Mixail Zoşşenko
Jump to navigation
Jump to search
Mixail Mixayloviç Zoşşenko (1895-1958) - rus sovet yazıçısı, dramaturqu, ssenaristi və tərcüməçisi. Rus ədəbiyyatının klassiki.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaqlıq, dərmanla keçib gedən baş ağrısı deyil.
B[redaktə]
- Bir insanın nə qədər ehtiyacı olduğu məlum deyil. Yəqin ki, lazım olduğundan daha çox və istədiyindən az olmayan qədər.
- Bir zamanlar məşhur yazıçı Karamzin belə demişdi:"Əgər Rusiyada nə edildiyini bir sözlə ifadə etmək istəyirsinizsə, demək lazımdır: oğurluq edirlər".
- Bu necə davadır ki, səs-küyü yoxdur.
E[redaktə]
- Etiraf etməliyik ki, həyasız və eqoist xasiyyətlərə malik olmağımız xoşbəxt həyata gedən yolumuzu bağlayır.
Ə[redaktə]
- Əgər qadın fəzilətlidirsə, bunu özü, əxlaqsızdırsa, hamı bilir.
G[redaktə]
- Gözəl şey heç vaxt gülünc görünmür.
H[redaktə]
- Heç kəsi sevməmək böyük bədbəxtlikdir.
- Hər bir həqiqətin özünün kiçik bir sirri, xoşbəxtlik sirri var: onu keçib gedəndən sonra dərk edirsən.
- Həyatda ən vacib şey sözlərdir. İnsanlar sözlərə görə özlərini tonqala atıblar.
- Həyatın mənası istəklərin yerinə yetirilməsindən yox, onlara sahib olmaqdan ibarətdir.
X[redaktə]
- Xoşbəxtlik hər şeyiniz olanda yox, bir şeyiniz olmayanda onu istəyərək əldə etməyinizdədir. Amma çox vaxt əldə etdikdən sonra da bədbəxt olursunuz. Çünki, həyatınızdan bir istək də azalır.
İ[redaktə]
- İnsan olduqca qəribə bir heyvandır.
- İnsan öz qüsurları ilə lovğalanmağı sevir və bu olduqca dəbdədir.
- İnsanlar yalnız öyrəşmədikləri şeyləri sevməyi bacarırlar.
Q[redaktə]
- Qorxmuş yazıçı-bu, peşənin itməsidir.
- Qorxular mənimlə ona görə vidalaşdı ki, ağlımın işığı onların varlığının məntiqsizliyini işıqlandırdı.
L[redaktə]
- Liza pərəstişkarından soruşur:
- Vasya, necə bilirsiniz, bu bülbül nə barədə oxuyur?
Vasya Bılinkin təmkinlə cavab verir:
- Yemək istəyir, ona görə də oxuyur.
M[redaktə]
- Mənim “şöhrətimin” mənə nə xeyri? Yalnız mane olur. Telefonla zəng edirlər, məktub yazırlar! Nə üçün? Məktublara cavab vermək lazımdır, bu isə elə kədərli bir şeydir!
N[redaktə]
- Nə qədər təəccüblü olsa da, sevgi çox böyük xoşagəlməz hadisələrlə bağlıdır.
- Normaldan daha pis bir şey ola bilərmi?
P[redaktə]
- Paris universiteti altı əsrdir ki, evliləri universitetə qəbul etmir və evli insanı elm üçün itirilmiş hesab edir.
R[redaktə]
- Rusiyada heç kim öz böyüklüyünə tab gətirə bilməz.
S[redaktə]
- Sivilizasiya, şəhər, tramvay, hamam- əsəb xəstəliklərinin yaranmasının səbəbi budur. Daş dövründə yaşayan əcdadlarımız içirdilər də, hər şey edirdilər də, amma əsəbləşmirdilər.
- Sizi bilmirəm, amma mən gecələr küçələrdə veyllənməyi sevirəm. Özünü çox sərbəst hiss edirsən. Əllərini yellədə bilərsən. Heç kim səni itələmir və qayğısız-qayğısız gəzə bilirsən.
T[redaktə]
- Tez yat, sənin balışın başqasına lazımdır.
- Təbiətin səxavətli əli ilə səpələnmiş bütün heyrətamiz hadisələrdən və hisslərdən, ehtimal ki, təəssüf doğuran sevgidən ayrılmaq olacaqdır.
Ü[redaktə]
- Üç yüz ildən sonra bizə güləcəklər! Deyəcəklər ki, necə də qəribə insanlar yaşayırmış. Bəziləri deyəcəklər ki, onların pulu, pasportları varmış. Hansısa vətəndaşlıq vəziyyəti aktları, yaşayış sahəsinin kvadrat metri...
V[redaktə]
- Vulqarlıq bir vərdişdir və iradə ondan asılıdır. Yalnız yeni şey heç vaxt vulqar ola bilməz.
Y[redaktə]
- Yalan və incəsənət həyatı yaradır.