Pyer Büast

Vikisitat saytından
Jump to navigation Jump to search

Pyer Buast (Pierre-Claude-Victor Boiste, 1765 – 24.04.1824) - fransız alimi, leksikoqrafı və şairi, dilşünas, lüğətlər tərtibçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axmaq adamlar üçün həqiqət dumandakı məşəl kimidir: dumanı dağıtmadan işıq saçır.
  • Axmaq bambılı dağa qalxanda ozü başqalrının gözündə kiçik göründüyü kimi, o da dağ başından başqalarını kiçik görür.
  • Axmaqlarla fikir mübadiləsi aparmaq korlar üçün şam yandırmaq kimi bir şeydir.
  • Akademik nitqlər bərq vuran, amma qızıdırmayan büllur çılçıraqlara oxşayır.
  • Ağılları dəyişdirmək üçün əvvəlcə ürəkləri dəyişdirmək lazımdır.
  • Ağıllı adamlardan başqa, heç vaxt heç kəslə zarafat etməyin.
  • Ağıllı insanlarla heç vaxt başqa cür zarafat etməyin.
  • Ağıllının gülüşü eşidilmir, görünür.
  • Aldanmış pərəstişkar amansız bir tənqidçi olur.
  • Aristokratiya və demokratiya, tərbiyəsi, vəziyyəti və davranışı ilə fərqlənən bacılardır.
  • Artıq nəzakət xoşbəxtliyə mane olur.
  • Arzular iştaha bənzəyir. Çox olanda əziyyət verir, olmayanda ölümə bərabər olur.

B[redaktə]

  • Başqalarının əməllərini mühakimə edərkən vicdanı aldadılmayan insan yoxdur.
  • Bayramlar çox olduqca, insanlar daha çox pul itirirlər.
  • Bəzən nəzakət deşici alətlər bükülmüş materiyaya bənzəyir.
  • Bəzən ümid etmək istifadə etməkdən daha çox əhəmiyyətli olur.
  • Bilik üfüqə bənzəyir: Biz ona yaxınlaşdıqca, o bizdən uzaqlaşır.
  • Bir qadına ondan başqa heç kimi sevməyəcəyinə and içməzdən əvvəl, bütün qadınları, yaxud yalnız o qadını görmək yaxşı olardı.
  • Biz hamımız deşik qabla xoşbəxtlik mənbəyindən içirik. Qabı dodaqlarımıza yaxınlaşdıranda o demək olar ki, boş olur.
  • Biz hər şeydə və demək olar ki, həmişə təxəyyülümüzün qurbanı oluruq. Çünki, o, həqiqətin ən kiçik şüasını öz rəngarəng örtüyü ilə bağlamağa tələsir.
  • Biz işləri idarə etməyə hazırlaşırıq, amma belə çıxır ki, işlər bizi idarə edir.
  • Biz sanki gözübağlıca oynayaraq həzz dalınca qaçırıq və ona çatanda gözümüzdəki sarğını açırıq və bu həzzin heç də bizim təsəvvür etdiyimiz kimi olmadığının şahidi oluruq.
  • Bizim yolumuz meyllərimizlə və qabiliyyətlərimizlə çəkilib.
  • Boş şeylə təhqir edilənlərlə heç nə ilə təhqir edilməyənlər cəmiyyət üçün az yararlıdır.
  • Boşboğaz insan hamının oxuya biləcəyi açılmış məktubdur.
  • Böyük insanlar da ulduzlar kimidir. Onlar yalnız tutulanda özlərinə diqqət yetirirlər.
  • Böyük insanlar ulduzlara bənzəyir, yalnız öldükdən sonra diqqəti cəlb edir.
  • Böyük sayıqlıq olmasa, yetkinlik asanlıqla pozğunluğa çevrilir.
  • Böyük və çətin işi yerinə yetirmək üçün özünü seçmək – bu, ya şöhrətpərəstliyin ağılsızlığı, ya da öz dahiliyinin dərk edilməsidir.
  • Bütün bütpərəstlər içində özünə sitayiş edən insandan ağılsız insan yoxdur.
  • Bütün səylərini şənlənməyə həsr edən insan uzun müddət darıxmağa məruz qalır.

C[redaktə]

  • Cah-calal yalnız heç kimin aclıqdan, soyuqdan ölmədiyi ölkədə üzrlü sayıla bilər.
  • Cahil insanların yığıncağı mənə sürünü xatırladır.
  • Cəsarətli insan şikayət etmədən əzab çəkir, zəif insan isə əzab çəkmədən şikayət edir.
  • Cinayətkara qarşı həddindən artıq yumşaqlıq göstərmək, cinayətkar olmağa meyliliyi göstərir.

Ç[redaktə]

  • Çox vaxt atəşli başların altında buzlu ürəklərə, nadir hallarda isə atəşli ürəklərin altında soyuq başlara rast gəlinir.
  • Çox vaxt həqiqi məlumatları almaq üçün gizli adı altında yalan məlumatlar yayırlar.
  • Çox vaxt söylənilən fikirdən həzz almağın əvəzini bütün həyatdakı xoşbəxtliklə ödəyirlər.

E[redaktə]

  • Elə bir fayda yoxdur ki, bədbəxtliklə tarazlaşmasın.
  • Elmlərin hüdudları üfüqə oxşayır. Biz onlara yaxınlaşdıqca, onlar bizdən daha da uzaqlaşır.
  • Etimadsızlıq müdrik adamın mayakıdır, amma o onun özünə dəyib sına bilər.
  • Eyni şeyi idarəetmə və hava haqqında demək olar. İnsanların dəyişikliklər arzu etməməsi çox nadir hallarda olur.

Ə[redaktə]

  • Əbədi arzulayan həyatını gözləməklə keçirir, arzusu olmayan isə ölümü gözləyir.
  • Ədəbi şöhrətin dalınca düşmək, bir sürü arının ortasında çılpaq qaçmağa bənzəyir.
  • Əgər biz xoşbəxtliyin qayğısına daha az qalsaydıq, daha xoşbəxt olardıq.
  • Əgər biz vədimizi yerinə yetirməyə qadir deyiliksə, onu verməmək isə iradəmiz gücündədir.
  • Əgər həzzi, kədəri bölüşməyə adam yoxdursa, həzz duzsuz, kədər isə əzablı olur.
  • Əgər həzzlərin məhrum edilməsi onlara yeni bir cazibədarlıq vermirsə, o zaman hər cür həzz duzsuz olacaq.
  • Əgər insan heç vaxt öz hisslərinə malik deyilsə, onda həmişə öz ifadələrinə malik olmalıdır.
  • Əgər insanın bütün arzuları yerinə yetirilsəydi, dünya cəhənnəmə dönərdi.
  • Əgər insanın məqsədi yoxdursa, həyat davamlı ölümdən başqa bir şey deyil.
  • Əgər insanlar və onların adətləri dəyişməzsə, idarəetməni dəyişdirmənin nə faydası.
  • Əgər iradə düşüncəyə yol vermirsə, onun ardınca mütləq peşmançılıq gələcəkdir.
  • Əgər öz fikirlərinizi, sakitliyinizi, hətta ola bilər ki, təhlükəsizliyinizi qurban verməyi arzu etmirsinizsə, hər cür fanatiklərdən çəkinin.
  • Əgər siz yaxşı tərbiyə almısınızsa, pis tərbiyə edilmiş insanlarla dost olmayın: yonulmamış səthlər hamar səthləri cızar.
  • Əgər təbiət qadını moda tərzinə görə yaratsaydı, qadın çox üzülərdi.
  • Əgər zorakılıq varsa, bu, siyasətin sağ, hiylə varsa, sol əlidir.
  • Ən ağır yoxsulluq təxəyyülümüzün təsvir etdiyi yoxsulluqdur.
  • Ən amansız yalqızlıq ürəyin yalqızlığıdır.
  • Ən böyük yanlış təsəvvürlərdən biri hər kəsin bizim kimi hiss etdiyini, gördüyünü və düşündüyünü düşünməkdir.
  • Ən dəhşətli fırtınalar xalq həyəcanlarından doğulur.
  • Ən mükəmməl dil, ən az sözlə ən çox anlayışı ifadə edən dildir.
  • Ən nəcib və şirin qisas bağışlamaqdır.
  • Ən yaxşı kitab həqiqəti daha çox ehtiva edən kitabdır.
  • Ən yoxsul insan əlində olanı istifadə etməyi bilməyəndir.
  • Əsas və ən böyük avamlıq özümüzü dərk edə bilməməyimizdir.

D[redaktə]

  • Demək olar ki, bütün böyük insanlar zülmkar olurlar, amma zülmkarlar nadir hallarda böyük insan olurlar.
  • Demək olar ki, bütün pisliklər yaxşılıq pərdəsi altında edilir.
  • Demək olar ki, hamı keçmişdə xoşbəxt olduğuna, gələcəkdə isə xoşbəxt olacağına əmin olur.
  • Demokratik despotizm ən dözülməz olur: o, tiranları yetişdirir.
  • Despot ədalət göstərməkdən daha çox mərhəmət göstərməyə üstünlük verir.
  • Despotizm əsli pozulmuş, cırlaşmış millətlərin qismətidir; onlar ona layiqdirlər və onu hiss etmədən ona məruz qalırlar.
  • Despotizm, yalan inancdır və onun sirri bütün milləti bir adama bağlamaqdan ibarətdir.
  • Dinləmə sənəti demək olar ki, yaxşı danışmaq sənətinə bərabərdir.
  • Düşüncələr də çiçəklər kimidir. Ayrı-ayrı qırıldıqda daha təravətli və parlaq olur.
  • Düşüncələrində cinayət törətməyə hazır olan, bəlkə də onu törədəndən daha cinayətkardır.
  • Dürüst ad, sahib ola biləcəyiniz ən möhtəşəm məqbərədir.

F[redaktə]

  • Fanatizm tarixi, hər səhifəsi göz yaşı və qanla yazılmış və odda qurudulmuşdur.
  • Fəlsəfə ürəyin zəifliklərini sağaltsa da, ağıl xəstəliyini heç vaxt sağaltmır.
  • Fəzilətin pərəstişkarları təqlidçilərin pərəstişkarlarından çox olur.
  • Fikir, insanın əsas qabiliyyətidir; onu ifadə etmək, onun əsas tələbatlarından biridir, onu yaymaq, onun ən bahalı azadlığıdır.

G[redaktə]

  • Gözəl qadınlar iki dəfə ölürlər:Birinci dəfə ana olanda,ikinci dəfə isə öləndə.

H[redaktə]

  • Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır.
  • Həddindən artıq nəzakətli insanlar tez bir zamanda adamı təngə gətirirlər.
  • Həddindən artıq zəriflik xoşbəxtliyə mane olur.
  • Həkimləri tanımamağı savadlı, inkar etməyi isə savadsız insanlar da bacarar.
  • Həqiqət məşəliı çox vaxt onu daşıyanın əlini yandırır.
  • Həqiqətlər arasındakı bir yalan bu həqiqətləri şübhə altına alır.
  • Həmişə ləyaqətli olan, insan adlanan insanlar azdır.
  • Hər bir işğalçı, digərlərini müflis etməkdən zövq almaq üçün öz vətəndaşlarını səfalətə məhkum edən ağılsızdır.
  • Hərbi hakimiyyət despotizmə aparır.
  • Həyat yolunda nə qədər gec getsən yolunu azdığını görəcəksən.
  • Həzz verən şeyləri satın almaq olar, amma onlarla necə həzz alma sirrini yox.
  • Həzzin arxasınca nə qədər çox düşülərsə, onun ardınca gələn sıxıntıdan bir o qədər az qaçmaq olar.
  • Həzzlər, uzun müddət iylədikdə baş gicəllənməyə səbəb olan çiçəklərə bənzəyir.

X[redaktə]

  • Xalqın beyninə nüfuz edən xurafatdan irəli gələn axmaqlıqlar yüz illər boyu davam edəcək.
  • Xalqın həddindən artıq yoxsul olması demək olar ki, həmişə onun rəhbərlərinin cinayətdir.
  • Xeyirxahlıq adı altında edilən pisliklə mübarizə aparmaq və onu aradan qaldırmaq çox çətindir.
  • Xəyal ən xoş, ən doğru, ən maraqlı cəmiyyətdir. O, zaman axınını görünməz edir.
  • Xəzinə dövlətin ürəyidir.
  • Xoşbəxt bir adam, açılması yalnız qəbir daşına yazıla bilən bir tapmacadır.
  • Xoşbəxtlik öz sevimliləri ilə uşaq kuklaları ilə hərəkət etdiyi kimi hərəkət edir. Kukla uşağı bezdirəndə o, kuklanı qırır, cırır.
  • Xoşbəxtlik yuvarlandığı zaman qovduğumuz və dayandığı zaman ayağımızla itələdiyimiz bir topdur.
  • Xoşbəxtliyə nail olmağı çöldə axtarmaqdansa, evdə oturub gözləmək daha yaxşıdır.
  • Xoşbəxtliyin şahidləri yoxdursa, heç kim tamamilə xoşbəxt deyildir.

İ[redaktə]

  • İctimai rəylə mübarizə aparmaq yel dəyirmanı ilə döyüşə girmək kimi bir şeydir.
  • İgidlik müqavimət üçün, cəsarət şərə hücum etmək üçün lazım olan gücdür.
  • İxtira nadir hallarda ixtiraçını mükafatlandırır.
  • İki cür əxlaq var: biri pisliyi qadağan edən passiv əxlaq, digəri isə yaxşı işlər görməyi əmr edən aktiv əxlaq.
  • İki qonşu xalqdan sağlam düşüncəsi daha çox olan xalq yalnız bir ağıla malik olan xalqdan üstün olacaq.
  • İlk baxışdan qəddar görünən adam heç də qəddar olmur.
  • İnciklikləri quma, yaxşılıqları isə mərmərə yazın.
  • İnqilab bəzən lakey sifətində belə görmək istəmədiyimiz adamlara hökmranlıq verir.
  • İnqilabi fırtınalar zamanı gəminin sükanını avar çəkməyə belə yararsız olan insanlar idarə edirlər.
  • İnqilablar, minlərlə fırıldaqçının özləri üçün böyük fayda götürməyi bacardıqları bir xəstəlikdir.
  • İnqilablar şahmat oyununa oxşayır. Piyadalar kralı məhv və xilas edər və ya onun yerini tuta bilərlər.
  • İnsan, həyatının birinci hissəsini ölülərlə söhbət etməyə - kitab oxumağa, ikinci hissəsini canlılarla danışmağa, üçüncü hissəsini isə özü ilə söhbət etməyə həsr etməlidir.
  • İnsanın, eləcə də bütün xalqın tarixi, xoşbəxtliyin səmərəsiz axtarışlarından ibarətdir.
  • İnsanın tarixi demək olar ki, həmişə bir çox insanın haqsızlıqlarının tarixindən ibarət olur.
  • İnsanlar sikkələrə bənzəyir: onların üzərində hansı rəqəmlərin həkk olunmasından asılı olmayaraq, onları dəyərinə görə qəbul etmək lazımdır.
  • İnsanlar sözlərə oxşayırlar; yerlərinə qoymasan, mənalarını itirirlər.
  • İnsanların son iradəsi demək olar ki, həmişə onların son zəifliyi olur.
  • İstehza, qorxaq və gizli qəzəbdən başqa bir şey deyildir.

K[redaktə]

  • Keçmiş zamana olan sevgi əksər hallarda indiki zamana nifrətdən başqa bir şey deyildir.
  • Kitab çapı iki yeni ehtiras yaratdı: hər şey yazmaq və hər şeyi çap etmək.
  • Kitablarla təkbətək qalmaq axmaqların cəmiyyətində olmaqdan daha yaxşıdır.
  • Köhnə dostlarımız bizi çox yaxşı tanıyanda yeni dostlar axtarırıq.

Q[redaktə]

  • Qadın bağlılığının ən böyük sübutu moda qurbanlığıdır.
  • Qadının acıdilliyi süddəki sirkə kimi ürəkbulandırıcıdır.
  • Qadınlar çox məntiqə sahib olmaq üçün çox təsəvvürə və həssaslığa malikdirlər.
  • Qadınlar heç vaxt özlərini gücsüzlüklə silahlandırdıqları qədər güclü olmurlar.
  • Qadınsız həyatın səhəri və axşamı köməksiz, günortası isə sevincsiz olardı.
  • Qanunların çoxluğu əxlaqın xeyrinə, proseslərin çoxluğu isə qanunların lehinə deyildir.
  • Qanunvericiliyin ən böyük işi şəxsi maraqlardan ictimai rifah yaratmaqdır.
  • Qəhrəman ruhların bədəni olmur.
  • Qəhrəmanlar öz düşmənlərinə qalib gəlir, böyük insan isə həm düşmənlərinə, həm də özünə qalib gəlir.
  • Qəhrəmanlar, sənət əsərləri kimi, əsrlər keçdikcə daha böyük görünürlər.
  • Qısqanc adam, təxəyyülünün qaranlıqlarında yaradılmış əjdahalardan qorxan uşaqdır.
  • Qocalmış gəşəng qadının ən ağrılı təəssüfü-özü haqqında təəssüfdür.
  • Qrammatik çox pis müəllif, yaxşı müəllif isə pis qrammatik ola bilər.
  • Qulları azad insanlar etmək üçün onlar arasında yalnız bir qəhrəman lazımdır.
  • Qürurlu ağıl hər zaman kiçikdir, qürurlu ruh isə hər zaman ucadır.
  • Qürurun nəcib bir comərdliyi ola bilər, şöhrətpərəstliyin isət paxıllıqdan başqa heç nəyi olmur.
  • Qüsura qalib gəlmək bacarığındakı ləyaqət qüsura malik olmamaqdan daha çoxdur.

M[redaktə]

  • Maariflənmə və vətənpərvərlik millətləri, avamlıq və eqoizm isə qara camaatı yaradır.
  • Mahir istehza mənliyi qızışdıraraq gülməli tərəfləri və çatışmazlıqları düzəldə bilər.
  • Metafizik hesab edir ki, oxucuları miqrendən əziyyət çəkirsə, deməli onları yaxşı öyrədib.
  • Mənfəət hərisliyi ürəyi və zehni qurudur.
  • Mövzu haqqında nə qədər çox mübahisə edilərsə, bir o qədər anlaşılmazlıq olur. Güclü dalğalandırılan həqiqət işığı sönür.
  • Müdrik adam kiçik işlərdə də böyükdür, avara adam isə böyük işlərdə də kiçikdir.
  • Müdriklik bəyənilməsini arzu edir, şöhrətpərəstlik isə tərif tələb edir..
  • Müharibə, ən güclü dövlətlərin bədənini yeyən siyasi xərçəngdir.
  • Müharibə, minlərlə insanı öldürənlərə insanlar təəccüb edənə və kömək edənə qədər davam edəcəkdir.
  • Müharibə onu qazananları müflis edən bir prosesdir.
  • Müxtəsər olun. Özünə qulaq asmağın ən düzgün yolu az sözlə çox məna ifadə etməkdir.
  • Müqaviləni pozan hər kəs qarşı tərəfi hər hansı bir öhdəlikdən azad edir.
  • Müntəzəm olaraq yaranan və yenilənən acgöz arzularımız gələcəyin və ümidin bizim üçün ən böyük rifah olacağını təmin edir.

N[redaktə]

  • Nadan adama məsləhət vermək kor üçün şam yandırmaq kimi bir şeydir.
  • Nəsil, şöhrətin fanatik pərəstişkarlarının indiki nəsli qurban verdikləri xəyali bütdür.
  • Nəzakətə malik olmadan cəmiyyətdə dözümlü olmaq üçün yüksək ləyaqətə və ağıla malik olmaq lazımdır.
  • Nifrət edilən sənət yoxdur, yalnız onlarla şərəfsizcəsinə məşğul olan insanlar var.

O[redaktə]

  • Okeanın hərəkətsizliyi kimi, ümumdünya sülh də mümkün deyil.

Ö[redaktə]

  • Öd (acıdillik) pis ürəyin mürəkkəbidir.
  • Öz gözəlliyini üstünlük hesab edən qadının başqa üstünlüyü olmur.
  • Öz öhdəliklərinin qulu olmaq və ya özünə olan hər bir inamdan imtina etmək lazımdır.
  • Özünə güvənən insanlar daha çox bacarıqsız insanlar olur.
  • Özünə güvənmə təcrübəsizliyin rəfiqəsidir.
  • Öz-özünü tərifləmək, başqalarına kobudcasına mən səndən yaxşıyam deməkdir.

P[redaktə]

  • Parlaq düşüncələr mətbuatın işığında solğun olur.
  • Parlaq təsəvvürə malik insanlar çox asanlıqla yalan danışırlar. Onlarun uydurmaları həqiqətlə elə qarışır ki, bunu özləri də ayırd edə bilmirlər.
  • Pis general arxasınca qurbanlar sürüsü aparır.
  • Pis insanlar bir-birinin tərəfini yaxşı insanlardan daha çox saxlayırlar.
  • Pis zövq ruhun zədəli olmasına dəlalət edir.
  • Pislik etmək üçün bütün çətinlikləri dəf edirik; lakin ən kiçik bir maneə bizi yaxşı işlərdən çəkindirir.
  • Pulun hər şey edə bilməsini hesab edən insanlar özləri pul üçün hər şeyi edə bilərlər.

R[redaktə]

  • Respublika əsgərlərə vətəndaş olmağa imkan verir, despotizm onları cəllad edir.
  • Rəiyyətin bacarıqsız olması zülmkarın ürəyincədir.
  • Ruhi həzzlər ömrü uzadır, hissiyyatlı həzlər isə qısaldır.

S[redaktə]

  • Sadə qrammatik, alətləri cilalayan və onlardan heç vaxt istifadə etməyən bir işçidir.
  • Sadəlik insan ləyaqətinin şüurudur.
  • Satira düzəltməkdən çox qıcıqlandırır.
  • Sevgidə and içmək onun qeyri-sabitliyini sübut edir. Sadiq dostluqda and içmirlər.
  • Səbəbi özümüzün olduğu bədbəxtliyin bütün acısı ondan ibarətdir ki, ona layiq olduğumuzu etiraf edirik.
  • Səmimilik, ağlına gələni yox, yalnız düşündüyünü deməkdən ibarətdir.
  • Sərvəti artırmaq üçün ən sürətli vasitə ehtiyacların azaldılmasıdır.
  • Siyasət böyük prinsiplər elan edir, amma yalnız güclünün hüququnu tanıyır.
  • Siyasət yalanı həqiqətə, həqiqəti isə yalana çevirir.
  • Siyasətdə boşboğazlıq dövləti məhv edə bilər.
  • Söhbəti yaxşı bir kitaba layiq insanları, mütaliəsi filosoflarla söhbətə layiq olan kitabları axtarın.
  • Susmaq heç də ağılın olmasını sübut etmir, amma axmaqlığın olmamasını həmişə sübut edir.
  • Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir.

Ş[redaktə]

  • Şərəf məsələlərində ona malik olmayan və əldə etməyə çalışan insandan vasvası insan yoxdur.
  • Şöhrət, bizi qaldıran və ya aşağı salan, sakit halda isə elastikliyini itirən bir yay kimidir.
  • Şöhrət də tale kimidir. Sən ondan daha çox şəfqət dilədikcə, o səni daha da gözdən salır.
  • Şöhrətpərəst nə qədər yüksək mövqe tutsa da, daha da yüksəklərə qalxmaq istəyir.
  • Şöhrətpərəstlik başqalarının üstünlüklərini azaltmağa və özlərinin üstünlüklərini isə şişirtməyə meyllidir.
  • Şöhrətpərəstlik bütün dövrlərdə insanları aldatmaq üçün ictimai rifah və ya din donu geyinib.
  • Şöhrətpərəstlik qəzəb qədər cinayətlər etməyə məcbur edir.
  • Şöhrətpərəstlik mürgüləyir, amma heç vaxt yatmır.
  • Şöhrətpərəstlik sevgiyə layiq olmayan insanları lütfkar edir.
  • Şöhrətpərəstlik sükutu böhtandan üstün tutur, amma unutma bu sükutu boğur.
  • Şöhrətpərəstliyə və həzz almağa həris olanları idarə etmək çörək istəyənləri idarə etməkdən çətindir.
  • Şöhrətpərəstliyin məruz qala biləcəyi ən həssas cəza nifrətli diqqətsizlikdir.

T[redaktə]

  • Tale güclüləri, zəifləri eyni cür vurur, amma palıd ağacı səs-küylə və cırıltıyla yıxılır, ot isə səssiz.
  • Tam cahillik pis alimlikdən daha yaxşıdır.
  • Tamahkar insanın ürəyi yağış gözləyən okeana bənzəyir.
  • Tamahkarlıq hər bir rolu, hətta təmənnasız rolunu oynayır.
  • Tanınmış insanlarla heykəllər arasındakı fərq: heykəllərə yaxınlaşdıqca böyüyür, tanınmış insanlar isə kiçilir.
  • Tarixi layiqli bir şəkildə yazmaq üçün inancı, vətəni, partiyanı unutmaq lazımdır.
  • Tarixin öz fırıldaqçılığı var: o qəhrəmanlarının aşağılığını, hiddət yaradan xüsusiyyətlərini gizlətmək üçün bu qəhrəmanlarını uzaqda saxlayır.
  • Terror, cəmiyyətin bərabərləşdirilməsi üçün bacarıqsızların səviyyəsindən yuxarı qalxan başlarını kəsməkdən başqa bir şey fikirləşməyib.
  • Tez qazanılan şöhrət tez də yox olur.
  • Təmənna böyük cəfəngiyatları dəstəkləməyə məcbur edir.
  • Tənbəllər çox vaxt ən geniş planları olan insanlardır.
  • Tibbin təsirliliyi inamsızlıqla zəifləyir, ümidlə möhkəmlənir.

U[redaktə]

  • Uğursuz inqilablar həmişə nifrət oyadan və qisasçı hökumətlərə səbəb olur.
  • Uğursuzluğa heç vaxt məruz qalmayan generalın kifayət qədər təcrübəsi yoxdur.
  • Uşaqdan büt düzəltməyin: çünki, o böyüyəndə qurban tələb edəcək.

Ü[redaktə]

  • Ümid etmək çox vaxt pisdir. O olmasa, sakitçilik tabe olma zərurətindən yaranardı.

V[redaktə]

  • Vaxt, çox vaxt onu öldürməyə çalışanları öldürür.
  • Var-dövlət qazanmaq üçün edilən səylər ondan istifadə etməyə mane olur.
  • Varlıların qarnı doysa da, gözləri doymur.
  • Varlının naharı yoxsulun aclığı üzərində təhqirdir.
  • Verdiyimiz andı pozmaq, bizə verilən anddan azad olmaq deməkdir.
  • Vəziyyət bizi ehtiyaclarımızdan yüksəkdə, şıltaqlıqlarımızdan isə aşağıda tutur.
  • Vicdan təmiz olmayanda səmimi sevinc də yoxdur.
  • Vicdanınla asanlıqla barışan insan, ona elə o dəqiqə xəyanət etməyə hazır olur.

Y[redaktə]

  • Yalan vədlər açıq imtinadan daha çox qıcıqlandırır.
  • Yalnız Allah mükəmməl bir lüğət hazırlaya bilər.
  • Yalnız bir tükənməz xəzinə var – bu xəzinə kitabxanadır.
  • Yanlış fikir sarsılmazdır. Çoxları onda öz xeyirini tapır.
  • Yanlış fikirlərin olduğu kimi, həqiqətin də öz fanatikləri var.
  • Yoxsulluq ruhi gücü məhv edir, ürəyi sərtləşdirir, ağılı kütləşdirir.
  • Yorucu, topa fikirlərdən fərqli olaraq, ayrı-ayrı fikirlər işıq şüalarına bənzəyir.
  • Yüksək faizlə borc vermək oğurluqdan yaxşı olmadığı kimi, borc almaq da dilənməkdən yaxşı deyil.

Z[redaktə]

  • Zaman - ən mahir həkimdir: o xəstəliyi sağaldır və ya onu bizimlə aparır.
  • Zarafat ikitərəfli silahdır.
  • Zənginlər çox tox olur, ancaq doymuş olmur.
  • Zənginlik çayları israfçılıq qumlarında yox olur.
  • Zövq məsələlərində sübutlar ola bilməz.

Mənbə[redaktə]