Alman atalar sözləri

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar



B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Ac milçəklər acı dişlər.
  • Aclıq qurdu da meşədən qovar.
  • Adamlar ayrı, xasiyyətlər ayrı.
  • Axına qarşı üzmək çətindir.
  • Axmaq öz işini görməz, hamının işinə burnunu soxar.
  • Axmaq susanda elə bilirlər ağıllıdır.
  • Axmaqlıqdan ağır xəstəlik yoxdur.
  • Aqil üçün bir söz bir axmağa verilən uzun nəsihətdən mənalı olur.
  • Ağac meyvəsi ilə tanınar.
  • Ağaclar səmada yetişməz.
  • Ağıl danışanda çox söz gərək deyil.
  • Ağılla gözəlliyin qohum olması nadir hallarda olar.
  • Ağıllı güzəştə gedər.
  • Ağıllı o adamdır ki, səhv yoldan çıxıb həqiqətə gedir.
  • Almanın yaxşısına qurd düşər.
  • Ana məhəbbəti qocalmır.
  • Ananın ağlamağındansa, uşağın ağlamağı yaxşıdır.
  • Arı var, deməli iynəsi də var.
  • Arvad evdar olan yerdə tirləri də piy basar.
  • Arvadsız kişi çətirsiz ağacdır.
  • Arvadı gözlə yox, qulaqla seç.
  • Asılmış adamın evində ipdən danışmazlar.
  • Asta tələs.
  • At yulafı xoşlayır, yəhəri yox.
  • Atalar sözü boş yerə deyilmir.
  • Atalar sözündə həqiqət deyilir.
  • Atın dörd ayağı var, o da büdrəyir.
  • Ayı həmişə bala can atar.
  • Ayığın fikrində olan sərxoşun dilində olur.
  • Aza qane olmayan çoxa layiq deyil.

B[redaktə]

  • Bal danışıqlar zəhərsiz olmur.
  • Balıq başdan iy verər. (alm. Der Fisch stinkt vom Kopf her.)
  • Balıq dənizdə batmaz.
  • Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.
  • Barış zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır.
  • Baş yoxsa, şlyapa da lazım deyil.
  • Başı sındırmaqdansa, ayağı sındırmaq yaxşıdır.
  • Beyin qızanda ağıl itər.
  • Bəd iti - qısa zəncirə!
  • Bər-bəzəkli nitqə inam olmaz.
  • Bərabər olmamaq dostları ayrı salır.
  • Bəzən susmaq ən yaxşı cavab olur.
  • Biçməyi özgəsinin parçası üstündə öyrənmək yaxşıdır.
  • Bilik - qüvvətdir.
  • Biliksiz cəhd, işıqsız od kimidir.
  • Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
  • Bir dəfə yanan, ömrü boyu oddan qorxar.
  • Bir dəqiqə sonradansa, bir saat qabaq yaxşıdır.
  • Bir göyərçin qarğalarla yaxınlıq edərsə, tükləri deyil, ürəyi qaralar.
  • Bir "indicə" on "sabah"dan yaxşıdır.
  • Bir kəsə inanmaq yaxşıdır, heç kəsə inanmamaq - axmaqlıq.
  • Bir "nədən ötrü"yə on dəfə "ondan ötrü ki..."" var.
  • Bir pfenniqi qorumaq - ikisini qazanmağa bərabərdir. (Pfenninq - pul vahididir).
  • Bir topa milçəkdənsə, bir bal arısı yaxşıdır.
  • Birdən-birə çox işi başlayan azını qurtarar.
  • Biri işləyir, o biri qazanır.
  • Bıçağı itilə, amma lap çox da yox, ağzını tökərsən.
  • Borc alan, azadlığını satar.
  • Boş evdə siçan da qalmaz.
  • Böhtan insanı öldürər.
  • Böyük hay-küyçülər pis döyüşçülər olar.
  • Böyük qayadan böyük də parça çaparlar.
  • Bütün adamların qanı qırmızı, bacarıqları fərqlidir.

C[redaktə]

  • Cavanlıqda nə əkərsən, qocalıqda onu biçərsən.
  • Cəmdək harada, milçəklər də orada.
  • Cəsarətlinin baxışı qorxağın qılıncından iti olar.
  • Cəza asandır, tərbiyə - çətin.
  • Cırıldayan ağac asan sınmır.

Ç[redaktə]

  • Çağırılmamış qonaq yük olar.
  • Çalışmaq çörək, tənbəllik qıtlıq gətirər.
  • Çox-çox qaqqıldayan toyuq az-az yumurtlar.
  • Çox gecdən çox tez yaxşıdır.
  • Çox vaxt azlar çox kimi görünür.
  • Çox vaxt xoş söz böyük hədiyyədən artıq olur.
  • Çox yatan az yaşar.
  • Çoxu çoxları bilir, hər çeyi heç kəs bilmir.
  • Çörək alın təriylə qazanılar.

D[redaktə]

  • Dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağa tərəf gedər.
  • Dalda qalana itlər də cumar.
  • Danışılan bir sevinc iki qat olar, paylaşılan bir acı yarıya enər.
  • Danışmaqla usta olmurlar.
  • Demək asandır - eləmək çətin.
  • Dəli dəlini ağıllı sayar.
  • Dil bütün dünyanı dolandırar.
  • Dilin olsa heç yerdə batmazsan.
  • Dişləməyi bacarmırsan dişini göstərmə.
  • Dost bütün xəzinələrin ən qiymətlisidir.
  • Dost üçün odun-suyun içindən keçəsən gərək.
  • Dostlarla olanda dərd yarım dərd olur, sevinc - ikiqat artıq.
  • Dostun istəyirsə, səhərə saxlama.
  • Döyüş, barışın təmin etdiyini yıxıb gedər.
  • Duzu ölçüb at, yağı yox.
  • Düşmək cinayət deyil, düşüb qalmaq günahdır.

E[redaktə]

  • Ehtiyac ayıdan rəqqas, meymundan skripkaçı eləyər.
  • Ehtiyac daşdan da çörək bişirməyi öyrədər.
  • Ehtiyac şeytanı məcbur edər ki, milçəyi də udsun.
  • Ehtiyat etdiyin tez olur, nəinki ümid etdiyin.
  • Ehtiyat müdrikliyin anasıdır.
  • Ehtiyat olmayan yerdə heç bir hikmət kömək edə bilməz.
  • Etimad idarəyə mane deyil. (alm. Bäume wachsen nicht in den Himmel.)
  • Eşq ilə ağıl əl - ələ tutub getməzlər.
  • Eşqdə və döyüşdə hər şey mübahdır. (alm. In der Liebe und im Krieg ist alles erlaubt.)
  • Evim mənim - qalam mənim.
  • Evlənərkən qulaqlarına yox, gözlərinə inan.

Ə[redaktə]

  • Əhli-keflik insanı pas dəmiri yeyən kimi yeyir.
  • Əl yazıb, baş cavab versin.
  • Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır. (alm. Besser den Spatz in der Hand, als die Taube auf dem Dach.)
  • Ən ağır iş özünə qalib gəlməkdir.
  • Ən yaxşı müəllim təcrübədir.
  • Ən yaxşı yol düz yoldur.
  • Əsəbin dərmanı vaxt-zamandır.
  • Əvvəl fikirləş, sonra elə.
  • Əyri ağacın düz kölgəsi olmaz.

F[redaktə]

  • Fakt deyilən yerdə söz gərək deyil.
  • Fikrə gömrük qoyulmur; fikrə qadağan yoxdur.

G[redaktə]

  • Gecə nə qədər qaranlıq olsa, gündüz bir o qədər işıqlı olar.
  • Gəmiyə iynə ulduzu boyda yerdən də su axıb dolur.
  • Gicitkənin şütülü də olsa dalayır.
  • Göz mədədən böyükdür
  • Gözə göz, dişə diş. (alm. Auge um Auge, Zahn um Zahn.)
  • Gözəllik gedir, yaxşılıq qalır.
  • Gözlər özlərinə, qulaqlar başqalarına inanarlar.
  • Güclü haqlı çıxar. (Kinayə ilə)
  • Gün nə qədər uzun olsa da gecə düşəcək.

H[redaktə]

  • Hamı yanılır - hərə bir cür.
  • Heç kəsi iki dəfə asmırlar.
  • Heç nəyi olmamaqdansa, bir şeyi olmaq yaxşıdır.
  • Həqiqət dilli-dilavər olmur, yalan bər-bəzəkli olsa da.
  • Həqiqət ən yaxşı silahdır.
  • Həqiqət hər şeydən qabaqdır.
  • Həmişə pis xəbər yerinə düşməz olar, yaxşı xəbər yerinə düşən.
  • Hər kəs öz taleyinin dəmirçisidir.
  • Hər kəs özü bilir ayaqqabısı haradan sıxır.
  • Həsəd özü-özünü gəmirər.
  • Həya olmayan yerdə namus da olmaz.

X[redaktə]

  • Xahiş daim isti, təşəkkür daim soyuqdur.
  • Xarab yumurta bütün yeməyi pozar.
  • Xeyirli ağacın xeyirli də meyvəsi olar.
  • Xəbərdar olunan yarım xilas olunmuş kimidir.
  • Xəstəni divarda milçək də acıqlandırar.
  • Xırda daş da böyük karetaları çevirir.
  • Xırda yağış böyük küləkləri yatırar.
  • Xoflu adam kölgəsindən də qorxar.
  • Xoşbəxtlik dost qazandırır, bədbəxtlik isə onları sınayır.
  • Xoşbəxtlik göydə uçmur, o, əməklə qazanılır.
  • Xörəyə baxmaqla doymazlar.

İ[redaktə]

  • İç - keflənmə, mübahisə elə - boğuşma.
  • İdarə eləmək çətin peşədir.
  • İfratçılıq çiyrindirər.
  • İxtiyarını qəzəbə verən adam, ağlını əldən verər.
  • İlk fikir heç də həmişə ən yaxşı fikir olmur.
  • İnan, ancaq hər yetənə yox.
  • İnsan ümidlə yaşayar.
  • İş, işi çəkər. (alm. Arbeit zieht Arbeit nach sich.)
  • İşıq kölgəsiz olmaz.
  • İşləmək çörək, tənbəllik qıtlıq gətirər. (alm. Arbeit bringt Brot, Faulenzen Hungersnot.)
  • İşləyən kotan parıldayar; duran suyu kif basar.
  • İtkisiz qazanc yoxdur.
  • İyirmisində - gözəl, otuzunda güclü, qırxında - ağıllı və əllisində varlı olmayandan heç nə gözləmə.

K[redaktə]

  • Kağız dözür, qələm yazır.
  • Kənddə tərbiyə də təmizdir.
  • Kiçik çayların səs-küyü bərk olar.
  • Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.
  • Kiçikdən başlayıb, böyükdə qurtararlar.
  • Kim elə bilirsə ki, hər şeyi bilir - heç nə bilmir.
  • Kim tez yatıb, tez durur - çox yaşayır.
  • Kim ümid etsə ki, ayaqqabını irsən alacaq - ölüncə ayaqyalın qalacaq.
  • Kimin harası ağrayır, orasından danışır.
  • Kor doğulan işığa inanmaz.
  • Kor toyuq da dən tapır.
  • Köhnə yaradan qan axmaz.

Q[redaktə]

  • Qabığı acı - meyvəsi şirin.
  • Qadın, çalındıqdan sonra divara asılacaq bir skripka deyil.
  • Qanadın böyüməmiş uçma.
  • Qarğalarla dostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar.
  • Qart quşu yolmaq çətindir.
  • Qartalın yaxın düşə bilmədiyi yerə milçək on yerdən yol tapar.
  • Qartallar milçək tutmur.
  • Qayda-qanunu xoşla, o sənə vaxt da saxlar, qüvvə də.
  • Qayğı saç ağardar.
  • Qazanmaqdan qənaət çətindir.
  • Qədəh içində, dənizdə boğulanlardan daha çox insan boğulmuşdur. (alm. Im Becher ersaufen mehr Leute als im Bach.)
  • Qəzəb adamı kor edir.
  • Qəzəb qızıldan da olsa yenə qəfəsdir.
  • Qəzəb pis məsləhətçidir.
  • Qızılgüllər solur, tikanı qalır.
  • Qızılı odla yoxlayarlar, insanı - hücumla.
  • Qonaqlar necəsə, məclis də elədir.
  • Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur.
  • Qorxu olmayan yerdə hamı igidə dönür.
  • Qurdun ulaması yeməsindən qorxuludur.
  • Quş istəyirsənsə, əvvəlcə yuvasını tik.
  • Quş uçmaq üçün yarandığı kimi, insan da əmək üçün yaranıb.
  • Quyu onda yada salınır ki, suyu qurumuş olsun.
  • Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil.
  • Qüvvət hələ hər şey deyil.
  • Qüvvət qanun deyil.
  • Qüvvət - vəhdət.

L[redaktə]

  • Lovğalanan yıxılacaq.

M[redaktə]

  • Meymun istər kral olsun, istər keşiş - elə meymundur ki, meymun.
  • Mərd düşmən namərd dostdan yaxşıdır.
  • Mərdliyini itirən hər şeyini itirər.
  • Məsləhət eşitməyənə nə kömək?
  • Məsləhət vermək kömək eləməkdən asandır.
  • Milçək xırdadır, böyük adamı da dişləyir.
  • Mığmığanı kötəklə vurmurlar.
  • Mülayimlik ən yaxşı dərmandır.

N[redaktə]

  • Natəmiz vicdan gözdən yayınmaz.
  • Necə haylarsan, elə də hay verərlər.
  • Nəciblik qanda deyil, ürəkdədir.
  • Nifrəti bacarmayan, məhəbbəti də bacarmaz.
  • Nişan almaq azdır, gərək dəysin də.

O[redaktə]

  • O, pula sahib deyil, pul ona sahibdir.
  • Oda yağ tökür.
  • "Olar" ilə "ola bilsin"in fərqi böyükdür.

Ö[redaktə]

  • Ölçüsündə olmayan hər şey zərərdir.
  • Ölü şirin bığını dovşan da dartar.
  • Öz sözünü tutmursan - cavabını tut.
  • Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı - öz hünərindir.
  • Özgənin dərdi tez unudular.
  • Özgəsiylə az danış, özünlə - çox.
  • Özü-özünü tərifləyənin qonşuları pis olar.
  • Özün öz sirrini saxlaya bilmirsənsə, ğzgəsinin danışmağından gileylənmə.
  • Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.

P[redaktə]

  • Palıd ağır-ağır boy atar.
  • Parlayan hər şey qızıl deyil. (alm. Es ist nicht alles Gold, was glänzt.)
  • Payız yaxşıdır, payız şərabı daha yaxşıdır.
  • Paylaşılan sevinc iki qatına çıxar. (alm. Geteilte Freude ist doppelte Freude.)
  • Paylaşılan bir acı yarıya enər. (alm. Geteiltes Leid ist halbes Leid.)
  • Pis xəbər qar topası kimi böyüyər.
  • Pis xəbər yuxu bilməz.
  • Pis işçi əlində yaxşı dəzgah da pis olar.
  • Pis qızıl məhək xoşlamaz.
  • Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır.
  • Pula əmr elə, qulluq eləmə.
  • Pulum var - camaatın da əziziyəm.

R[redaktə]

  • Razılıq daş-divardan möhkəm olar.
  • Roma bir günə tikilməyib.
  • Romada özünü romalı kimi apar.

S[redaktə]

  • Sakit it xəlvət qapar.
  • Saqqal saxlayanların hamısı filosof olmur.
  • Sağlam bədəndə - sağlam ruh.
  • Savaş, sülhün təmin etdiyini yıxıb gedər.
  • Səadət kordur.
  • Səadət şüşə kimidir: asan sınar.
  • Səadəti tapmaq saxlamaqdan asandır.
  • Səadətlə bədbəxtlik eyni cığırla gedirlər.
  • Səhhətini itirəndən sonra başlayırsan onun üçün əsməyə.
  • Səhv eləmək insana xasdır.
  • Sən mənə de dostun kimdir, mən deyim ki, sən kimsən.
  • Sən ona ipək bağışlayırsan, o səndən hələ yemini də istəyir.
  • Səndən xahiş etməyənə qədər heç kəsə məsləhət vermə.
  • Səni bəsləyən əli dişləmə. (alm. Beiß nicht in die Hand, die dich füttert.)
  • Sərf olunmayan güc get-gedə azalar.
  • Skripkaçı ustalaşana kimi çox sim qırır.
  • Sonraya saxlamaq - geri götürmək deyil.
  • Söz və iş iki ayrı-ayrı şeylərdir.
  • Susmaq da cavabdır.
  • Susmaq - razılıq nişanəsidir.
  • Sussan dilin ağrımaz.
  • Suyun harasından bərk-bərk yapışasan?!
  • Sübh saatı bizə qızıl bəxş eləyir.
  • Sükut çox vaxt çox sözdən gözəl olur.
  • Sülh olan yerdə səadət olar.
  • Sülh zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır.
  • Sünbülün boşu dik dayanar.

Ş[redaktə]

  • Şaiyə zərrəbin kimidir, hər şeyi yekəldir.
  • Şəhidlərin qanı gələcək nəsilləri yetişdirmək üçündür.
  • Şən qonaq heç kimə yük deyil.
  • Şərab başa çıxanda ağıl qədəhə düşər.
  • Şərabda çox adam batır, nəinki dənizdə.
  • Şərəfi itirmək - hər şeyi itirməkdir.
  • Şərəfsiz həyatdan, şərəfli ölüm yaxşıdır.
  • Şir də mığmığadan özünü qorumalı olur.
  • Şirin bacarmadığını tülkü bacarar.
  • Şübhə dostluğun zəhəridir.

T[redaktə]

  • Tanrı qarışqanı yox etmək istəyincə, ona qanad taxar.
  • Tezlik gərəkdir, tələskənlik yox.
  • Təhsil azadlığa aparar.
  • Təhsilsiz insan, cilasız aynaya bənzər. (alm. Ein Mensch ohne Bildung ist ein Spiegel ohne Politur.)
  • Tək gözlü olmaq kor olmaqdan yaxşıdır. (alm. Besser einäugig als blind.)
  • Təkrar biliyin anasıdır.
  • Tələsən çox vaxt axırdı gəlir.
  • Tələsik işə şeytan qarışar. (alm. Eile mit weile.)
  • Tələsirsən - yavaş yeri.
  • Təmiz - hər şeyi təmiz bilər.
  • Təmiz ürək qızıldan qiymətlidir.
  • Təmkinli adam üstün gələr.
  • Tənbəl işçiyə yüngül çəkic də ağır gələr.
  • Tənbəl üçün həftədə yeddi bayram olur.
  • Tənbəlliyin dalınca xəstəlik gəzər.
  • Təvazökarlıq bəzəkdir, lakin onsuz daha müvəffəqiyyətli olunar. (alm. Bescheidenheit ist eine Zier, doch weiter kommt man ohne ihr.)
  • Tikəni ağzına görə dişlə.
  • Torağayı nəğməsindən tanıyarlar.
  • Tovuz sən nə gözəlsən, amma ayağın eybəcər.
  • Toz göylərə də yüksəlsə, yenə toz olub qalır.
  • Tövbə dərman kimidir: ürəyi sakitləşdirir.
  • Tülkünü quyruğundan tanıyarlar.

U[redaktə]

  • Uduzanın sonrakı ağlı dərin olar.
  • Ulağı nə qədər yüyənləsən də yenə ondan kəhər çıxmayacaq.
  • Uşaq evdə nə eşidirsə, həyətdə də onu danışır.
  • Uşağın balacası ananın ətəyindən yapışır, böyüyü - ürəyindən.
  • Uşaqların körpəsi diz ağridar, böyüyü - ürək.

Ü[redaktə]

  • Üç həkimin birdən gəlməsindən, heç birinin gəlməməsi yaxşıdır.
  • Üç nəfərin bildiyini, otuz nəfər də bilər.
  • Ümumi təhlükə adamları yaxınlaşdırar.
  • Ürəyi yumşaq ananın zəhər tuluğu uşaqları olar.

V[redaktə]

  • Varlı qolçomaq qohumlarını tanımaz.
  • Vicdanı təmiz olanın yasdığı rahat olar.

Y[redaktə]

  • Ya hər şey, ya heç nə.
  • Yaxşı gün dostları verir, yaman gün də onları yoxlayır.
  • Yaxşı oyunçunu top da görür.
  • Yaxşı şeylərə tərif nə gərək.
  • Yalanın ayaqları gödək olar.
  • Yamanlıq daşa yazılar, yaxşılıq quma.
  • Yaşamaq - mübarizə etməkdir.
  • Yemək bişirmək köhnə tavalar ilə öyrənilər. (alm. Auf alten Pfannen lernt man kochen.)
  • Yeməkdən sonra istirahət və ya min addım atılmalıdır.
  • Yer üzündə eyibsiz adam yoxdur.

Z[redaktə]

  • Zaman bizlə ayaqlaşmır, biz zamanla ayaqlaşırıq.
  • Zaman hər cür yalanı açır.
  • Zarafatın da həddini bil.
  • Zəhmət - həyatın duzudur.
  • Zəhmət - səadətin atasıdır.
  • Zəmanə dəyişir, biz də dəyişirik.
  • Zorla əziz olmazsan.
  • Zülmət nura qarşı dura bilməz.

İstinadlar[redaktə]

  • Dünya xalqlarının atalar sözləri. Bakı,2015