Xəzinə

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ailə yekdirsə, xəzinə nə lazım. Rus atalar sözləri
  • Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət. Ərəb atalar sözləri
  • Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən? Mövlana Cəlaləddin Rumi
  • Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır. İngilis atalar sözləri
  • Azərbaycanda yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Həsən Əliyev

B[redaktə]

  • Bəşər düşüncəsinin və təcrübəsinin saysız xəzinələri min illər ərzində toplanaraq sözdə əbədi yaşayır. Mixail Şoloxov
  • Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. Sokrat
  • Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur. Uilyam Şekspir

D[redaktə]

Ə[redaktə]

G[redaktə]

  • Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür.Birincisi bərbəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart

X[redaktə]

  • Xəzinə kəşf etmək istəsən əgər, Hər bir çətinliyə tab et, sinə gər. Nizami Gəncəvi

K[redaktə]

  • Kamil ağılın ən böyük xəzinəsi dindir. Buna görə də insanın dini ağıldır. Ağlı olmayanın dini də yoxdur. Məhəmməd peyğəmbər

P[redaktə]

S[redaktə]

Y[redaktə]

  • Yer - xəzinə, su - qızıl. Özbək atalar sözləri
  • Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[1] Cəfər Xəndan

İstinadlar[redaktə]

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.397