Bolqar atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ac itlə çox gözlənməz.
B[redaktə]
- Bir çılpağı min zirehli soya bilməz.
C[redaktə]
- Cəhənnəmdə ağıllılarla yaşamaq, axmaqlarla birlikdə cənnətdə yaşamaqdan daha yaxşıdır.
D[redaktə]
- Dəlilərə zəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar.
- Dostlarınızın kim olduğunu söyləyin, mən də sizin kim olduğunuzu biləcəyəm.
Ə[redaktə]
- Ən son gülən ən yaxşı gülür.
- Ən yaxşı alma donuzlara verilir.
- Ətin dadını bilən çoban itindən xeyir gəlməz.
G[redaktə]
- Göydəki ulduzları deyil, yerdəki sürülərini bir dəfə daha say.
X[redaktə]
- Xəsisin yeganə yaxşı əməli onun vaxtsız ölümüdür.
K[redaktə]
- Kim iki stulun arasında oturursa, yıxılır.
- Kim nə etsə özünə edər.
- Kimin pis arvadı varsa, cəhənnəmə ehtiyac yoxdur.
Q[redaktə]
- Qaydasız görülən əməyin faydası olmaz.
- Qış günəşinə, qadın gülüşünə inam olmaz.
- Qızıl ləyənin qan qusana nə faydası?!
M[redaktə]
- Madyan nalladıqlarını görən qurbağa da ayağını qaldırmış.
P[redaktə]
- Parlayan hər şey qızıl deyil.
S[redaktə]
- Səhv olan şey sabaha qədər, doğru olan əbədiyyətə qədər davam edir.
T[redaktə]
- Torbada nə varsa, şorbada da o vardır.
Y[redaktə]
- Yalanın ayağı yoxdur.
- Yarı yolda təslim olma.