Həqiqi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
- Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
- Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Aristotel
B[redaktə]
- Başda yox, ürəkdə olan hər cür sevgi özünəməxsus tərzdə həqiqi və gözəldir. Vissarion Belinski
- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
D[redaktə]
- Dost seçərkən sizdən daha yaxşı olanı seçin. Dünyada çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır. Çin atalar sözləri
E[redaktə]
- Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan. Georq Vilhelm Fridrix Hegel
Ə[redaktə]
- Ən pis təklik heç bir həqiqi dostlun olmamasıdır. Frensis Bekon
H[redaktə]
- Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır. Pyer Büast
- Həqiqi, bəşəri məhəbbət hissi şıltaqlığ və ya ürəyin nazı üzərində deyil, ancaq bir-birini insanlıq ləyaqətinə hörmət üzərində qurula bilər. Vissarion Belinski
- Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür. Romen Rollan
- Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir. Əbu Turxan
- Həqiqi dost bizi bacardığımız işi etməyə yönəldir. Ralf Uold Emerson
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar. (Naməlum)
- Həqiqi dostlarla birgə içilən su da şirin dadır. Çin atalar sözləri
- Həqiqi dostluqdan başqa, bütün münasibətlər müvəqqətidir Romen Rollan
- Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. (Karl İmmerman:Alman şairi)
- Həqiqi əxlaqın yüksək prinsiplərindən biri şəxsiyyətinə fərq qoymadan hər bir insana hər şeydən əvvəl onun insan olmasına, sonra isə şəxsi ləyaqətinə görə hörmət etməkdir. Vissarion Belinski
- Həqiqi insan sevgisi yalnız hisslərin, ürəyin şıltaqlığına yox, eyni zamanda bir-birinin ləyaqətinə qarşılıqlı hörtmət etməyə əsaslana bilər. Vissarion Belinski
- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
- Həqiqi zəfərlər qan tökülmədən qazanılan zəfərlərdir. Pittak
- Hər cür sevgi həqiqi və özünəxas olduğu üçün gözəldir, yetər ki, o ürəkdə ola, başda yox. Vissarion Belinski
S[redaktə]
- Sevgi həqiqi mükəmməlliklər axtarmır; bundan əlavə, o, sanki onlardan qorxur: ona yalnız o mükəmməlliklər lazımdır ki, o özü yaradır və düşünür.
T[redaktə]
- Təhsilə can atarkən qadın yadda saxlamalıdır ki, bütün təhsil sistemləri yalnız yüksək bilik və mədəniyyətin inkişafı üçün vasitədir. Əsl düşüncə mədəniyyətini ruh və qəlb mədəniyyəti inkişaf etdirir. Yalnız belə birləşmə o böyük sintezi verir ki, onsuz insan həyatının kosmik təkamülündə həqiqi əzəmətini, müxtəlifliyini və mürəkkəbliyini dərk etmək mümkün deyil. Buna görə də, biliyə can atarkən, qadın İşıq Mənbəyiini və Ruhun Rəhbərlərini - həqiqətən, bəşəriyyət şüurunu yaradan o böyük Ağılları xatırlasın. Bu Mənbəyə, Sintezin bu aparıcı Prinsipinə yaxınlaşmaqla, bəşəriyyət həqiqi təkamülün yolunu tapacaqdır. Helena İvanovna Roeriç