Qızıl

Vikisitat saytından
Jump to navigation Jump to search

A[redaktə]

B[redaktə]

Ç[redaktə]

  • Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor

D[redaktə]

E[redaktə]

  • Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. Əhvədi

Ə[redaktə]

G[redaktə]

  • Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda
  • Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir. Napoleon Bonapart

H[redaktə]

  • Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz. David Lavrens
  • Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan. Rene Dekart

X[redaktə]

  • Xoşbəxtlik qızıl toplamaqda deyil, sağlam bədəndə və ailə səadətindədir. Demokrit

İ[redaktə]

  • İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander

K[redaktə]

  • Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. Sədi

Q[redaktə]

P[redaktə]

S[redaktə]

  • Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kimi görünür. Miqel de Servantes

Y[redaktə]

  • Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir. Yohann Volfqanq Göte
  • Yəhudi qızıl olmalıdır ki, heç olmasa gümüş sayıla bilsin. Leon Xarrison