Məhəmməd Füzuli
Jump to navigation
Jump to search
Məhəmməd Füzuli - Azərbaycan şairi və mütəfəkkiri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Açılmamaış dəfinədir hər bir canın xəzinəsi,
İnci saçan dilindədir, hər insanın xəzinəsi.
B[redaktə]
- Biz bir ruhuq iki bədəndə.
E[redaktə]
- Elmsiz şeir təməli olmayan divara bənzər və təməli olmayan divar da tez yıxılar.
- Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
- Ey Füzulu, mən qənaət mülkünün sultanıyam, Səltənət isbatı əynimdə palasi-fəqir bəs.
D[redaktə]
- Dil gülünc etməsin deyə insanı,
İnsan ağzı oımuş dilin zindanı.
- Dünya hər kəsin öz malını satdığı bir bazardır.
G[redaktə]
- Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,
Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.
H[redaktə]
- Hakim oldur ki, onun olmaya felində riya.
- Hər kəs ki lovğadır, onda olmaz hünərdən əsər.
İ[redaktə]
- İlahi feyzdən bir xəzinədir söz.
Q[redaktə]
- Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlilərin qapılarındakı köpəklərlə boğuşmalıdır.
S[redaktə]
- Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir - birindən asılıdır, necə ki cism ilə can.
- Söz sərrafı heç bilirsən nə biliklə ucalıbdır,
Davud gözəl səsi ilə deyil, nəbiliklə ucalıbdır.
- Söz ucaldıb, söz yüksəldib səcdəsində duranı da,
Əzəl sirrin hökmünü də, alqışı da, Quranı da.
- Sözün, şeirin qiyməti onun düzlüyündədir.
Y[redaktə]
- Yalan ilə qurulan yuvanın səadəti də yalandır.[1]
Mənbə[redaktə]
- Ağıla və qəlbə işöq saçan sözlər. Bakı,2014