Edqar Allan Po

Vikisitat saytından
Edqar Allan Po
Doğum tarixi 19 yanvar 1809
Doğum yeri Boston
Vəfat tarixi 7 oktyabr 1849
Vəfat yeri Baltimor
Dəfn yeri Westminster Hall and Burying Ground
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • saçlar keçmişin arxividir.
  • Ayıq vaxtı yuxu görən, gecə yatarkən yuxu görəndən çox qabağa gedir.

B[redaktə]

  • Bəzi kitabları oxuyarkən müəllifin düşüncələrinə qərq oluruq, bəzilərini oxuyarkən öz düşüncələrimizə giririk.
  • Bir ifratçılıq digər ifratçılığa səbəb olur.
  • Bir vergülün çatışmamazlığı aksiomu paradoksa, yaxud istehzanı xütbəyə çevirir.
  • Biz sağlam düşüncəyə zidd olaraq məhz qadağan olunduğuna görə qanunu pozmağa həvəs göstəririk.
  • Biz sevgidən daha böyük olan sevgi ilə sevdik.
  • Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur.
  • Böyük ağılın şöhrətpərəstliyi ən yaxşı halda neqativdir. O mübarizə aparır, çalışır, yaradır ona görə yox ki, üstünlüyə cəhd edir, ona görə ki, özünü üstün hiss edir, üstələnməsinə isə dözə bilmir.
  • Bu və ya digər insanın şəxsiyyəti barədə təəssüratınızı müəyyən etmək çox çətindir. Hər bir insan tanışlarını tanıya bilər, amma bu tanışlarını necə tanımasını məntiqi cəhətdən izah edə biləcək insana çox nadir hallarda rast gəlmək olar.
  • Bütün elm sahələrində kitabların çoxalması dövrümüzün ən böyük bəlalarından biridir.

C[redaktə]

  • Cəhalət xoşbəxtlikdir, amma tam xoşbəxtlik üçün o qədər dərin olmalıdır ki, özü haqqında şübhələnməsin.

Ç[redaktə]

  • Çoxluğun fikri həmişə səhv olur. Çünki, insanların çoxu yaramaz olur.

D[redaktə]

  • Dərin düşüncədə əllaməlik etmək asandır.
  • Diqqətlə baxmaq, deməli, dəqiq xatırlamaq.
  • Dostum, bütün dinlər saxtakarlıq, qorxu, xəsislik, təxəyyül və şeirdən əmələ gəlib.

E[redaktə]

  • Ehtiraslara hörmət edilməlidir.
  • Elm hələ dəliliyin zəkanın ən üstünü olub-olmadığını bizə öyrətməyib.

Ə[redaktə]

  • Əgər dünyada ifrat, məhdudiyyətsiz hakimiyyət mövcuddursa, bu, yeniyetməlik illərində həmyaşıdlarının daha üzüyola naturaları üzərində güclü şəxsiyyətin hakimiyyətidir.
  • Əgər haraya gedəcəyini bilmirsənsə, heç bir nəqliyyat eyni istiqamətdə olmayacaq.
  • Əgər mən “cəmiyyətdə” yazıq bir itin sədaqətinin yarısını tapsaydım, o vaxt “cəmiyyətdən” bir an belə ayrılmazdım.
  • Əgər siz tez bir zamanda nəyisə unutmaq istəyirsinizsə, qeyd edin ki, bunu yadda saxlamalısınız.
  • Ən dərin yuxudan oyanaraq, biz hansısa yuxunun qeyri-müəyyən torunu qırırıq. Amma növbəti anda (bu tor o qədər incədir) yuxuda nə gördüyümüzü xatırlamırıq.
  • Ən mühakiməsiz ürəkdə elə simlər var ki, onları titrəməyə məcbur etmədən toxunmaq olmaz. Həyatla, ölümlə zarafat etməyə hazır olan insanlar arasında ümidini ititmiş insanın gülməyə cürətinin çatmadığı nəsə bir şey var.
  • Ən sadə şeylərin birləşməsi bizim üzərimizdə xüsusi gücə malikdir. Amma bu gücün təbiətini dərk etməyi hələ bacarmırıq.
  • Ən təmiz, ən yüksələn və ən gərgin həzz gözəlliyin seyr edilməsindən yaranir.
  • Əsl dahilik, natamamlıqda titrəyiş etmək üçün hər şey demək varkən adətən sakitliyi üstün tutmaqdır.
  • Əsl şövqdə natiqlik istedadı var.
  • Əslində insan xoşbəxtdir - xoşbəxtliyin dəqiqə-dəqiqə gələcəyini gözləyərək yaşayır.

G[redaktə]

  • Gecə yuxu görənlərə nisbətən gündüz yuxu gorənlər çox şeylərdən xilas ola bilmək üçün daha səriştəlidirlər .
  • Goründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir.
  • Gözəl qadının ölümü, şübhəsiz dünyada ən poetik mövzudur.
  • Gülərək ölmək, gözəl ölümlərdən ən gözəlidir.

H[redaktə]

  • Heç bir tənhalıq, izdiham içində tənhalıqdan daha pis deyil..
  • Heyvanın təmənnasız və fədakar sevgisində xain dostluqla və yalan sədaqətlə üzləşən hər bir insanın qəlbini fəth edən nəsə bir şey vardır.
  • Heyvanlara qarşı təmənnasız və fədəkar sevgidə nəsə var ki, bu bir başa insanın ürəyindən gəlir və bu kiçik dostluğu sınaqdan keçirmək üçün müntəzəm səbəb olub.
  • Həqiqət axtarışında əqli məhz sadə və adi şeylərdən kənara çıxmalar işıqlandırır.
  • Həqiqət həmişə quyunun dibində olmur. Vacib məsələlərdə o, məncə üzdə olur. Biz onu dərələrin dibində axtarırıq, o isə bizi dağ zirvəsində gözləyir.
  • Həqiqətən, insan xoşbəxtdir: o, hər zaman gələ biləcək xoşbəxtliyi gözləməklə yaşayır.
  • Həqiqətin dəhşətli qorxusu olmazsa, fikirlərini ifadə etməyin gücü olmaz.
  • Həqiqətin əhəmiyyətli hissəsi ilk baxışdan əhəmiyyətsiz, dəxli olmayan şəraitin sayəsində üzə çıxır.
  • Hətta qəbirdə də hər şey itirilməmişdir. Əks təqdirdə, əbədilik mövcud deyil.
  • Həyatın ən erkən illərinin hadisələri yetkinlik yaşında xatırlanması üçün ruhumuzda çox nadir hallarda dərin iz buraxır. Adətən, belə hadisələr dumanlı, aydın olmayan nizamsız xatirəyə- kiçik sevinclərin və ağlasığmaz əzabların dumanlı surətinə çevrilirlər.
  • Həyatınızda sanki hər şey norma və qaydasında imiş kimi, insanlarla ünsiyyət qurub, onlara gülümsədiyiniz, əslində isə daxilinizdə bədbəxtliyin ağır bir yükünü daşıdığınız anlar olubmu?

X[redaktə]

  • Xalça mənzilin ruhudur.
  • Xoşbəxtlik elmdə deyil, elmə yiyələnməkdədir.

İ[redaktə]

  • İdeyalar bir qayda olaraq xaotik olaraq yaranır və onları eyni tərzdə də yerinə yetirir və unudurlar.
  • İnsan adətən tədricən yaramaz olur.
  • İnsan o şeyi bəyənməz ki, onu etməyi heç bacarmaz.
  • İnsan ruhunda dərin yuva salan hansısa ölməz instinkt — bu, sadəcə, gözəlik hissidir.
  • İnsan təxəyyülü iblisdir - onu oyatmayın, əks halda öləcəyik, bizi yeyəcək.
  • İnsanlar məhz öz çətinliklərini aradan qaldırmağa çalışanda, başqalarının taleyini yüngülləşdirmək məsələsi onları narahat etmir.

K[redaktə]

  • Kütlə arasındakı tənhalıqdan qorxunc tənhalıq yoxdur.
  • Kütlənin duyğusu onun təxəyyülüdür. Bununla, istənilən vaxtda o sakitcə idarə edə bilər.

Q[redaktə]

  • Qabaqcadan görmənin ya mənim ölümümdən, ya da ondan dəhşətli olan qarışıqlıqdan xəbər verdiyini qərara alanda dəhşətə gəldim.
  • Qorxaq insan, lazım olan vaxt qorxaq olmaqdan və ya qorxaq kimi görünməkdən qorxandır.

L[redaktə]

  • Ləyaqətli insana yaramaz damğası vurmağa başlasanız, onun sizin səhv etmədiyinizi sübut etməyə cəhd etdiyini görəcəksiniz.

M[redaktə]

  • Məktəblilər böyükləri aldatmaq istəyəndə möcüzələr yaratmağa qadirdilər..
  • Mən anladım ki, mənim kimi başıbəlalı adamın ümid etməsi bu həyatda mümkün deyil.
  • Mən dəhşətli sağlam fikirliliyin uzun intervallarıyla dəli oluram.
  • Mən ruhi sağlamlığın ağır və tez-tez hücumlarına məruz qalan ruhi xəstəyəm.
  • Mən sənə ucadan oxuyaram və biz bu dəhşətli gecəni birlikdə keçirərik.
  • Mən tənhalıqda məyusluq yox, sakitlik axtarıram.
  • Mən tərəfdaşımın nə dərəcədə ağıllı və ya axmaq, xeyirxah və ya qəzəbli olduğunu, nə düşündüyün bilmək istəyəndə sifətimə onun üzünün ifadəsini verməyə çalışır, sonra isə məndə hansı fikirlərin, hisslərin yaranacağını gözləyirəm.
  • Mən uşaqlıqda başqaları kimi deyildim. Hər kəsin gördüyü kimi görmədim.
  • Mənim axmaqlara çox böyük inamım var. Dostlarım bunu özünə güvənmə adlandırırlar.
  • Mənim üçün poeziya məqsəd olmamışdır - ancaq ehtiras!
  • Musiqi qabiliyyəti özü-özüylə kifayətlənən yeganə istedaddır. Yerdə qalan bütün şeylərdə ikinci şəxsin iştirakı tələb olunur.
  • Müdriklik, gözləniməyən şeylərə güvənməlidir.
  • Müəyyən bir məqamda xoşbəxtlikdən olmaq üçün o nöqtəyə qədər əziyyət çəkmək lazımdır.
  • Müqayisə ölçüsü olmadan bir şeyin böyük və ya kiçik olmasını mühakimə etmək axmaqlıq və düşüncəsizlikdir.

N[redaktə]

  • Nitqimizə xüsusi güc verməyə çalışanda o nə qədər mənasız olur.

O[redaktə]

  • O tam dəli deyil, - deyə prefekt etiraz etdi, - amma axı o şairdir, deməli, dəlilikdən uzaq deyil.

Ö[redaktə]

  • Ölüm və həyatı ayıran sərhədlər tutqun və qeyri-müəyyəndir. Kim deyə bilər, hansı harada qurtarır və harada o biri başlayır?
  • Ölünün bütün xüsusiyyətlərinə malik canlı ilə canlının bütün xüsusiyyətlərinə malik ölü qeyri-təbii, sakit və nəfəssiz bir şeydir.
  • Ömrümün sonuna qədər mənə rahatlıq verməsələr də, hər yerdə arxamca gəlsələr də, heç vaxt ruhların varlığına inanmadım.

P[redaktə]

  • Poeziya sözlərdə gözəlliyin ritmik yaradılmasıdır.

R[redaktə]

  • Real həyat, necə varsa, mənə xəyal kimi görünməyə başladı. Amma indi ən ağılsız fantaziyalar nəinki gündəlik həyatımın mənasını təşkil etməyə başladı, hətta onlar mənim üçün yeganə və dəyişməz bir varlıq oldular.

S[redaktə]

  • Sarsaqlıq səhv təsəvvür üçün istedaddır.
  • Sevdiyim hər şeyi tənhalıqda sevmişəm...
  • Səyahət etmək yuxu görmək kimidir: fərq ondadır ki, hamı oyandıqdan sonra bir şeyi xatırlamır, hər kəs qayıtdıqları yerin xatirəsini isti saxlayır.
  • Sirr insanı düşünməyə məcbur edir. Bu isə sağlamlıq üçün zərərlidir.

T[redaktə]

  • Təcrübə göstərdi və əsl fəlsəfə həmişə göstərəcək ki, həqiqətin böyük, bəlkə də daha böyük hissəsi əhəmiyyətsiz görünəndən yaranır.
  • Təhlil etmək bacarığı sadə ixtiraçılıqla qarışdırılmamalıdır, çünki analitik həmişə ixtiraçıdır, halbuki heç də hər bir ixtiraçı analiz aparmağa qadir deyil.
  • Tək qala bilməmək böyük bədbəxtlikdir.

Ü[redaktə]

  • Ümumiyyətlə, xatırlamaq lazımdır ki, bizim qəzetlər həqiqətin aşkar edilməsi barədə yox, sensasiya yaratmaq barəsində düşünürlər. Əgər bu, birinciyə və onların əsas məqsədinə nail olmağa kömək edirsə, sonuncu onların vəzifəsi olur.

Y[redaktə]

  • Yəhididən xeyriyyəçi, şam qozasından isə cövüz alınmadığı kimi, dahidən də heç vaxt işbaz alınmaz.

İstinadlar[redaktə]