Söz
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmağın min sözü, ağıllının bir sözünə dəyməz. Qırğız atalar sözləri
- Aristotel "Gözəl söz nədir?" sualına cavab olaraq "Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir" demişdir. (Şarl Aleksandr Kalonn: Fransa dövlət xadimi)
- Atalar sözləri - şəhadət barmağında daim parlayan qızıl üzükdür. Alfred Tennison
B[redaktə]
- Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et. (Uilks)
- Bütün insanlar eyni sözlərdən istifadə edirlər, ancaq yenə də bir-birlərini başa düşmürlər (Oktavio Pas)
Ç[redaktə]
- Çox danışmaq- qiymətli sözü də qiymətdən salar. Hümam Təbrizi
D[redaktə]
- Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam. Əbdürrəhman Cami
- Deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyar. (Ataullah İsgəndəri:İslam alimi)
- Dildə deyilməsi və yerində istifadə edilməsi ən çətin söz məndir. Alfred De Viqni
Ə[redaktə]
- Əgər söz olmasaydı, mövcüdatı tanımaq olmazdı. Fəzlullah Nəimi
H[redaktə]
- Heyvanı qulağından tanıyarlar, insanı sözündən. Qırğız atalar sözləri
X[redaktə]
- Xoş söz böyük hədiyyədən qiymətlidir. Alman atalar sözləri
K[redaktə]
- Köynəyin ləkəsi su ilə gedər, ürəyin ləkəsi söz ilə. Qaraqalpaq atalar sözləri
N[redaktə]
- Nitqin gücü az sözlə çox şey demək bacarığındadır. Plutarx
S[redaktə]
- Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar. Jan de Labrüyer
- Söz azadlığını qanunlar həll edə bilməz. Öz düşüncəni deyibdə cəza almamaq üçün, cəmiyyətin də bunu qəbul etməyi vacibdir. Albert Eynşteyn
- Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar. Əhvədi.
- Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də. (Tolstoy)
- Söz bütün faktların, bütün fikirlərin geyimidir. Maksim Qorki.
- Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir”. Həzrəti Əli
- Söz dərman kimidir- qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. (Viktor Kambon)
- Söz dinləməyi bilməyən söz dinlətməyi bilməz. Aristotel
- Söz doğru, hərəkət isə qəti olmalıdır. Konfutsi.
- Söz əsər eləməyənə, çubuq da kömək etməz. Sokrat.
- Söz həyatın ən böyük silahıdır. V. Korilenko.
- Söz insan qüdrətinin böyük sərkərdəsidir. Vladimir Mayakovski
- Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır, necə ki, cism ilə can. Məhəmməd Füzuli
- Söz var insanı yola gətirər, Söz var insanı yoldan çıxarar. Humam Təbrizi
- Söz yağış kimidir - birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda- fəlakət. Rəsul Həmzətov
- Söz yanığı köz yanığından bərk olur. Qırğız atalar sözləri
- Sözlə öldürmək də olar, xilas etmək də. Sözlə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da. (İohann Şefler: Alman filosofu)
- Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir. Aleksandr Pop
- Sözlərin ən pisi yalandır. Həzrəti Əli
- Sözü yadinda saxlayan agilli, nagili yadinda saxlayan isə müdrik olur. Monqol atalar sözləri
- Sözün atası ağıl, anası dildir. Qaraqalpaq atalar sözləri
- Sözün, şerin qiyməti onun düzlüyündədir. Məhəmməd Füzuli
- Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur. (M.Monten)
Ş[redaktə]
- Şirin söz baş gicəldər. Malayal atalar sözləri
T[redaktə]
- Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir. Sokrat
Ü[redaktə]
- Üç şey: atilmiş ox, deyilmiş söz və keçmiş günlər heç vaxt geri qayitmir. (G.F.Daumer)
Y[redaktə]
- Yalnız qadağan edilmiş söz təhlükəlidir. K.Bernar