Məzmuna keç

ABŞ atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağac əkən özündən başqasını da sevdiyini sübut edir.
  • Ağacın xatırladıqlarını balta unudur.
  • Ağıl və dəlilik arasında yalnız incə qırmızı bir xətt var.
  • Atı suya gətirə bilərsən, amma onu su içməyə məcbur edə bilməzsən.
  • Balıq və qonaq üç gündə iylənir.
  • Başqalarının danışıqlarına qulaq asan şəxs heç vaxt özü haqqında yaxşı bir şey eşitmir.
  • Bəxt özünə kömək edənlərə kömək edir.
  • Bir adamın zibili başqasının xəzinəsidir.
  • Bir axmaqla mübahisə edirsənsə, əslində iki axmaq mübahisə edir.
  • Bir çox şəxslər qaçmaqdan qorxduğu üçün cəsur sayılmışdır.
  • Bir insan sənə eşşək desə, diqqətə alma, amma, 5 nəfər sənə eşşək desə, get özünə yəhər al.
  • Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir.
  • Bu günki yaxşı bir plan, sabahkı mükəmməl bir plandan daha yaxşıdır.
  • Cəsur bir adamın baxışı düşməni qorxaq adamın qılıncından daha çox titrədir.
  • Çaydan baxmaqla qaynamaz.
  • Dostlar dostdur. İş tamamilə başqa bir şeydir.
  • Düşmənlərimin düşməni mənim dostumdur.
  • Əgər sənə yüz dollar borcum varsa - bu mənim problemimdir, amma sənə min dollar borcum olsam, bu sənin problemindir.
  • Əvvəllər gənc qız utananda qızarırdı, indi gənc qız qızaranda utanır.
  • Gündə bir alma həkimi uzaqlaşdırır.
  • Günəş altında bir yer istəyirsinizsə, ailə ağacının kölgəsini tərk etməlisiniz.
  • Heç vaxt bir kitabı üz qabığına görə mühakimə etməyin.
  • Həqiqi bir dostu ikiəlli tutun.
  • Həyat bir səyahətdir, hədəf deyil.
  • İlk uçan quş qurdu tutur.
  • İtlə yatan, bitlə qalxar.
  • Kiçik bir insanın kölgəsi uzun olarsa, günəşin batdığını anlayın.
  • Qadının yeri mətbəxdir.
  • Qırılan yumurtaları qabıqlarına geri qoya bilməzsiniz.
  • Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar.
  • Qonşunu sev, amma bağça divarını uçurma.
  • Məntiq sizi A-dan B-yə aparacaq. Təsəvvür sizi hər yerə aparacaq.
  • Nə etdiyimi deyil, dediklərimi et.
  • Odununu özü kəsən iki dəfə isinər.
  • Pul bizi xoşbəxt etmir, fəqət nisbətən xoş bir şəkildə bədbəxt olmağımıza imkan verir.
  • Sakit bir vicdan yaxşı bir yastıqdır.
  • Səbr uğurların anasıdır.
  • Sınıq deyilsə, onu təmir etmə.
  • Şans doğru zamanda lazımi yerdə olmaqdır.
  • Tanqo üçün iki nəfər lazımdır.
  • Tez mühakimə edən, sonra uzun müddət peşman olur.
  • Tərəqqi pilləsinə qalxmaq üçün boyalı əllərinizi cibinizdən çıxartmalısınız.
  • Toz qaldırmasan, toz içində batacaqsan.

İstinadlar

[redaktə]