Aclıq

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aclıq çox çəkmir, amma yadda çox qalır. Benqal atalar sözləri
  • Aclıq dad bilmir, yuxu səliqə-sahman, ehtiras - həya. Teluqu atalar sözləri
  • Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə. Mövlana Cəlaləddin Rumi
  • Aclıq, dünyanın ən gözəl sousudur. Miqel de Servantes
  • Aclıq, ən ağıllı balıqları belə qarmağa gətirir. Yohann Volfqanq Göte
  • Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır. Fin atalar sözləri
  • Aclıq insanı öldürən, partiyaları yaşadan bir hadisədir. Özdəmir Asaf
  • Aclıq qurd balasına da ulamağı öyrədər. Fin atalar sözləri
  • Aclıq mehriban ailəyə də narazılıq salar. Fin atalar sözləri
  • Aclıq, nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. Daniel Defo
  • Aclıq öyrədir və lopar balıqçılıq edir. (Lopar - siami, şimali Finlandiya əhalisi) Fin atalar sözləri
  • Aclıq soruşmur ki, nə yeməlidir, nə yox? Benqal atalar sözləri
  • Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur. Mark Tven
  • Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar. Mövlana Cəlaləddin Rumi

B[redaktə]

E[redaktə]

  • Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir. Viktor Hüqo

G[redaktə]

H[redaktə]

  • Hərbə sərf olunan pul dünyadakı aclıq probleminin tamamən həll edilməsi üçün lazım olan pulun təxminən 100 qatıdır. Əziz Nesin