Ölkə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz. Avraam Linkoln
- Bir ölkədə oğurluq rəsmiləşsə, həmin ölkə dağılar. Volter
- Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Albert Eynşteyn
- Bir pivəniz və hava yolu şirkətiniz yoxdursa gerçək bir ölkə ola bilməzsiniz. Bir futbol komandasi ya da nüvə silahı da köməkçi olar, amma heç olmasa bir pivəniz olmalıdır. Frenk Zappa
- Bu ölkə qəzetlərinin 2-ci səhifəsində məşhurların necə yaşadıqları, 3-cü səhifəsində sadələrin necə öldükləri yer alır. Can Dündar
- Bu ölkədə hər küncdə bərbər və təkəl dileri olmasının tək səbəbi, ayrılıq sonrası ilk gedilən yerlər olmasıdır. Can Dündar
D[redaktə]
- Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir. Corc Eliot
- Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Heydər Əliyev
- Dünyada ən mütərəqqi ölkə insan ruhudur. Ən məhsuldar ölkə də ruhdur. Ona görə də təhsilin ən müqəddəs vəzifəsi ruhları inkişaf etdirib kamala çatdırmaq olmalıdır. Pirl Bak
- Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. Heydər Əliyev
Ə[redaktə]
- Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı. Napoleon Bonapart
- Əxlaqını itirmiş ölkə məhv olmağa məhkumdur. Samuel Smayls
- Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır. Şarl Lui Monteskyö
H[redaktə]
- Həm havan topuyla, həm futbol topuyla döyüş qazanan tək ölkə bizik. Bedri Gürsoy
K[redaktə]
- Krallar dəyişir, ölkə viran qalır. Fin atalar sözləri
Ö[redaktə]
- Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür. Heydər Əliyev
T[redaktə]
- Tarixi olmayan ölkə ölü bir ölkədir. Sinkler Lyuis.
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014