Cahil
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alimlə cahilin arasında fərq bircə burasındadır ki, alim nəfsinin cilovunu çəkə bilər, cahil yox. Şəms Təbrizi
B[redaktə]
- Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. Molyer
- Bir cahil üçün ən yaxşı şey susmaqdır. Nə var ki, bunu bilsəydi, onsuz da cahil olmazdı. Sədi
- Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər. Mustafa Kamal Atatürk
- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
- Buna görə də çoxluğun bir fikrə inanması, bu fikrin doğru olduğuna dəlalət etməz. Bəşəriyyətin əksər hissəsi cahil olduğundan hamı tərəfindən qəbul edilən bir fikrin yanlış olmaq ehtimalı daha çoxdur. Bertran Rassel
C[redaktə]
- Cahil axırda tula quyruğu xınalar. Azərbaycan atalar sözləri/C
- Cahil birinin yanında kitab kimi səssiz ol. Mövlana Cəlaləddin Rumi
- Cahil dirilərin ölüsüdür. Azərbaycan atalar sözləri/C
- Cahil dostundan çox ağıllı düşməninə güvən. Həzrəti Əli
- Cahil ilə bal yemə, ahıl ilə daş daşı. Azərbaycan atalar sözləri/C
- Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur. Mövlana Cəlaləddin Rumi
- Cahil insan hər yerdə var və hər yerdə də yersizdir. Corc Bernard Şou
- Cahil insan özünün belə düşməni ikən başqasına dost olması necə gözlənilər. Sokrat
- Cahil o adamdır ki, həmişəlik cahil qalmaq istəyir. Platon
- Cahil özünün düşmənidir, başqaları ilə necə dost ola bilər? İndoneziya atalar sözləri
- Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. Teymurləng
- Cahildə söz əylənməz. Azərbaycan atalar sözləri/C
- Cahillə mübahisə etmək hədərdir. Sədi
- Cahilin ən böyük bəlası cahil olduğunu bilməməsidir. Corc Eliot
D[redaktə]
- Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
Ə[redaktə]
- Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım. Kiçik İsgəndər
H[redaktə]
- Heç bilənlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! Qurani-Kərim
İ[redaktə]
- İnsanın cahil olduğunu bilməsi biliyə doğru atılmış ilk addımdır. Bencamin Dizraeli
N[redaktə]
- Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər. Reşat Nuri Güntekin