Nəcib Fazil Qısakürək
Görünüş
Nəcib Fazil Qısakürək | |||
Doğum tarixi | 26 may 1904 | ||
Doğum yeri | İstanbul | ||
Vəfat tarixi | 25 may 1983 | ||
Vəfat yeri | İstanbul | ||
Dəfn yeri | Əyyubsultan qəbiristanlığı | ||
|
Nəcib Fazil Qısakürək (26 may 1904, Konstantinopol – 25 may 1983, İstanbul) — müasir türk mütəfəkkiri, şair və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur.
- Ağlaya bilsəydiniz, anlaya bilərdiniz..
- Axmaqlıq yoluxucudur.
- Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.
- Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var!
- Armud deyib keçməyin, onun ilk hecası çox adamda yoxdur!
- Arsızlığa cəsarət, zinaya eşq dedilər,
Cəmiyyətin əxlaqını bax beləcə yedilər.
B
[redaktə]- Bəziləri var ki, onlara alçaq belə deyə bilmirəm. Çünki alçaqlıq bir səviyyədir, onlar çuxurdu. Çünki bəzi insanlar çuxura düşsələr belə, fərq eləməz.
- Bir millətin dili ilə oynamaq onun həyatı ilə oynamaqdır.
- Bir nar ağacı var, bir də dar ağacı,
Namərdə nar düşdü, İgidə dar ağacı. - Biz aclıqdan qarnına daş bağlayan peyğəmbərin doymaq bilməyən ümmətiyik.
- Biz ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətiyik.
- Biz özümüzdən aşağı olmamalıyıq ki, cəmiyyətdən yuxarı qalxaq.
C
[redaktə]- Cavabımın şiddətindən susuram!
D
[redaktə]- Demokratiya özünü səhrada təsəvvür edənlərin ilğımıdır. Yaşamağa dəyər həyatı tap və ölümsüzlüyə doğru irəlilə!
- Dildə uzun, dolğun və çoxhecalı sözlər təfəkkür və sivilizasiya əlamətidir.
- Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır. İstəyən dünyada bişər, istəyən axirətdə.
- Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur… Şeir və sənətsə heç yoxdur…
- Diz çök ey nəfs, qabağımda diz çök.
- Dünən keçdi bu günü düşünürəm, sabah varmı? Gəncliyinə güvənmə, ölənlər həmişə qocamı?
- Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq.
- Dünya öküzün üstündə deyirlər amma; dünyanın üstündə nə qədər öküz bilirəm.
E
[redaktə]- Elə insanlar vardır ki; Kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər.
Ə
[redaktə]- Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın.
F
[redaktə]- Fars təsiri dəhşətlidir; İslamda ən böyük başlı atların başları və ən xain məğlubların başı iranlıdır.
- Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır.
G
[redaktə]- Gəncliyinə doya bilmədən getdi, deyirlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada yoxdur. Bura acmağın yeridir.
H
[redaktə]- Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə; insandan qaçmaq asan, özümdən qaça bilsəm…
İ
[redaktə]- İndi Fateh qalxsa məzarından nə mən onu tanıyaram nə o məni tanıyar.. Amma İstanbulu bizanslılar almış deyib təkrar savaşar.
- İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.
- İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.
K
[redaktə]- Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım!
- Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa!
- Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər.
Q
[redaktə]- Qadın qəbiristanlığa girərkən başını bağlayır, çölə çıxarkən açır, ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmaz.
- Qara Mustafanın Vyanada məğlubiyyəti nə hərbi, nə iqtisadi, nə bu, nə də odur; sadəcə mənəviyyatdır.
- Qız tələbəni başını örtdüyü üçün təhsil hüququndan məhrum etmək, Qurtuluş savaşının əvvəlində və Maraşda çadranın düşmənlər tərəfindən çıxarılıb yerə salınması ilə başlayan milli yüksəlişin ruhuna tüpürmək deməkdir.
- Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan.
M
[redaktə]- Məqsəd tək, ölməmək.
- Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam.
- Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!
- Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum?
N
[redaktə]- Nə gəlirsə başımıza haqqdandır; lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdır.
- Nə var ki bazarlığa girişəcək əcəllə, sərmayəm tək söz Allah Azze və Celle.
- Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır.
Ö
[redaktə]- Ölkələr pulsuzluqdan deyil, əxlaqsızlıqdan çökərlər.
- Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, gözəl olmasaydı ölərmiydi peyğəmbər?!
- Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.
- Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq.
S
[redaktə]- Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən!
T
[redaktə]- Tabutumun taxtası, bilsəm hansı ağacda?
- Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz…
- Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get!
- Tumurcuq dərdində olmayan ağac, odundur.
Ü
[redaktə]- Üç günlük dünya üçün səy üstünə səy, əbədi bir həyat üçün səy yox heyrət.
V
[redaktə]- Verən də o, alan da o, nədir səndən gedəcək? Təlaşını görən, can sənindir zənn edəcək.
Y
[redaktə]- Yaradan rəhmətini qəhrindən üstün saydı,
Nə olardı halımız, göz yaşı olmasaydı?.[1]
- Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm.
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.160