Qürur
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz. Conatan Svift
- Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur. Aristotel
B[redaktə]
- Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur. Can Yücəl
D[redaktə]
- Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir. Corc Soros
E[redaktə]
- Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar. Henri Kaldervud:İsveç filosofu)
İ[redaktə]
- İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar. Corc Bernard Şou
Q[redaktə]
- Qürur qışqıran yerdə məhəbbət susur. F. Jerfo
- Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir. Uilyam Şekspir
M[redaktə]
- Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var. Cəlil Məmmədquluzadə
- Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum? Nəcib Fazil Qısakürək
S[redaktə]
- Sevgi haqqında söz olduqda, qadınlar qürur haqqında düşünmürlər. Qürur-qadınların dilindən düşməyən, amma hərəkət və işlərində heç vaxt görsənməyən bir şeydir. Aqata Kristi
T[redaktə]
- Təvazökarlıq qürur deməkdir. Qürürlu olanlar təvazökardırlar. Nazim Hikmət