Bədbəxtlik
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı adama elm xoşbəxtlik verər, axmağa isə bədbəxtlik. Çin atalar sözləri
B[redaktə]
- Bədbəxtlik anında da borcuna sədaqətli olmaq böyük hünərdir. Demokrit
- Bədbəxtlik ardınca bədbəxtlik. Yapon atalar sözləri
- Bədbəxtlik dostları bir-birinin halına acıyır. Yapon atalar sözləri
- Bədbəxtlik gəldi, özünə güvən. Yapon atalar sözləri
- Bədbəxtlik xarakter üçün məhək daşıdır. Onore de Balzak
- Bədbəxtlik xoşbəxtliyə çevrildi.Yapon atalar sözləri
- Bədbəxtlik onda deyil ki, xoşbəxtliyə rast gəlməmisən, bədbəxtlik ondadır ki, xoşbəxtliyi əldə saxlaya bilməmisən. Aleksandr Bek
- Bədbəxtlik, şübhəsiz çox böyük bir müəllimdir, lakin bu müəllim; dərslərini bahalıya ödətdirər və faydası da puluna dəyməz. Jan Jak Russo
- Bədbəxtlik tək gəlmir. Yapon atalar sözləri
- Bədbəxtlik və xoşbəxtlik kəndirin lifləri kimi bir-birinə qarışır.Yapon atalar sözləri
- Bədbəxtlikdən, boğulmuş duyğular ölmür. Onları susmağa məcbur ediblər və onlar daxildən insana təsir etməyi davam etdirirlər. Ziqmund Freyd
D[redaktə]
- Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir. Xudu Məmmədov
E[redaktə]
- Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər. Pifaqor
Ə[redaktə]
- Ən böyük bədbəxtlik hər şeydən narazı qalmaqdır. Lao-tszı
- Ən gözəl nemət ağıl, ən böyük bədbəxtlik isə nadanlıqdır. Ərəb atalar sözləri
G[redaktə]
- Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır. Frans Kafka
H[redaktə]
- Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir. Aristotel
- Həyat o kəslər üçün acı deyil ki, onlar yaşamamağın heç də bədbəxtlik olmadığına qəti surətdə əmindirlər. Epikür
X[redaktə]
- Xoşbəxtlik dost qazandırır, bədbəxtlik isə onları sınayır. Alman atalar sözləri
- Xoşbəxtlik hər zaman arzudur - bədbəxtlik isə həmişə realdır. Volter
İ[redaktə]
- İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Nəsirəddin Tusi
- İnsanlar heç vaxt bu böyüklükdə bədbəxtlik hissi keçirməmiş, nəticədə belə ağır və çox çətin nəticələr çıxarmışlar. (Çernobıl faciəsi haqqında) Boris Yeltsin
K[redaktə]
- Kasıb və səxavətli olmaq əlavə bədbəxtlikdir. Nizami Gəncəvi.
M[redaktə]
- Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar. Uilyam Şekspir
- Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya. Nəsirəddin Tusi
T[redaktə]
- Toystoyun dediyi kimi "Xoşbəxtlik bir alleqoriya, bədbəxtlik isə hekayədir." Haruki Murakami
Y[redaktə]
- Yaşlı vaxtlardakı xoşbəxtlik və ya bədbəxtlik, gənclik dövründə edilənlərin mükafatıdır. Brovninq