Diqqət

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Atom fəaliyyətinin və radioaktivliyin iki mərhələsinin Günəş sistemindəki bütün atomların təkamülünü səciyyələndirdiyini görək, indi insan atomunda şüurun təkamülü zamanı gözlənilən müxtəlif inkişafların nə olduğunu görək. Mən diqqətimizi bu insan şüuruna yönəltmək istərdim, çünki o, Günəş sistemindəki mərkəzi təkamüldür. İlahi həyatın üç aspekti - məskunlaşan həyat və ya ruh, maddi forma və ya əsas vasitə və ağıllı fəaliyyət amili bir araya gətirildikdə, müəyyən konkret nəticələr əldə ediləcəkdir. Alisa Beyli

B[redaktə]

  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. Aqata Kristi

D[redaktə]

  • Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq. Konfutsi
  • Diqqət, ağlın ən böyük uşağıdır. Viktor Hüqo

Ə[redaktə]

  • Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza. Cəlil Məmmədquluzadə
  • Əksəriyyətin məhəl qoymadığı xırda şeylərə yönələn diqqət, bəzi insanları varlılara çevirmişdir. Vilhelm Buş

H[redaktə]

  • “Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. Nəsirəddin Tusi

İ[redaktə]

  • İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. Qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayyət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək. Aliya İzzetbeqoviç
  • İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir. Maksim Qorki
  • İnsanlar çox dəyişdi, diqqət yetirmək lazımdır, biriylə əl sıxışdıqdan sonra, beşi də yerindəmi deyə, barmaqlarını saymaq məcburiyyətindəsən. Lev Tolstoy
  • İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma

Q[redaktə]

  • Qəhvə eşq kimidir, nə qədər səbir və diqqət göstərsən dadı o qədər gözəl olar. Əlif Şəfəq

N[redaktə]

  • Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər. Qautama Budda

S[redaktə]

  • Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et. Həzrəti Əli
  • Sən, bir adam özü tərifləndiyi zaman, bunu necə qarşıladığına diqqət edə bilsən, hər adamın xarakterini kəşf edə bilərsən. Seneka

İstinadlar[redaktə]