Məzmuna keç

Qətran Təbrizi

Qətran Təbrizi
Doğum tarixi 1009, 1012
Doğum yeri Şadiabad
Vəfat tarixi 1072, 1088
Vəfat yeri Təbriz
Vikipediya məqaləsi

Qətran Təbrizi (1009 və ya 1012, Təbriz – 1072 və ya 1088, Təbriz) — Təbriz yaxınlğında Şadiabad kəndində anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı adamlar kin bəsləməzlər.
  • Bacarıq səhv etməkdə deyil, onu düzəltməkdədir.
  • Düşmən bizə sövq etsə, təəccüblü sanılmaz,
    Dəhşətli olar dost edə dosta xəyanət.[1]
  • Əvvəl düşün, sonra danış.[2]
  • Gizli görülən işin cəzası gizlində verilir.
  • Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç.
  • Həm gözəl, həm də vəfalı olmaq böyük xoşbəxtlikdir.
  • Hər kəs öz taleyinin çilingəridir.
  • Hər sözü dilə gətirmək mümkündür, lakin hər sözü ağla qandırmaq şətin və müşküldür.
  • Məftun olanların ürəyini şirin dillə əsir etmək olar.
  • Min şahiddən bir etiraf yaxşıdır.
  • Min yalan bir doğruya dəyməz.
  • Səni özün kimi anlamasalar, sən özünü başqalarına anlada bilməzsən.
  • Söz ruhun ölçüsüdür, ağıl isə tərəzidir,
    Ölçü sözə lazımdır, ancaq miqdarı tərəzi təyin edir.
  • Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.[3]
  • Vətənsiz insan nəğməsiz quş kimidir.
  • Zülmə nifrət edib ədaləti sevənə hamı ürəkdən bağlı olar.

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.81
  2. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.342