Conatan Svift
Jump to navigation
Jump to search
Conatan Svift - (30 noyabr 1667 - 19 oktyabr 1745) İngilis-İrlandiya yazıçısı və satiriki
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz.
B[redaktə]
- Bir şeyi istədiyimiz vaxt həmişə onun bizi cəzb edən tərəflərini görürük. Onu əldə etdikdən sonra da daim pis tərəflərini tapırıq.
D[redaktə]
- Dünyanı idarə edən qələm, mürəkkəb və kağızdır.
Ə[redaktə]
- Əsl bir dahini tanımaq heç də çətin deyildir. Dünyanın bütün axmaqları ona qarşı birləşirlər.
- Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır.
F[redaktə]
- Fil əslində olduğundan kişik təsvir edilir, birə isə böyük. [1]
G[redaktə]
- Görməyənlər qədər kor yoxdur.
K[redaktə]
- Kitablar zəkanın övladlarıdır.
Q[redaktə]
- Qanunlar hörümçək toru kimidir; kiçik milçəklər hörümçək toruna düşərlər, böyük arılar isə hörümçək torunu dəlib keçərlər.
- Qurd ən yaxşı meyvələrin içini yeməyə can atdığı kimi, böhtan da, adətən, ən ləyaqətli insanlara zərbə endirir.
M[redaktə]
- Müdrik insan pulları başında saxlayır, ürəyində deyil.
S[redaktə]
- Satira elə bir güzgüdür ki, tamaşaçı orada özündən başqa hər cür adamı görür.
T[redaktə]
- Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir şey öyrədə bilən başqa bir məktəb də yoxdur.
Ü[redaktə]
- Üslub bu cür müəyyən edilə bilər: müvafiq sözlər müvafiq yerdə işlənsin.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar[redaktə]
- ↑ Xəzinə. Bakı,1997. səh.55