Bəxt
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adi ehtiyacla yanaşı, sevgi-böyük tərbiyəçidir. Yaxınların sevgisi, bəxti gətirməyən insanı ehtiyac səbəbindən yaranan qanunlara riayət etməyə vadar edir. Çünki, əks təqdirdə bu qanunların pozulması müəyyən bir cəzaya səbəb ola bilər. Ziqmund Freyd
B
[redaktə]- Başa düşürəm, oyunda piyada olduğunuz təəssüratı yarana bilər. Bəli, belə bir fikir ağla gələ bilər. Ancaq razılaşın ki, siz bəxti gətirən piyadalarsınız. Siz daha mövcud olmayan ab-havasınız. Bu dünyada hərdən belə şeylər olur. Nə etmək olar?! İnsanların fikirləri, hissləri gah bir tərəfə doğru hərəkət edir, gah o biri. Belə alındı ki, siz bu prosesin müəyyən bir vaxtında böyüdünüz. İşiquro Kazuo
- Bəxt üz döndərəndən adamlar da üz döndərər. Amxar atalar sözləri
- Bəxti taxta dəyişmə. Kürd atalar sözləri
- Bəxtindən şikayət etmə, bunu axmaqlar edər. Haruki Murakami
- Bəxtli adamın xoruzu da yumurtlar. Rus atalar sözləri
K
[redaktə]- Keçəlin bəxti yaxşı olar. Azərbaycan atalar sözləri/K
Q
[redaktə]- Qətiyyətsiz adam, bəxtsiz adam. Başqırd atalar sözləri
Ö
[redaktə]- Öz bəxtindən küs. Azərbaycan atalar sözləri/Ö
S
[redaktə]- Seçimimə görə yox, bəxtimə görə macəraçıyam. Vinsent van Qoq
Ş
[redaktə]- Şeytanlıq eyləyib kim ara vursa, Bəxti üz döndərər, o görər cəza. Sədi
V
[redaktə]- Vaxtını itirən, bəxtini itirər. Azərbaycan atalar sözləri/V
Y
[redaktə]- Ya taxt, ya bəxt. Türk atalar sözləri
Z
[redaktə]- Zəhmət bəxt gətirər. Özbək atalar sözləri