Haruki Murakami

Vikisitat saytından
Jump to navigation Jump to search
Həyatın bir bisküvit qutusuna bənzədiyini düşün. Qutunun içində hər cür bisküvit var, sevdiklərin də, sevmədiklərin də, elə deyilmi? Və insan əvvəlcə sevdiyini yesə, sevmədikləri qalacaq. Mən pis günlər keçirəndə həmişə belə düşünürəm. İndi bunu eləsəm, sonrası daha rahat olar, deyirəm öz-özümə. İnan mənə, həyat bir bisküvit qutusu kimidir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Amma kim ən yaxşının nə olduğunu deyə bilər ki? Buna görə qarşımıza çıxan xoşbəxtlikləri tutub saxlamalıyıq və digər insanlar üçün narahatlıq keçirməməliyik. Təcrübələrim mənə belə fürsətlərin insanın qarşısına bir ömürdə iki və ya üç dəfədən artıq çıxmadığını deyir və əgər bu fürsətlərin əldən çıxmasına yol versək, onları qalan həyatımız üçün də rədd etmiş olarıq.

B[redaktə]

  • Bəxtindən şikayət etmə, bunu axmaqlar edər.
  • Bir-birimizi qucaqlamaqla öz qorxularımızı bölüşürük.
  • Bir-birinə sadiq olmaq və kömək etməyə çalışmaq… Əsas olan bax budur!
  • Böyük sürətlə əks istiqamətdə hərəkət etmək, heç hərəkət etməməkdən yaxşıdır.

D[redaktə]

  • Dənizə uzun müddət baxdıqda insanlar üçün, insanlara uzun müddət baxdıqda isə dəniz üçün darıxırsan.
  • Dünyada səhv fikir deyilən bir şey yoxdur. Bizim fikirlərimizlə üst-üstə düşməyən fikirlər vardır. Bu qədər bəsit.

Ə[redaktə]

  • Əgər tünd bir qaranlığın içindəsinizsə, edə biləcəyiniz tək şey gözləriniz qaranlığa öyrəşənə qədər dayanıb gözləməkdir.
  • Əgər hər kəsin oxuduğu kitabları oxuyursansa, hamının düşündüyü şeyləri düşünürsən.
  • Ən maraqsız, darıxdırıcı və lazımsız yerdə olarkən, yenə də nəsə təzə öyrənə bilərsən.
  • Əvvəllər belə düşünürdüm ki, insanlar illər keçdikdə, müntəzəm olaraq qocalır… Sən demə belə deyilmiş. İnsan ani olaraq qocalır.
  • Əzab qaçılmazdır, vicdan əzabı isə bir seçimdir.

X[redaktə]

  • Xatirələr səni içindən isidən şeylər olduğu kimi, eyni zamanda, gözlərindən çölə ağladan şeylərdir.

H[redaktə]

  • Heç vaxt özün üçün təəssüflənmə. Bunu axmaqlar edər.
  • Hər bir kəs “hər şeyin yaxşılıqla” bitəcəyinə inansa, dünyada qorxulacaq bir şey qalmayacaq.
  • Hər kəsin oxuduğu kitabları oxuyursansa, hamının düşündüyü şeyləri düşünürsən.
  • Hər şey istədiyin kimi olsa, yaşamaq sənin üçün maraqsız olmağa başlayacaq.
  • Hissləri daxildən azadlığa çıxarmaq lazımdır. Əks təqdirdə onlar daxildə yığılacaq və daha sonradan ÖLMƏYƏ başlayacaq.

İ[redaktə]

  • İnsan nə qədər böyükdürsə, onun həyatında artıq düzəldilə bilməyəcək şeylərin sayı da bir o qədər çoxdur.
  • İnsana ümid verilir və o bundan həyat yanacağı olaraq istifadə edir. Ümidsiz irəli getmək heç cür mümkün deyil.
  • İstənilən boşluq nə iləsə doldurulacaq.

K[redaktə]

  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir.

M[redaktə]

  • Mən tənhalığı sevmirəm. Sadəcə olaraq yersiz tanışlıqlara yol vermirəm… Yersiz olaraq bu insanlara görə məyus olmamaq üçün.

N[redaktə]

  • Nə qədər çalışırsan çalış, dözülməz olan dözülməzdir.

S[redaktə]

  • Sevgisiz dünya qapalı pəncərənin arxasındakı külək kimidir. Nə toxuna, nə içinə çəkə bilirsən.

T[redaktə]

  • Tənha fikirlərini heç kim ilə bölüşə bilmədikdə, onlar səni öz aralarında bölməyə başlayır.
  • Toystoyun dediyi kimi "Xoşbəxtlik bir alleqoriya, bədbəxtlik isə hekayədir."

U[redaktə]

  • Uzaqdan baxdıqda istənilən şey gözəl görünür.

Ü[redaktə]

  • Ürəkdən kənara çıxa bilməyəcək heç bir sirr yoxdur.

Y[redaktə]

  • Yaddaş insanı daxildən isidir, eyni zamanda da parçalamağa başlayır.