Əlif Şəfəq

Vikisitat saytından
Jump to navigation Jump to search
Əlif Şəfəq

A[redaktə]

  • Artıq sənə yaza bilmərəm, amma səni yaza bilərəm.

B[redaktə]

  • Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir.
  • Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz.
  • Bir anın doğması üçün, bir anın ölməsi lazımdır. Yeni bir “mən” üçün köhnənin quruyub solması kimi.
  • Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.

D[redaktə]

  • Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm.

E[redaktə]

  • Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı başına bir dünyadır eşq. Ya düz ortasındasan-mərkəzində; ya da xaricindəsən-həsrətində.

Ə[redaktə]

  • Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır.
  • Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun.
  • Əsl dostluqlar ortaq zənginliklər üzərində deyil, ortaq yoxsulluqlar üzərində qurulanlardır.

G[redaktə]

  • Gözəl gündəliklərim vardı. Bir də heç vaxt gündəliklərim qədər gözəl olmayan günlərim.
  • Günlər günləri qovalayır. Günlər günləri eynilə təkrarlayır. Yorulurlar. Yaşamaqdan deyil, yaşaya bilməməkdən yorulurlar.

H[redaktə]

  • Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər.

X[redaktə]

  • Xəyalımdakı səni görsən qısqanarsan.

İ[redaktə]

  • İçimin tunellərinə girən kimi bir fənər alıram əlimə. Buralar çox qarışıqdı. Neçə dəfə gəlmişəm. Yenə də həmişəki kimi itirəm.
  • İndi hər kəs sussun! Bir az da hüzur danışsın. Çünki o bu günə qədər heç özündən bəhs etdirmədi.
  • İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?

K[redaktə]

  • Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır.

Q[redaktə]

  • Qəhvə eşq kimidir, nə qədər səbir və diqqət göstərsən dadı o qədər gözəl olar.

M[redaktə]

  • Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik.

N[redaktə]

  • Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində.
  • Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar.

Ö[redaktə]

  • Ölüm reallığını itirir; itənlər statistikaya, atışmalar xəbərlərə çevrildiyində.

S[redaktə]

  • Sənin üçün deyildi o qədər etdiyim şeylər, sadəcə sən zənn etdiyim biri üçün idi.

Y[redaktə]

  • Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davarnma.

...[redaktə]

  • Biri var məni ağladan.. Güldürənlərdən daha çox sevdiyim...
  • Eşq deyə bir şey yaşayıram. Nə tək tərəfli deməyə dilim var. Nə də qarşılıqlı olduğuna sübutum.
  • Ən pisi də; Ürəyində söyləyə bilməyəcəyin sözlərin qalmağıdır.
  • Əvvəl üzlərini unudarıq sevdiklərimizin. Ən çox üzümüzün unudulmasından narahatlıq keçirdiyimiz halda.
  • Kitab hələ müqəddəsdir mənim üçün... Söz hələ vacib və hərf hələ müəmma.
  • Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər.
  • Niyə baxdın nəyi geridə buraxdığına? Denən, insan tərk etdiyi şeyə niyə dönüb baxar son dəfə?

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Vikipediyada Əlif Şəfəq haqqında məqalə var.