Təhsil
Jump to navigation
Jump to search
B[redaktə]
- Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. Mustafa Kamal Atatürk
- Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Albert Eynşteyn
- Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Heydər Əliyev
- Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Əbu Turxan
D[redaktə]
- Dünyada ən mütərəqqi ölkə insan ruhudur. Ən məhsuldar ölkə də ruhdur. Ona görə də təhsilin ən müqəddəs vəzifəsi ruhları inkişaf etdirib kamala çatdırmaq olmalıdır. Pirl Bak
- Düşmənlik və məhəbbət yaxınlıqdan, xəstəlik və təhsil də eyni qidadan hasil olur. Mövlana Cəlaləddin Rumi
F[redaktə]
- Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz. Artur Şopenhauer
X[redaktə]
- Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər, həm də az işə yarayar. Platon
İ[redaktə]
- İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır. Əbu Turxan
- XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir.
Alvin Toffler, yazıçı, futurist
M[redaktə]
- Məktəb təhsilin sonu yox, başlanğıcıdır. Lord Broham
T[redaktə]
- Təhsil azadlığa aparar. Alman atalar sözləri
- Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır. Aristotel
- Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər Əliyev
- Təhsil hər hansı bir həyat situasiyasında düzgün hərəkət etmək bacarığıdır. Con Hibben.
- Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür. Con Dyui, filosof
- Təhsil xəzinədir, əmək onun açarı. Seyid Əzim Şirvani
- Təhsil millətin gələcəyidir. Heydər Əliyev
- Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. Mark Tven
- Təhsilin kökləri acı, meyvələri şirindir. Aristotel
- Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar. Konfutsi
- Təhsilsiz insan, cilasız aynaya bənzər. Alman atalar sözləri
- Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. Viktor Hüqo
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014