Vudi Allen
Jump to navigation
Jump to search
Vudi Allen | |||
![]() | |||
Doğum tarixi | 1 dekabr 1935 | ||
|
Vudi Allen (ing. Woody Allen; doğum adı Allen Styuart Köniqsberq; ing. Allen Stewart Königsberg, d. 1 dekabr 1935) - Amerikalı kinorejissor, yazıçı, musiqiçi, aktyor və komik.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Anam məni ciddi nizam-intizam içində böyüdüb. Atam, elə də çox qazanmırdı. Anam evin gəlirindən məsul idi. Buna görə də bizimlə həssas və yumşaq davranmaq kimi lüksü yoxdu. Anam mənə işləməyi və vaxtımı boşuna keçirməməyi öyrətdi.
- Atam mənə üzümü qırxmağı da öyrətməyib, bunu bir taksi sürücüsündən öyrənmişəm. Amma atamın mənə öyrətdiyi ən mühüm şey odur ki, sağlamlığımız yoxdursa, deməli heç nəyimiz yoxdur. Dişin ağrıyırsa, boğazın qıcıqlanırsa, ürəyin bulanırsa, hətta daha pis şeylər varsa ortada, deməli həyatınızdakı hər şey bərbaddır.
B[redaktə]
- Bəşəriyyət ölümcül ümidsizlik və tamamilə yox olmaq arasındakı kəsişmə nöqtəsindədir. Ya Rəbb, düzgün seçim etmək üçün bizə hikmət ver!
- Bilirsiniz, mən yalnız iki rol oynaya bilirəm - mən çox məhdud aktyoram. Mən ya ziyalı oynaya bilirəm, ya da əclaf.
- Bir insanı tanımaq istəyirsənsə başqalarının onun haqqında dediklərinə yox, onun başqa insanlar haqqında nə dedikərinə fikir ver.
- Bizi yuxarıdan izləyən hər şeyi görən gözə inanıram. Təəssüf ki, bu hökumətdir.
- Bol xardallı, sosiskalı sendviçi gözünüzün qabağına gətirin… Artıq belə şeylər yemirəm. Təxminən 45 ildir dilimə dəymir. Ləzzətli şeyləri yox, sağlam olan şeyləri yeyirəm.
E[redaktə]
- Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir.
- Evlilik ümidin ölümüdür.
Ə[redaktə]
- Əgər Allahı güldürmək istəyirsinizsə, ona planlarınızdan danışın.
- Əgər dünyaya istedadlı biri kimi gəlmisinizsə, bunu uğur kimi qiymətləndirməyiniz doğru deyil.
- Əgər insanların daha çox yumor hissi olsaydı, biz tamam başqa bir dünyada yaşayardıq.
- Əgər Tanrının olduğu ortaya çıxarsa... onun haqqında deyə biləcəyiniz ən pis şey odur ki, o, əsasən uğursuzdur.
F[redaktə]
- Filmlərdə nələr olduğunu da xatırlamıram. Bəzən televizorda kanalları gəzərkən, “Manhattan” və ya başqa görüntüləri görüb keçmişə qayıdıram. Əgər “Manhattan”ı təkrar izləsəm, sadəcə pis tərəfini görəcəm. Sonra da “aman Allah! Bunu edə bilərdim, onu edə bilərdim”- deyəcəm. Buna görə də filmlərimi izləməkdən qaçıram.
- Filmlərimi tamamladıqdan sonra, heç vaxt geriyə dönüb bircə səhnəsini belə xatırlamadım.
G[redaktə]
- Gələcəklə maraqlanıram, çünki bu, mənim həyatımın qalan hissəsini keçirəcəyim yerdir.
H[redaktə]
- Hamamda isti suyun altında olarkən ağlıma yeni ideyalar gəlir. Duşun altında adama elə gəlir ki, o başqa dünyadadır.
- Həyatda var olmağımızı sadəcə bir təsadüfdür. Qısa və mənasız saniyələrdən zövq alıb diqqətimizi dağıdırıq sadəcə. Bu dünyada qısa müddətlik varlıqlar olduğumuzu unutmağımız üçün diqqəti dağıtmaq lazımdır. Həyatla bacarmağın başqa yolu yoxdur. Məsələn, eşq diqqəti dağıtmağın ən yaxşı yollarından biridir. İşləmək də o cümlədən.
- Həyatda yalnız iki vacib şey var. Biri seksdir. Digəri o qədər də vacib deyil.
X[redaktə]
- Xoşbəxt olmağın yeganə yolu əzabları sevməkdir.
İ[redaktə]
- İnqmar Berqmanla bir masa ətrafında oturmaq, divar rəngləyənin Pikasso ilə eyni masada oturması kimi bir şeydir.
- İnsan bədənə və ruha bölünür. Ruh poeziya və fəlsəfə kimi bütün yüksək istəkləri əhatə edir, lakin bədən bütün əyləncələrə malikdir.
- İnsan təkcə çörəklə yaşamır. Zaman-zaman onun da içkiyə ehtiyacı olur.
- İş şəxsi həyatımıza müdaxilədir.
K[redaktə]
- Kişi ilə qadın arasındakı seks çox yaxşı şey ola bilər. Təbii ki, əgər lazım olan kişi ilə lazım olan qadının arasındasınızsa.
Q[redaktə]
- Qızlarım belə mənim antik olduğumu düşünür. Ancaq hər səhər hamıdan qabaq oyanıb onları məktəbə göndərən yenə də mənəm.
- Qorxu deyilən hiss olmasaydı, yaşaya bilməzdik.
M[redaktə]
- Mən ölümdən qorxmuram, sadəcə onun getdiyi yerdə olmaq istəmirəm.
- Mən ölümsüzlüyə öz işlərimlə nail olmaq istəmirəm, mən ölümsüzlüyü öz ölümümlə əldə etmək istəmirəm. Mən öz həmvətənlərimin ürəklərində yaşamaq istəmirəm, mən öz evimdə yaşamaq istəyirəm.
- Mənim elə itim var idi ki, bir-birimizə bənzədiyimizi anlayanda özünü öldürdü.
N[redaktə]
- Nə edəcəklərini düşündülər: Baham adalarına getsinlər, yoxsa boşansınlar. Ancaq sonda qərara gəldilər ki, Baham adaları yalnız iki həftəlik bir zövqdür və yaxşı bir boşanma isə ömür boyu davam edir.
O[redaktə]
- O qədər depressiyaya düşmüşdü ki, erməninin yanında nəfəs alıb intihara cəhd edib.
S[redaktə]
- Seks gülmədən edə biləcəyim ən gülməli şeydir.
- Seks kişi ilə qadın arasındakı ən gözəl ünsiyyət növüdür. Təbii ki, doğru kişi ilə doğru qadın arasında. Sekslə məhəbbətin də fərqi var. Seks gərginliyi azaldır, məhəbbət isə əksinə artırır.
- Sevgisiz seks mənasız bir təcrübədir, lakin digər mənasız təcrübələr arasında olduqca xoşdur.
- Sən əlindən gələni edərsən, amma sonda yenə hər şey taledən asılıdır.
- Sürətlə oxumayın! Mən “Hərb və sülh”ü belə oxudum və təkcə onu öyrənə bildim ki, hadisələr Çar Rusiyasında baş verir.
U[redaktə]
- Uğurun 80%-i doğru zamanda doğru yerdə görünməkdir.
Y[redaktə]
- Yazmayan adamların başa düşmədiyi bircə şey var. Onlar elə bilirlər ki, biz qurduğumuz cümlələri şüurlu şəkildə yazırıq. Əslində isə bunu şüursuz edirik. Zarafat edərkən də əvvəldən düşünüb etmirəm. Eləcə zarafat edirəm və nə dediyimin həmin an fərqinə varıram. Sonra da gülürəm. Çünki bunu elə mən də birinci dəfədir eşidirəm özümdən.
- Yetkinliyin ən etibarlı əlaməti qocalıq deyil, şəhərin mərkəzində, gur küçədə alt paltarında yuxudan oyananda itməmək bacarığıdır.
Z[redaktə]
- Zənginlik yoxsulluqdan yaxşıdır - ancaq maddi cəhətdən.