Redyard Kiplinq
Cozef Redyard Kiplinq (ing. Joseph Rudyard Kipling; 30 dekabr 1865, Bombey – 18 yanvar 1936, London) — ingilis yazıçısı, şairi və novellaçısı, Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis (1907)

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə[redaktə]
- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan.
H[redaktə]
- Həyatda uğurlu olanlar özlərinə lazım olan məlumatları öyrənməkdə geri qalmazlar və hadisələrin səbəblərini həmişə araşdırarlar.
- Hindistan elə bir ölkədir ki, adamı cinayətdə ittiham etmək istəsən, dəlillərin hamısını cənazə ilə birgə 54 rupiyə ala bilərsən.[1]
K[redaktə]
- Kişilər üç qadını xatırlayırlar: birincini, sonuncunu və birini.
- Kiminsə qəlbini qırıb sonra könlünü almaq,qabı qırıb onu təkrar yapışdırmaqdır.Amma onlar heç vaxt əvvəlki hala gəlməyəcəklər.
Q[redaktə]
- Qadının təxminləri kişinin əminliyindən daha doğrudur.
M[redaktə]
- Mənim 6 sadiq nökərim var, mən hər şeyimi onlara borcluyam. Onların adı: Kim? Niyə? Nə vaxt? Nə? Harada? və necə?
- Müvəffəqiyyətsizlik üçün qırx milyon səbəb vardır, amma bir tək üzr belə yoxdur.
İstinadlar[redaktə]
- ↑ Xəzinə.Bakı,1997. səh.147