Aleksandr Pop
Jump to navigation
Jump to search

Aleksandr Pop (21 May 1688 - 30 May 1744) – İngilis şairi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək.
- Axmaqlar heyran olur, ağıllı insanlar isə razılıq ifadə edirlər.
B[redaktə]
- Baxışlarımız bizim saatlarımıza bənzəyir: hamısı fərqli vaxtları göstərir, amma hər kəs yalnız öz saatına inanır.
- Bir ağac, hər hansı bir şahzadədən daha soyludur.
- Bizi ömrü boyu müşayət edən ümid, hətta ömrün son saatında belə bizi tərk etmir.
- Bütün axmaqlar kimisə ələ salmaq üçün səbirsizlənirlər.
C[redaktə]
- Cazibədarlıq gözə çarpar, fəzilət isə ruhu fəth edər.
D[redaktə]
- Dəniz ayırdığı ölkələri birləşdirir.
- Doğru olan, haqlı olandır.
- Dünyanı yaddan çıxaranı dünya da unudar.
G[redaktə]
- Gözəllik, tək bir saçla belə bizi arxasından sürüyər.
H[redaktə]
- Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür.[1]
- Heç bir şey gözləməyənlər nə xoşbəxtdir, heç xəyal qırıqlığına uğramazlar.
- Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız.
- Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir.
X[redaktə]
- Xəstəlik bir növ erkən qocalıqdır.
İ[redaktə]
- İnadçı bir adam fikirləri tutmaz, fikirlər onu tutar.
- İnsan səhv etdiyini etiraf etməkdən utanmamalıdır, çünki belə bir etiraf sadəcə bir ifadədir, başqa sözlə, bu gün dünənkindən daha ağıllıdır.
- İnsanlar mələk, mələklər də Tanrı olmaq istəyərlər.
K[redaktə]
- Kim yalan danışarsa, özünü çətin vəziyyətə salır, çünki o, bundan sonra azı iyirmi dəfə yalan danışmalıdır ki, birinci yalanın üstünü örtsün.
Q[redaktə]
- Qərarlar əksər halda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz. Amma yenə öz qərarımıza etimad edirik.
- Qəzəb həmişə öz səhvlərini başqalarında axtarır.
- Qəzəblənmək başqasının səhvlərini aradan qaldırmaq deməkdir.
M[redaktə]
- Məhəbbət bütün ürəkləri açan açar kimidir.
N[redaktə]
- Namuslu bir adam, Tanrının ən soylu əsəridir.
- Nizam səmanın ilk qanunudur.
O[redaktə]
- Oxuduğumuz kitab, bizi fikrən yüksəldib, içimizi yaxşı duyğularla doldurmalıdır.
Ö[redaktə]
- Özünə heyran olan insanın gözləri qədər böyüdən mikroskop yoxdur.
S[redaktə]
- Səhv etmək insanın, bağışlamaq tanrıların mülküdür.
- Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər.
- Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir.
Ş[redaktə]
- Şər insanla yoldaşlıq edəndə yalnız birinci gün bunu rüsvayçılıq bilirsən, sonrakı günlərdə buna elə vərdiş edirsən ki, hətta onu qucaqlayıb öpə də bilirsən.[2]
T[redaktə]
- Tanrı: "Nyuton olsun!" dedi və hər şey işıqlandı.
- Təbiət və Təbiətin qanunu, qaranlıqda gizli idi.
- Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır.
Ü[redaktə]
- Üzr, yalandan daha qorxunc, daha pisdir; üstü örtülmüş bir yalandır çünki.
Y[redaktə]
- Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi hədiyyəsidir.
- Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir.
- Yalan danışan öhdəsinə götürdüyü işin çətinliyini dərk etmir: bu ilk yalanı ört-basdır etmək üçün daha iyirmi yalan uydurmalı olacaq.
İstinadlar[redaktə]
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,