Samuel Smayls
Samuel Smayls - ingilis yazıçısı.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır.
B[redaktə]
- Başıboş adamlar xarab maşınlar kimi çox gurultu salırlar.
- Başımızın üstünü qara buludlar alanda bu buludların axmasında bizi günəşli günlərin gözləyə biləcəyini unutmayaq
- Başqalarının uğurlarına qibtə edirik, ancaq bu uğurların onlara nəyin bahasına başa gəlməsi barədə düşünmürük.
- Bədbəxtlikdən şikayət edənlər, əslində, əvvəllər etdikləri səhvlərin cəzasını çəkirlər.
- Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.
- Bir ciddi təşəbbüs min səmərəsiz cəhddən yaxşıdır.
- Bir insanın xarakteri onun kimlərlə oturub-durması, kitabsevərin xarakterini isə onun oxuduğu kitablar əsasında öyrənmək olar.
- Böyük insanların bəlkə də qaba görünüşləri var, əslində isə onlar son dərəcə həssas və zərifdirlər.
C[redaktə]
- Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar.
- Cəsarət elə bir fəzilətdir ki, bütün insanlar onun ləzzətini dadmalıdır.
- Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir.[1]
D[redaktə]
- Dəyərli kitablar əbədi yaşamaq üçün doğulur.
E[redaktə]
- Etiraf etməliyik ki, məşhurların çoxu yalnız öldükdən sonra şöhrətə çatmışdır.
Ə[redaktə]
- Əxlaq bütün qanunlardan alidir.
- Əxlaqını itirmiş ölkə məhv olmağa məhkumdur.
- Ən yaxşı əxlaq məktəbi ailədir.
F[redaktə]
- Fəal həyatın hər dəqiqəsi qazanılmış qələbəyə oxşayır.
İ[redaktə]
- İnsanı dar gündə qoymayan yeganə dost kitabdır.
K[redaktə]
- Kitab bilik xəzinəsinə bənzər, içinə daxil olun.
- Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür.
- Kitablar qocalıqda ən yaxşi dost,cavanlıqda ən yaxşı rəhbərdirlər.[mənbə göstərin]
- Kobud və sərt rəftar bütün qapıları üstümüzə bağlayır.
L[redaktə]
- Ləyaqətli və əxlaqlı adamlarla oturub-dursanız, bi məziyyətlər sizə də keçə bilər. [2]
M[redaktə]
- Məktəblərin ən bəhrəlisi çətinlik məktəbidir.
Ö[redaktə]
- Öz xoşbəxtliyimə yox, cəmiyyətin xoşbəxtliyinə sevinirəm.
T[redaktə]
- Tənbəl bir beyin - şeytanın iş otağıdır.
U[redaktə]
- Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol.
Z[redaktə]
- Zövqlərin ən gözəli elmdən alınan zövqdür.