Alfred Nobel
Jump to navigation
Jump to search

Nobel Alfred Bernxard (isv. Alfred Bernhard Nobel; 21 oktyabr 1833– 10 dekabr 1896) - İsveç mühəndis-kimyaçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Amerika mənlik deyil. Hər şeydən gəlir götürmək cəhdi pedantizmdir və bu, insanlarla ünsiyyətin sevincinə kölgə salır, onlara hörmət hissini pozur.
B[redaktə]
- Bütün fransızlar əmindirlər ki, zehni qabiliyyətlər müstəsna olaraq onların sərvətidir.
C[redaktə]
- Cəfəngiyyat dövrümüzün ən böyük sənayesidir.
D[redaktə]
- Deputatların əsas məşğuliyyətləri sonsuz boşboğazlıq və rüşvət tələb etməkdir.
- Dostları yalnız öz qarınlarının hayında olan itlərin və qəbir qurdlarının arasında tapa bilərsiniz.
- Düzgün insan adətən yalançı olur.
Ə[redaktə]
- Əfəndim, məni incitməyin. Bu, məşhur qatillərin və aktyorların qismətidir. Mənim isə işləməyə vaxtım yoxdur. Amma yenə də dərc edə bilərsiniz. Budur mənim tərcümeyi-halım: "Nobel - yoxsul və yarımcan bir varlıq. Üstünlüyü: dırnaqlarını təmiz saxlayır və heç kimə yük olmur. Çatışmamazlıqları: ailəsiz, böyük səbrin yiyəsi, sağlamlığı zəif, amma iştahası yaxşı. Yeganə arzusu: diri-diri basdırılmamaq. Ən böyük günahı: var-dövlətə həris olmaması. Məgər, bu bir insan üçün bəs eləməz?
- Əgər mənim beynimdə minlərlə ideya varsa və onlardan yalnız biri səmərəlidirsə, mən bu nəticədən razıyam.
H[redaktə]
- Hərbi sənayenin mövcudluğuna yeganə bəraət xalqın təhlükəsizliyidir.
- Həyat sona çatdıqda və qəbirdən bizi yalnız bir neçə addım ayırdıqda, biz nadir hallarda yeni dostlar axtarırır, daha çox köhnə dostlara güvənirik.
- Həyatımız ana təbiətin bizə bəxş etdiyi, parıltısı əməyimizi mükafatlandırana qədər cilaladığımız və parıldatdığımız qiymətli daşdan ibarət bir hədiyyədir.
- Hörmətli olmaq üçün hörmətə layiq olmaq kifayət deyil.
- Hüquqşünaslar pul qazanmalıdırlar. Bunu yalnız düz xəttin əyri olmasını insanlara inandırmaqla etmək olar.
X[redaktə]
- Xalqlar demək olar ki, tam, hökumətlər isə yarım ağılsızdırlar.
İ[redaktə]
- İki ordunun bir-birini bir saniyədə məhv edə biləcəyi gün bütün sivil millətlər müharibədən əl çəkib, ordularını tərxis edəcəklər.
- İnsanlar özlərinə sekundant seçdikləri kimi, dövlətlər də arbitraj məhkəməsi yaratmalıdırlar.
- İstənilən demokratiya əclafların diktaturasına gətirib çıxarır.
- İstənilən ixtira və kəşf insanların şüurunda silinməz iz qoyur. Bu ümid etməyə imkan verir ki, gələcək nəsillərdə mədəniyyəti dəyişdirə bilən, onu daha yaxşı edən və mükəmmələşdirən insanlar daha çox olacaq.
K[redaktə]
- Kantın stili o qədər ağırdır ki, oxucu əsassızlığa can atır.
- Kitabsız və mürəkkəbsiz tərki-dünya ölü kimidir.
M[redaktə]
- Məmnunluq yeganə real sərvətdir.
- Mən adamsevməzəm, amma tamamilə xeyirxah bir adamsevməz.
- Mən məmnuniyyətlə bütün bu topları, onlarla bağlı hər şeyi cəhənnəmə göndərərdim. Cəhənnəm, onların saxlanması və sınaqdan keçirilməsi üçün ən yaxşı yerdir.
- Mən ölümümdən sonra sülh ideyasının yayılması üçün böyük bir fond qoyub getmək istəyirəm, amma onun nəticələrinə şübhə edirəm.
- Mən saysız-hesabsız sərvət qazandım. Onu insanlara, nəsillərə vermək vaxtıdır.
- Mənim dinamitim sülhə min dünya konqresindən daha yaxşı kömək edəcək. İnsan başa düşəndə ki, bütün orduları məhv etmək olar, o, əbədi sülh içində yaşaya bilər.
- Mənim minə qədər ideyalarım var, amma onlardan yalnız biri bəhrəlidir.
- Mənim vətənim hərəkət etdiyim yerdir. Mən isə hər yerdə hərəkət edirəm.
- Miras qalmış sərvət, darıxdırıcı insan qabiliyyətlərinə xidmət edən bir fəlakətdir.
- Müharibə dəhşətdir, qorxunc bir cinayətdir. Mən elə bir dağıdıcı gücə malik maddə və ya maşın icad etmək istərdim ki, onların köməyi ilə istənilən müharibə qeyri-mümkün olsun.
O[redaktə]
- Oxşarlıqların və fərqlərin axtarışı və müşahidəsi bütün insan biliyinin əsasıdır.
P[redaktə]
- Pul və plan kimi iki şeyi heç vaxt almayın.
S[redaktə]
- Sənə təsəlli verən, öləndə gözlərini bağlaya biləcək dostunun olmaması necə də kədərlidir.
T[redaktə]
- Taleyi yalnız xəyalda tapmaq olar.
- Təbiət bir müəllimdir. O, gözləri açır, zehni işıqlandırır və ürəyi təmizləyir.
- Təəssüf ki, polis üçün maksimal qiyməti ödəməyə hazır olsan da, taleyini sığorta şirkətinə çevirə bilməzsən.
Ü[redaktə]
- Ümid, həqiqətin çılpaqlığını gizlətmək üçün təbiətin bir pərdəsidir.
Y[redaktə]
- Yaxşı arzular öz-özlüyündə sülhü təmin etməyəcək.
- Yaxşı nüfuz təmiz köynəkdən daha vacibdir. Köynək yuyula bilər, nüfuz isə heç vaxt.
- Yalan bütün günahların ən böyüyüdür.
- Yalnız maksimum fayda əldə etmək üçün qayğı göstərən insanlar çətin ki, hörmətə layiq olsunlar. Onların fəaliyyətinin əsl motivasiyası insan ünsiyyətinin sevincinə kölgə salmağa qadirdir.
- Yüksək mənəvi keyfiyyətləri olan işçi qüvvəsi, istismar edilən kütlədən daha məhsuldardır.