Məzmuna keç

Tənəzzül



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər. Hüseyn Cavid
  • Elmin meyvələri insanlara nə qədər asan gəlib çatsa, dini inancın tənəzzülü də bir o qədər tez baş tutacaqdır. Ziqmund Freyd
  • Ədalət - haqqın təsəllisi, zülmün tənəzzülü, bəşər ruhunun feyz mənbəyi, insanlığın ən çox istədiyi və ən çox da uzaqlaşdırıldığı dəyərdir. Füyuzat jurnalı
  • Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalaniftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfərfəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
  • Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur..Uilyam Şekspir
  • Sən danışmağa tənəzzül etməzsən susqun sanarlar, və hər şeyi əhəmiyyətsiz hesab etdiyini düşünərlər. Bilməzlər ki, bir danışacaq olsan üzünə baxacaq üzləri qalmaz. Çingiz Aytmatov
  • Ümumi tənəzzül zamanı şəhərin çiçəklənməsi bütövlükdə bir neçə adama yox, ayrı-ayrı vətəndaşlara daha çox xeyir verər. Fukidid