İttiham
Naviqasiyaya keçin
Axtarışa keçin
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- AZAD OLMAQ intuisiyaya itaət etmək, heç kəsi incitməmək və insanları səhvlərinə görə ittiham etməməkdir. Ancelina Coli
B[redaktə]
- Bəraət üçün pul alacağın insanı ittiham etmək isə daha böyük cinayətdir. Mark Tulli Siseron
- Bəzən susmaq ən dəhşətli ittiham ola bilər. Menandr
- Bilirəm ki, hardasa bizim hamımızı izləyən bir göz var. Və bir gün bizi günahlarımıza görə ittiham edəcək bir məhkəmə də. Leonard Koen
- Bir tənqid ki, məğlub olanı və ya səhv edəni ittiham edirsə, belə tənqidin nə faydası? Teodor Ruzvelt
- Birinci ittiham atılır, ikinci toxunur, üçüncü yaralayır və dördüncü öldürür. Volter
- Biz başqalarını özümüzə görə mühakimə etməyə öyrəşmişik və əgər biz nöqsanlarımızı onlara həvəslə bağışlasaq da, bizim üstünlüklərimizə malik olmadıqlarına görə onları çox sərt ittiham edirik. Onore de Balzak
- Bizim kəndi hüdudları daxilində qalan rus millətinə qarşı ədavətimiz yoxdur. Biləkis ona bu xüsusda hər dürlü iyi təmənnilərdə bulunuruz. Fəqət bununla bərabər bizi istədiyimiz şəkildə həyatımızı qurtarmaqdan və mədəni həyatımıza istədiyimiz istiqaməti verməkdən mənilə, kəndi kərdunəsinə taxaraq, istismar və istila əməlində bulunan hər hanki rus imperializminə bütün varlığımızla düşmanız. Bunu biz bu imperializmin keçmişinə və halinə olduğu kibi, gələcəyinə də təşmil etməkdən zərrə qədər çəkinməyiz! Və əminiz ki, cahan əfkarı ümumiyyəsilə bərabər, tarix də Avstriya imperatorluğuna qarşı “ihanət”lə Rusiya cəbhəsinə iltica edən Çexoslavakları ittiham etmədiyi kibi, bizi də ittiham etməz![1] Məhəmməd Əmin Rəsulzadə
Ə[redaktə]
- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
- Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
H[redaktə]
- Hökmdarlar və həkimlər bəraət yaxud ittiham ilə əlaqədar hər cür kənar xahişləri qətiyyətlə rədd etməlidirlər. [2]Evripid
M[redaktə]
- Mən belə dərd çəkirdim: ilk 5 dəqiqə ağlayır, sonrakı 5 dəqiqədə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə isə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım. Alla Puqaçova
S[redaktə]
- Soyuqqanlı insana coşqunluğu ittiham etmək asandır. Uilyam Şekspir
Ş[redaktə]
- Şahlarla hakimlər bəraət və ya ittiham haqqında xahişlərə uymamalıdır. Evripid
- Şəhadət barmağınla birini ittiham etdiyin zaman üç barmağının sənə tərəf yönəldiyini unutma. Hind atalar sözləri
T[redaktə]
- Tənqid, ittiham etdiyi şeylərdə pis olan cəhətləri göstərəndə effektli olar. Lev Tolstoy
İstinadlar[redaktə]
- ↑ RUSİYA KÖLƏLİYİNDƏ
- ↑ Xəzinə. Bakı, 1997, səh.121.