Romen Rollan

Vikisitat saytından
Romen Rollan (1915)

Romen Rollan (1866-1944) - fransız yazıçısi, siyasətçi, musiqişünas və ictimai xadim.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır.

Ə[redaktə]

  • Əmək mübarizədir, mübarizə isə həzzdir.
  • Əmək yaradıcı insanın qüdrəti və sevincidir.

H[redaktə]

  • Həqiqətin yarısını öz gücünə bilmək, onu tam halda başqalarının sözləri ilə öyrənib tutuquşu kimi əzbərləməkdən yaxşıdır.
  • Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür.
  • Həqiqi dostluqdan başqa, bütün münasibətlər müvəqqətidir.
  • Hər hansı bir çağırış, haray insana onun görə bilmədiyi yolu göstərməkdə acizdir.
  • Həyat eşqi ilə ölüm qorxusu əkizdir.
  • Həyatın bütün sevinci yaradıcılıqdadır.

X[redaktə]

  • Xeyirxahlıq elm deyil, hərəkətdir.

İ[redaktə]

  • İkiüzlü adam həmişə kölədir.
  • İnsanın mahiyyəti yaradıcılıqdır. Onun daxili aləmi məhz yaradıcılıqda daha aydın məlum olur.

K[redaktə]

  • Kim şərə bütün varlığı ilə nifrət edirsə, o, xeyri də sevə bilməz.

M[redaktə]

  • Musiqi əyləncə deyil, o ruhun qüvvətidir.

U[redaktə]

  • Uşağın çəkdiyi ilk əzabın ağrısı böyükdür.

Y[redaktə]

  • Yalnız o ideyalar həqiqidir ki, daxilən yaşanıbdı.
  • Yaradıcılıq böyük sevincdir, yaratmaq isə ölümün özünü öldürmək deməkdir.
  • Yaratmaq ölümü dəf etmək deməkdir.
  • Yaşamaq - ölümü öldürmək deməkdir.

Z[redaktə]

  • Zəka hissləri maarifləndirir.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar[redaktə]