Stanislav Eji Lets
Jump to navigation
Jump to search

Stanislav Eji Lets (6 mart 1909 - 7 may 1966) - yəhudi mənşəli görkəmli Polşa şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamlar qanunla hüququ tez-tez qarışıq salırlar.
- Adamyeyənlər elmin tamına baxmaq istəyəndə alimlərin dilini qoparırlar.
- Ah, əgər düşmənlərimin ölümündən sonra yenidən dünyaya gələ bilsəydim.
- Axında kimin könüllü üzdüyünü təyin etmək çox çətin işdir.
- Axmaqlıq - insanı düşünmək zərurətindən xilas etmir.
- Amerika yolunu kəsməsəydi, kim bilir Kolumb nə kəşf edəcəkdi!
- Anonim yazı yalnız o halda məqbuldur ki, onu yazanın özü həqiqətən mövcud olmasın.
- Artıq labirintlərə də lövhə vurublar: “Yolu azmaq qadağandır”
- Ateistlər İsa peyğəmbərin anadan olduğu ddövrdən sonrakı zaman haqqında - "bizim era" deyirlər. Qəribədir.
- Azadlığı seçən bumeranqlar geri qayıtmırlar.
B[redaktə]
- "Başını dik tut" - deyə cəllad ilgəyi məhbusun boynuna keçirdi.
- Bataqlıq bəzən dərinlik təsəvvürü yaradır.
- Bayrağı elə yüksəkdə tutmuşdu ki, deyəsən, onu görən gözü yoxdur
- Bəzi adamların heç vaxt ümidləri olmayıb, bəziləri də elə hey onu itirirlər.
- Bir çox hallarda çıxış girişin olduğu yerdədir.
- Biz hökumət barədə nə qədər pis düşünürüksə, o bizim barəmizdə bundan da pis düşünür.
- Boğazdan asılanın evində kəndirdən danışmazlar. Bəs cəlladın evində necə?
- Boş başlarda əks-səda qoparmaq çox çətin işdir.
- Buqələmun hökümət başçısı olanda, yan-yörəsindəkilər rənglərini tez-tez dəyişirlər.
- Bütün allahlar ölümsüz olmuşlar.
- Bütün düşüncələr beyindən keçmir, bəziləri yalnız senzuradan keçir.
C[redaktə]
- Cəlladı məzəmmət etdilər ki, o bütün siyasi quruluşlarda cəlladlıq edib və sonralar əvvəl sərəncamı ilə edamları yerinə yetirdiyi şəxslərin özlərini edam edib. Cəllad deyir: Siyasi baxışların mənə dəxli yoxdur. Mən qarşımda yalnız insanı görürəm.
- Cənnətdə hər şey olmalıdır. Hətta cəhənnəm də.
Ç[redaktə]
- Çörək istənilən ağzı açır.
D[redaktə]
- Desələr müqəddəs adam yoxdur, hətta ateistlər də inciyər.
- Dəlilər haqqındakı lətifələri dəlilərin öz dilindən eşitmək təşviş doğurur: onlar kifayət qədər ağıllı deyillərmi?
- Dissertasiya mövzusu: "İnsanlığın tarixində insanın rolu"
- Dişlər töküləndən sonra dil ağızda böyük azadlıq qazanır.
- Dövlətin konstitusiyası elə olmalıdır ki, vətəndaşın konstitusiyasını pozmasın.
- Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha da hiss etmirdi.
- Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü söyləyə bilməməyim ucbatından yazıçı oldum.
E[redaktə]
- Ehtiyatlı olun, hər mifdə bir dəfə də gündəlik çörəyimizə çevrilə biləcək bir həqiqət var.
- Elə adamlar var ki, adam öldürməyə əlləri qalxmır, ona görə məcbur olurlar ki, öldürməzdən qabaq adamı adamlıqdan çıxartsınlar.
Ə[redaktə]
- Əcnəbi dili bilmədən əcnəbilərin susmağını heç vaxt başa düşə bilməzsən.
- Əgər qəlb özünü hər dəfə bədənin hesabına xilas etməyə çalışırsa, onda qəlb ilə bədəni harmoniyasına necə nail ola bilərik ki?
- Əgər o ölübsə, bu hələ sübut etmir ki, həqiqətən yaşayıb.
- Ən çətin iş – cəhənnəmi yandıra bilməkdir.
- Ən sərrast atəş – atıb insana dəyməməkdir.
- Ən yüksək mərtəbəyə ucalanlar özlərinə asanlıqla bəraət qazandıra bilərlər ki, daha bundan o yana yol yoxdur.
- Əsatir həqiqətə çevriləndə, bu, kimin qələbəsi olacaq: materialistlərin, yoxa idealistlərin?
- Əsl düşmən heç vaxt səni tərk etməyəcək.
- Əsl əzabkeş o adamdır ki, ona əzabkeş olmağı da çox görüblər.
- Əsl təlxək əsl təlxəyi ələ salırsa, deməli, onlardan hansısa əsl təlxək deyil.
F[redaktə]
- Fakt son dəblə geyinsə belə, yenə həmişə çılpaqdır.
G[redaktə]
- Gələcəyin elmi üçün bu dövrün axmaqlığı onun müdrikliyi qədər dəyərlidir.
- Gənclik təbiətin hədiyyəsidir, yaş isə sənət əsəridir.
- Görəsən, adamlar özgəsinin xatirəsində kimin hesabına yaşayırlar?
- Gülməyə səbəb olmayanda satiriklər doğulur.
- Gülməyin qadağan edildiyi yerdə, adətən, ağlamağa da içazə vermirlər.
H[redaktə]
- Hakimiyyət tacı əksər halda bir başdan digər başa deyil, bir əldən digər ələ keçir.
- Heykəlləri uçuranda postamentlərini saxlayın. Lazımınız ola bilər.
- Həqiqi düşmən heç vaxt səni atmır.
- Həqiqətdə hər şey əslində olduğu kimi deyil.
- Hər bir əsrin öz orta əsrləri var.
- Hər hansı dövrün səfehliyi də müdrikliyi kimi növbəti dövr üçün qiymətli dərsdir.
- Hər şey çoxdan yazılıb qurtarıb. Ancaq xoşbəxtlikdən hamısının üzərində düşünülməyib.
- Hər şeyə göz yummaq üçün adamın gərək yüz gözü olsun.
- Hərdən kobudluq eləmək lazımdır ki, nəzakətli adam olduğunu qiymətləndirsinlər.
- Hərdən susmaq da lazımdır ki, sənə qulaq assınlar.
X[redaktə]
- Xalqımızın çəkdiyi əzablar sırasına icbari məktəb mütaliəsi də daxil edilməlidir.
- Xalqın bir qəlbi, bir ürəyi, bir köksü ola bilər. Bədbəxtlik orasındadır ki, onun bir beyni olsun.
İ[redaktə]
- İblisin gücü onun mələk səbrindədir.
- İblislər iki cür olur: cəzalandırılmış mələklər və özünə karyera qazanmış adamlar.
- İnsan dal ayaqları üzərində yeriməyə başlayandan hələ də öz tarazılığını düzəldə bilməyib.
- İnsan haqqında biliklərin zirvəsi - gizli polis arxividir.
- İnsanın fantaziyası nə qədər güclü olsa, özü öz gözündə bir o qədər acizləşəcək.
- İnsanları sevirəm. Elə ona görə də heç vaxt onları yaratmazdım.
- İştah yemək vaxtı gəlir, amma soyuq olan vaxt getmir.
K[redaktə]
- Kahinlərə bircə dəfə baş əymək, Allaha yüz dəfə baş əyməkdən daha çox fayda verir.
- Karyeranın eşafota aparan pillələri də var.
- Kiminlə yatdığını mənə de, yuxuda kimi gördüyünü sənə deyim
- Külək hardan əsdiyini hardan bilsin?
Q[redaktə]
- Qadın üçün Hitleri doğmaq Bethoven və Dostoyevskini doğmaq qədər əzablı idi.
- Qorxaqlığından öz fikirlərini də özgələrin başında gizlədib saxlayırdı.
M[redaktə]
- Meymunun insana çevrilməsi prosesi nə qədər çox çəksəydi, insan qanı bir o qədər az axardı.
- Mələklərdən qorxuram. Onlar o dərəcədə mərhəmətlidirlər ki, şeytan olmaq üçün hamısını asanlıqla yola gətirmək mümkündür.
- "Mən sabahın şairiyəm", - o dedi. "Bu barədə birisi gün danışarıq", - cavab verdim.
- Mənbəyə çatmaq üçün - axına qarşı üzmək lazımdır![1]
- Mif bir miflə toqquşduqda çox real toqquşma olur.
- Mif qədim qeybətdən başqa bir şey deyil.
- Mif şüuru müəyyənləşdirir.
- Mifologiyada insanlar tanrı olsaydılar nə edəcəkləri barədə düşüncələrini bir kənara qoyurlar.
- Möhtərəm yazıçılar! Mürəkkəblə yox, qanla yazmaq lazımdır - bir şərtlə ki, özgə qanı olmasın.
- Müsibətə bax ki, adamın qəddi yalnız çarmıxda düzəlir.
- Müsibətə bax ki, Prometeyin allahlardan oğurladığı odda Cordano Bruno da yandırılmışdır!
N[redaktə]
- Nə qədər ki elm bizim nəsə ayrı bir şey olduğumuzu sübut etməyib – bəlkə o vaxta qədər adam olaq?
- Nə qədər ki yel əsmir – yelqovanın da xarakteri var.
- Nəsillərin zəif yaddaşını yalnız əfsanələr mühafizə edir.
O[redaktə]
- Onu yalnız çılpaq gördüyüm üçün haqqında heç nə danışa bilmərəm.
- Onun günahla dolu xeyirxah arzuları var idi.
- Onun üzərinə şübhə kölgəsi düşmüşdü və o bu kölgədə gizlənirdi.
- Ot tayası sevgililər üçün bir cür, atlar üçün tamam başqa cür qoxuyur.
Ö[redaktə]
- Ölümdən sonra yaşamaq asan məsələ deyil: bəzən bundan ötrü bütün ömrü sərf etmək lazım gəlir.
- Ölümsüzlüyün birinci şərti – ölməkdir.
- Öz zamanını qabaqlamış adamlar onu hər cür rahatlıqdan məhrum sığınacaqlarda gözləməli olmuşdular.
- Özünüz haqqında miflər yaradın. Allahlar yalnız bu cür başlamışlar.
R[redaktə]
- Realist ol – həqiqəti söyləmə!
S[redaktə]
- Sirrin özünü gizlətməyə ehtiyacı yoxdur.
- Sıfırlardan zəncir düzəltmək asan işdir.
- Sözsüz rolda da aktyorun deməyə sözü olmalıdır
Ş[redaktə]
- Şairlər də uşaqlar kimidir: yazı masasının arxasında oturanda ayaqları yerə çatmır.
- Şayiələr köhnələndə rəvayətlərə çevrilir.
- Şeytan – cəhənnəmdə müsbət surətdir.
T[redaktə]
- Texnika elə bir inkişaf mərhələsinə yetişəcək ki, adam özü olmadan da keçinə biləcək.
U[redaktə]
- Uşaq valideynləri doğurur.
Ü[redaktə]
- Ürəklə baş arasında gedən mübarizədə ən son qazanan mədədir.
Y[redaktə]
- Yadda saxlamaq lazımdır ki, insanın insan olmaqdan başqa özgə seçimi yoxdur.
- Yaxşı, tutaq ki, başınla vurub divarı deşdin. Bəs qonşu kamerada nə edəcəksən?
- Yalan doğrudan bircə şeylə fərqlənir: doğru olmamasıyla.
- Yalan həqiqət kimi ortaya çıxanda yalana çevrilir.
- Yalnız öllülər dirilə bilərlər. Dirilər üçün bu çətin işdir.
- Yaşamaq zərərli şeydir - yaşayanlar ölürlər.
- Yazıçılara məsləhət: son nöqtəni qoymağa heç vaxt gecikməyin. Bunu yazmağa başlamadan da etmək olar.
- Yüksək sürət götürüb bir ömrü bir günə də yaşamaq olar. Amma bəs qalan vaxtda neyləyəcəksən?
Z[redaktə]
- Zamanla ayaqlaşmağa çalış, yoxsa arxadan gələnləri basıb əzərsən.