Məzmuna keç

Saniyə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq gələcək ümidi deyil. O, bu saniyəyədir və insanlarla və bu saniyədəki dünyayla uyğundur. Alber Kamyu
  • Bir çox kişi düşünür ki, bir saniyə gülümsəsələr, kimsə onlardan istifadə edəcək və onlar haqlıdırlar. Don Herold
  • Bir saniyə itirmədən, dərhal və qətiyyətlə həyat adlanan döyüş meydanında yer tutmaq lazımdır. Sahib olduğunuz şeylə kifayətlənməyin, məğlubiyyətlə heç vaxt barışmayın. Çünki, dünya fəth edilməsi üçün mövcuddur. Uinston Çörçill
  • 1 saniyə...qadınlar çox qəribədir. Qarşına keçirlər, səni ələ almağa çalışırlar və bunu bacarırlar. Sonra sənin ondan xoşun gələr, onu sevərsən, könlünü ona verərsən, hər şeyə dözərsən; bunu ancaq sən edərsən. Qəribədir. Məhz bu məsələ məni çox incidir. Məni başa düşmədiklərinə görə inciyirəm dostum. Sevirəm deyirlər, amma sonra gedirlər. Bob Marli
  • Biri ilə tanış olanda və aşiq olanda bütün kainatın bizim tərəfimizdə olduğunu hiss edirik. Və yenə də bir şey səhv olarsa, heç nə qalmayacaq! Bir neçə dəqiqə əvvəl orada olan gözəlliyin bu qədər tez yox olması necə mümkün ola bilər? Həyat çox sürətlə gedir. Bir neçə saniyə içində cənnətdən cəhənnəmə qaçır. Paulo Koelyo
  • Əbədi davam edə biləcək bir sevginin meydana gəlməsi bir saniyə çəkir. Kuba atalar sözləri
  • Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
  • Gözəl bir qızla eşqbazlıq edərkən bir saat bir saniyə kimi gəlir. Qızğın bir közün üzərində oturarkən bir saniyə bir saat kimi gəlir. Izafilik budur. Albert Eynşteyn
  • Həyatda var olmağımızı sadəcə bir təsadüfdür. Qısa və mənasız saniyələrdən zövq alıb diqqətimizi dağıdırıq sadəcə. Bu dünyada qısa müddətlik varlıqlar olduğumuzu unutmağımız üçün diqqəti dağıtmaq lazımdır. Həyatla bacarmağın başqa yolu yoxdur. Məsələn, eşq diqqəti dağıtmağın ən yaxşı yollarından biridir. İşləmək də o cümlədən. Vudi Allen
  • İki ordunun bir-birini bir saniyədə məhv edə biləcəyi gün bütün sivil millətlər müharibədən əl çəkib, ordularını tərxis edəcəklər. Alfred Nobel
  • İki saniyə sonrasına zəmanətimiz olmayan bir həyata görə fırıldaq olmağa ehtiyac yoxdur. Möhsün Yazıçıoğlu
  • Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər. Əlif Şəfəq
  • Ölüm kişidirsə, axıra gədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. Müəmmər əl-Qəzzafi
  • Ürəyi olmayanın ürəyimi sındırmağına icazə vermərəm. Məni bir saniyədə unudanı, mən iki saniyəylə şərəfləndirmərəm. Kiçik İsgəndər

İstinadlar

[redaktə]