sən kəmhövsələ, mən küsəyən, biz necə birləşə bilərik.
- Səndən aşağı olana mehriban ol.
- Sənə başqasının söyüşünün çatdıran, əslində özü səni söyür.
- Sənə kölgə salan ağacı kəsmə.
- Sənə xidmət edilən evi dağıtma.
- Sənə o adam xəbər gətirir ki, özü o işdən xəbərdar deyildir.
- Sənin düşmənini istəyən, səni istəməz.
- Sənin xeyrini istəməyən adamdan adamdan xeyir gözləmə.
- Siçana dedilər:-bu iki tikə qəndi götür, bu məktubu apar ver pişiyə.
- Siçan cavab verir:Mükafat əladır, amma tapşırıq çox ağırdır.
- "Simürğ" (quş adı) ayrı, "si mürğ" (otuz quş) ayrı.
- Sirkə satıcısı digər sirkə satanı sevməz.
- Sirr iki nəfərin arasına düşəndə qalar, üç nəfərin arasına düşəndə isə qapını açar və çıxıb gedər.
- Sirrini düşməndən gizləmək üçün gərək dostdan gizləyəsən.
- Sonsuz özbaşınalıqdan tiranlıq yaxşıdır.
- Sovqat ürəyə, qulağa və gözə məhəbbəti cəlb edər.
- Sözün qiyməti qısalığındadır.
- Su başdan lillənər.
- Su götürdüyün quyuya daş atma.
- Susmaq axmağa yaxşı cavabdır.(Axmağın qarşısında susarlar)
- Susmaq — biliklinin bəzəyi, biliksizin pərdəsidir.
- Susmaq da cavabdır.
- Sürünən kimi doğulanlar hər yerə dırmaşa bilirlər.
Ş
[redaktə]- Şahlar camaatın, alimlər isə şahların üzərində hökmranlıq edərlər.
- Şahin ölən zaman da gözü ov axtarır.(Tiran həmişə tirandır)
- Şahın sözü sözlərin şahıdır.
- Şam özünü yandırıb özgəyə işıq salar.
- Şəhvət əsiri kölədən də pisdir.
- Şərab adamın qəlbində olanı aşkara çıxarır.
- Şərəf puldan qiymətlidir.
- Şir elə qəfəsdə də şirdir.
T
[redaktə]- Taxıl əldən-ələ keçsə də son məqamda dəyirmana qismət olur.
- Tamahı çox olanın insafı az olar.
- Tamaşaçıya döyüş çox asandır.
- Tez — tez söz-sözə gəlmək dostluğu zəif salar.
- Təhlükəli işin axırı yaxşı qurtarsa da, yenə də təriflənməməlidir.
- Təhlükəli vəziyyətdə nə qardaş olur, nə də dost.
- Tələskən adamın — rahatlığı, hirsli adamın — sevinci, usandırıcı adamın dostu olmaz.
- Təmiz adam rahat yatar.
- Tənbəl insan şeytanın oyuncağıdır.
- Tənbəllik ilə ətalət bir-birilə evləndi, iki uşaqları oldu: birinin adı yoxsulluq, digərinin adı məhrumiyyət.
- Tərbiyə qızıldan qiymətlidir.
- Tərbiyəçisi olmayan adamı zamanı özü tərbiyə edər.
- Təzə bir dil öyrənmək təzə bir adam tapmaq kimidir.
- Tox ürək dolu kisədən yaxşıdır.
- Turşumuş xörək turşumuş sözdən yaxşıdır.
U
[redaktə]- Ulaq noxtası ilə bağlanar, adam dili ilə.
- Ulağı ya odun daşımaq üçün, ya da su gətirmək üçün çağırarlar.
- Unu olan adam odu söndürməz.
- Uşaq vaxtı öyrəndiyin, daşa yazılan naxış kimi yadda möhkəm qalar.
- Uzaqda olmaq həsrət, yaxında olmaq soyuqluq yaradar.
Ü
[redaktə]- Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə.
- Üç şey adama məhəbbət gətirər: mədənilik, təvazökarlıq, mülayimlik.
- Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət.
- Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş.
- Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan at və sakit arvad.
- Üç şeyə yaxınlaşma ki, üç şeydən canını qurtarasan: paxıl olma ki, kədərlənəsən, xəsis adamla oturub-durma ki, danlaq görərsən, dünyanın malına çox əhəmiyyət vermə ki, xalqı özünə düşmən edərsən.
- Ürək gözdən qabaq görər.
- Ürək də dəmir kimi paslanır.
- Ürəkdən gələn söz ürəklərə də təsir edər.
- Ürəyi kor olanın gözü də görməz.
- Ürəyini bərk etməyən, uşaq tərbiyə edə bilməz.
- Üzgücü suyun axarına doğru üzdüyü kimi, ağıllı adam da, zəmanəyə uyğun rəftar etməlidir.
- Üzün gözəlliyi xasiyyətin gözəlliyindədir.
V
[redaktə]- Varı ola-ola naşükür olmaq axmaqlıqdır.
- Varın yaxşısı yoxsullara xərclənəndir.
- Vətən sevgisi olmasaydı, pis ölkələr xaraba qalardı.
- Vətəni sevmək imandandır.
Y
[redaktə]- Yaxındakı tüstü kor elər.
- Yaxşı danışan gözəl də qulaq asar.
- Yaxşı sözü deyən zahirən gözəl olmasa da, sözünü qəbul et.
- Yaxşılıq etmək istəyən yaxşılıq etmiş kimidir.
- Yaxşılığı ancaq mərd adamdan gözləmək olar.
- Yaxşılığı elə, yaddan çıxarıb at suya.
- Yalan danışmaq bütün xətaların əsasıdır.
- Yalan deyibsənsə, yadında saxla.
- Yalançı adamın dostluğuna dözən özü də yalançıdır.
- Yalançı adamın öz hiyləsilə nail ola bilmədiyinə düz adam öz düzlüyü sayəsində çatar.
- Yalanın ömrü uzun olmur.
- Yalanla nahar edə bilərsən, amma axşam yeməyinə qədər davam etməyəcək.
- Yaman xəbər tez çatar.
- Yamanlığın lap azı da çoxdur.
- Yarasa deyər gündüz uçsam, gözəlliyimi görüb məni ovlayarlar.
- Yer dardır, eşşək isə təpik atan.
- Yetimə ağlamaq öyrətmə.
- Yəhudiyə kömək etmək istəyəndə: "Bu gün mənim bayramımdır"-deyə sevinir.
- Yoxsul yaşayıb varlı ölən nadandır.
- Yoxsulluqla nifrət bir yerdə təhlükəlidir.
- Yoxsulun təsəllisi gözünün yaşıdır.
- Yumşaq cavablar qəzəbi yatırar, kobud söz hay-küy qaldırar.
Z
[redaktə]- Zalımların evləri xarabadır.
- Zarafat sahibini qiymətdən salar, dinləyicini qəzəbləndirər.
- Zəifə qalib gəlmək məğlub olmaq kimidir.
- Zəifin silahı şikayətdir.
- Zəmanə yaxşı müəllimdir.
- Zibil dənizi bulandıra bilməz.
- Zirək xoruz yumurtada banlar.
- Zırramanın cavabı dilinin ucunda olur.
- Zor olmadan yağ çıxmaz.
- Zülm zalımı məhv edər.
İstinadlar
[redaktə]- ↑ Ərəbcə-azərbaycanca atalar sözləri və zərbi-məsələlər. Bakı, 1978. səh.8.