Axmaqlıq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar. Qırğız atalar sözləri
- Axmaq adam özündən başqasını sevməz. Rus atalar sözləri
- Axmaq adam səsini qaldırar, ağıllı ancaq gülümsəyər. Benqal atalar sözləri
- Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə. Rus atalar sözləri
- Axmaq dediyini deyir, eşidən ağıllı olsun. Ləzgi atalar sözləri
- Axmaq düzü damcı-damcı udar, yalanı - qaşıq-qaşıq. Rus atalar sözləri
- Axmaq həmişə ortaya dürtülər. Monqol atalar sözləri
- Axmaq həmişə öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı isə həmişə arxada dayanır ki, hamını görə bilsin (Silva Karmen:Alman yazıçısı)
- Axmaq öz axmaqlığını heç vaxt boynuna almaz. Ləzgi atalar sözləri
- Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir (Klod Adrian Helvetsi:Fransız filosofu)
- Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var. Sədi
- Axmağın balacası atını tərifləyər, böyüyü özünü. Monqol atalar sözləri
- Axmağın min sözü, ağıllının bir sözünə dəyməz. Qırğız atalar sözləri
- Axmağın həyatı zəhərdən də acıdır. (Həzrəti İsa əleyhissalam)
- Axmaqlar ən çox müdriklikdən, vicdansızlar isə vicdandan dəm vururlar. Paul Ernest
- Axmaqları xüsusi olaraq yetişdirmirlər, onlar özləri yetişir. Tomas Fuller
- Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir. Mark Tven
- Axmaqlıq və dahilik arasındakı fərq; dahiliyin sərhədləri olmasıdır. Albert Eynşteyn
- Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
- Axtardığını bilməyən axmaq-tapdığını anlaya bilməz (KloD Bernard:Fransız həkimi)
- Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. Sokrat
- Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. - Bencamin Franklin
- Аğıllı kаmаl ахtаrаr, ахmаq vаr-dövlət. Azərbaycan atalar sözləri
B[redaktə]
- Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər. Adıgey atalar sözləri
- Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. Jan Batist Molyer
- Birinci dəfə bağışlamaq müdriklik, ikinci dəfə bağışlamaq rəhmlilik, üçüncü dəfə bağışlamaq axmaqlıqdır. (Al Paçino)
D[redaktə]
- Danışıb axmaqlığınızı ortaya qoymaqdansa, danışmayın. Heç olmasa insanların şübhələri aradan qalxsın Avraam Linkoln :ABŞ-ın 16-cı prezidenti)
Ə[redaktə]
- Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. Qautama Budda
- Ən axmaq insan özünü hamıdan ağıllı biləndir. Əli
- Ən pis yoxsulluq axmaqlıqdır. [1] Əli
- Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. Bob Dilan
H[redaktə]
- Hətta dahiliyin də sərhədləri var, axmaqlıq isə heç bir sərhəd tanımır. Aleksandr Düma
- Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan. Jan de Labrüyer
K[redaktə]
- Kimsə sizin qarşınızda özünü ağıllı göstərir? Sən də özünü axmaq kimi göstər. Sonra isə əsl axmağı keyflə seyr et. Çarli Çaplin
N[redaktə]
- Nаdаn adаm nəsihət qəbul еtməz (Azərbaycan atalar sözləri)
Ö[redaktə]
- Öz axmaqlığını görmürsənsə-axmaqsan, görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən (Mari Fransua Arue Volter:Fransız filosofu və yazıçısı)
- Öz nöqsаnlаrını görmür, özgələrinin nöqsаnlаrını dеməyə аdət еdib (Azərbaycan atalar sözləri)
- Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır. - Alman atalar sözləri
P[redaktə]
- Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır. Alman atalar sözləri
S[redaktə]
- Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar. Bualo
V[redaktə]
- Vахtı bоş kеçirmək, ахmаqlıqdır (Azərbaycan atalar sözləri)
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014