Teymurləng

Vikisitat saytından
Teymurləng

Əmir Teymur - (1336-1405) - Orta Asiya dövlət xadimi, sərkərdə, əmir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Biz ki, Məliki-Turan, Əmiri-Türküstanıq; Biz ki, Türk oğlu Türkük; Biz ki, millətlərin ən qədimi, ən Ulusu Türkün Başbuğuyuq..!

C[redaktə]

  • Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır.

Ə[redaktə]

  • Əmr edə bilmədiyim 10000 adamım olacağına, əmrim altında olan 10 adamım olmasını seçərəm. Ölkələr qılıncla alınar, ancaq ədalətlə qorunar.
  • Əvəzsiz bahadırlar sayəsində çox yerlər fəth etdim və 27 ölkənin xaqanı oldum.

G[redaktə]

  • Göydə tək olan Allah kimi, yerin də hakimi tək olmalıdır!

H[redaktə]

  • Haqq uğruna sərf olunan pul heç bir vaxt israf sayılmaz.
  • Hansı hökmdarın hökmünün təsiri dəyənəyinin təsirindən daha zəifdirsə, o hökmdar hökmdarlığa layiq deyil.

Q[redaktə]

  • Qüvvətli bir hökmdarın ədalətli bir vəziri, əfəndisinin bütün ədalətsizliklərini təmir edə bilər. Lakin şəxsən vəzir də zalım olsa dövlət binası yerlə bir olar.

M[redaktə]

  • Məmləkətlət qılıncla alınır, lakin ədalətlə mühafizə edilir.

O[redaktə]

  • Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs yaxşılığımdan nəsibləndi. Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu. Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi.

T[redaktə]

  • Təcrübə göstərdi ki həqiqi dost budur: Əsla gücənməz, dostunun düşmənləri onun da düşmənləridir və lazım olduğunda həyatını fəda edər.
  • Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər.

Y[redaktə]

  • Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil.

İstinadlar[redaktə]

Vikianbarda Teymurləng ilə əlaqəli mediafayllar var.

Vikipediyada Teymurləng haqqında məqalə var.