Məhsəti Gəncəvi
Görünüş
Məhsəti Gəncəvi | |||
Doğum tarixi | 12 may 1089 | ||
Doğum yeri | Gəncə | ||
Vəfat tarixi | 1181 | ||
Vəfat yeri | Gəncə | ||
|
Məhsəti Gəncəvi (12 may 1089, Gəncə – 1181, Gəncə) — XII əsrdə yaşamış mənşəcə Azərbaycanlı olan şair, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir busə üçün — dedim, — ləbim mehmandır,
Bir busəm üçün — dedi, — baha bir candır.
Ağlım gələrək vurdu mənim böyrümdən,
Yəni, — dedi, — al, bu müftə mal hardandır? - Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da ki öyünmə uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər. - Bütpərəstlik xoşdur, sən bir büt olsan,
Məstlik də xoşdur, şərab versən camından.
Elə yox oldum ki, eşqində sənin,
Bu yoxluq varlıqdan yaxşıdır, inan.
K
[redaktə]- Könülsüz xərabət içrə sən gəlmə,
Dərvişlik rəmzini bilməsən, gəlmə!
Başından keçənin yoludur bu yol,
Bu yolda can qurban verməsən, gəlmə![1]
Q
[redaktə]- Qənaət əzizlər, tamah xar edər.
İstinadlar
[redaktə]Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.303