| Möhsün Yazıçıoğlu |
| Doğum tarixi | 31 dekabr 1954 |
| Doğum yeri | Sarqışla |
| Vəfat tarixi | 25 mart 2009 |
| Vəfat yeri | Göksun |
| Dəfn yeri | Ankara |
|
|
Möhsün Yazıçıoğlu (türk. Muhsin Yazıcıoğlu; 31 dekabr 1954, Sarqışla, Sivas ili – 25 mart 2009, Göksun, Qəhrəmanmaraş ili) — türk siyasətçisi. Böyük Birlik Partiyasının yaradıcısı.
- Bir qar dənəsi olsam, Məkkəyə düşmək istərdim.
- Biz qan tökməyi sevən xalq deyilik, amma vətəndirsə, dünyanın şah damarını kəsəcəyik!
- Bizim millətçiliyimiz bölücü deyil, birləşdirici, qarşıdurma deyil, sakitləşdiricidir.
- Bu adamın haqqını vermək lazımdır. Pişiyini belə verməzdi… Kürd bizim qardaşımızdır, qohumumuzdur, əziz dostumuzdur. Kürd pişiyi, keçisi və özü türk milləti üçün dəyərlidir. Bərzanidən istədiyimiz pişik deyil, PKK liderləridir.
- Dövlətə, millətə güllə atanlara yox, oxumaq istəyirəm deyənlərə bağışlanma diləyirəm!
- İki saniyə sonrasına zəmanətimiz olmayan bir həyata görə fırıldaq olmağa ehtiyac yoxdu.
- Qan tökməyi sevən bir millət deyilik, ancaq söhbət Vətəndən gedirsə, dünyanın şah damarını kəsərik!
- Mən qar dənəciyi olsaydım, Məkkəyə düşmək istərdim.
- Mən türkəm,
türk əsir olmaz
Mən türkəm,
türk bayraqsız olmaz.
- Firona qarşı çıxmaq kifayət deyil, Musanın yanında olmaq lazımdır!
- Ölüm kafirlər üçün dəhşətli bir sondur, möminlər üçün isə nə gözəl başlanğıcdır!
- Türkiyə İran deyil. Türkiyə Əlcəzair olmayacaq. Türkiyənin Suriyaya çevrilməsinə imkan verməyəcəyik.
- Uşaqlarımız kitab oxumaqdan sıxılırlar. Ona görə də intellektual müzakirələrdə bir az zəif olurlar. Amma dava var desən Ayrancıdan Kızılaya qaçıb gələcəklər !
- Zalım Əzrayıl olsa belə, mən həmişə həqiqəti saxlayacağam. Müqəddəs hallarda ölüm belə gözəldir.