Cəlil Məmmədquluzadə
Jump to navigation
Jump to search
Cəlil Məmmədquluzadə - Azərbaycan yazıçısı, dramaturq, jurnalist
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D[redaktə]
- Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim...
- Dünyada hər bir kəs üçün sözdən böyük yadıgar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır.
E[redaktə]
- Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur.
- Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə.
Ə[redaktə]
- Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza.
Q[redaktə]
- Qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda xidmət göstərməkdir. [1]
M[redaktə]
- Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var.
T[redaktə]
- Təhsil alın ki, cahilləri idarə edəsiz, təhsil almasanız əksi olacaq, cahillərin əlinə baxmalı olacaqsız.
Xarici keçidlər[redaktə]
İstinadlar[redaktə]
- ↑ Sabir Rüstəmxanlı. Ömür kitabı. Bakı, 1988