Volter
Görünüş
Volter | |||
Doğum tarixi | 21 noyabr 1694 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 30 may 1778 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Panteon, Abbaye de Sellières | ||
|
Volter (Fransızca: François-Marie Arouet; 21 noyabr 1694, Paris — 30 may 1778, Paris) — XVII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acgözlük sevgidən də kordur.
- Adamlar əldə etdikləri pis hərəkətlərdən heç vaxt vicdan əzabı çəkmirlər.
- Axıra kimi danışmaq darıxdırmağın ən düzgün üsuludur.
- Ağıl mənə Allahın mövcud olduğunu deyir. Bununla yanaşı, ağıl mənə bunun nə olduğunu heç vaxt bilməyəcyimi də deyir.
- Ağılla yalan danışmağı bacarmayan düşmənlərə malik olmaq böyük xoşbəxtlikdir.
- Allah böyük batalyonların yox, yaxşı atıcıların tərəfindədir.
- Allah insanı öz simasına və bənzərinə görə yaratdı, insan da eyni tərzdə Ona əvəzin verdi.
- Allah, məni dostlardan qoru, düşmənlərlə özüm bacararam.
- Allah olmasaydı, onu uydurmaq lazım gələrdi.
- Allah öz keşişinin kütlüyünə görə heç də əzab çəkməməlidir.
- Allaha inanmaq mümkün deyil, ona inanmamaq isə mənasızlıqdır.
- Allaha qarşı günah işlədənlər o dünyada, insanlara qarşı günah işlədənlər isə bu dünyada cəzalanmalıdır.
- Artıqlıq son dərəcə zəruri bir şeydir.
- Astronomiya üçün astrologiya nədirsə, din üçün xurafat odur: sağlam ananın dəli qızı.
- Ateizm — ağıllı, xurafat isə axmaq adamların qüsurudur.
- Azad olmaq — zövq verən şeyi etmək deməkdir.
- Azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz.
B
[redaktə]- Başqasının fikrini oğurlamaq pul oğurlamaqdan da ağır cinayətdir.
- Başqasının sirrini vermək satqınlıq, özünün sirrini vermək isə axmaqlıqdır.
- Bərabərlik, ən təbii, eyni zamanda xam xəyal kimi bir şeydir.
- Bərabərsizlik yox, asılılıq ağırdır.
- Biganə adam düşməndən qorxuludur.
- Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.
- Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalı, qəti qərara gəlmək isə gülüncdür.
- Bir kişinin bir qadına aşiq olması kifayətdir ki, dünya necə varsa, elə də olsun.
- Bir kişinin qadını sevməsi yetərli oldu ki, dünya olduğu kimi olsun.
- Bir ölkədə oğurluq rəsmiləşsə, həmin ölkə dağılar.
- Birinci ittiham atılır, ikinci toxunur, üçüncü yaralayır və dördüncü öldürür.
- Biz bu dünyanı tapdığımız kimi axmaq və qəddar tərk edəcəyik.
- Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq.
- Biz öz bağımızı becərməliyik. İnsanı Eden bağına qoyduqda, onu işləmək üçün oraya qoydular ki, bu da insanın istirahət üçün doğulmadığını sübut edir.
- Biz özümüz haqqında heç nə bilmirik: hərəkətin, həyatın, duyğuların və düşüncənin nə olduğu barədə aydın təsəvvürümüz yoxdur, materiyanın elementləri də bizə məlum deyil: biz əl havasına hərəkət edib, dumanlı mülahizələr söyləyən korlarıq.[1]
- Bizi həmişə öyrədirlər: olanla kifayətlənin, bundan artıq heç nə ummayın, marağınızı ram edin, narahat ruhunuzu itaətə gətirin. Hələ də mağaralarda yaşayırıq.
- Bizim bütün tariximiz hamının razılaşdığı uydurmadır.
- Böyük çəkişmələr dini fanatizm qədər cinayət törətmir.
- Böyük insanlar haqqında onun böyük əməllərinə əsasən deyil, buraxdıqları səhvlərə əsasən fikir yürüdürlər.
- Böyük işlər həmişə böyük maneələrlə müşayiət olunur.
- Böyük kədərlər həmişə qarşısı alınmaz tamahkarlığın meyvəsi olur.
- Bu dünyada uğuru yalnız qılınc sayəsində qazanır və əldə silah ölürlər.
- Bu dünyanın bütün nemətləri bir yaxşı dosta dəyməz.
- Bütün ağıllı və ləyaqətli insanları öz ətrafına yığa bilməyən hökmdar sərkərdəsiz orduya oxşayır.
- Bütün əksliklər qadının ürəyində cəmləşir.
- Bütün əsas xarici dilləri altı ilə öyrənmək olar, amma öz dilini öyrənmək üçün bir ömür bəs etməz.
- Bütün mənim səylərim ağılsızlığı insanlarda öldürmək və onlara dürüstlük əlavə etmək üçündür.
- Bütün ölkələrdə fəzilət və qüsur, mənəvi xeyir və şər cəmiyyət üçün faydalı və ya ziyanlı olması ilə müəyyən edilir.
- Bütün sənətlər qardaşdır, biri digərinin ziyası altında irəliləyir.
- Bütün ziddiyyətlər qadın ürəyində cəmləşir.
C
[redaktə]- Cahilə həvalə edilmiş kitabxana, hərəmxananı hərəmağasına tapşırmaq kimi bir şeydir.
- Camaatın gözündə səhvi olan qalib general həmişə haqlı, hərəkət tərzi düzgün olsa da, məğlub general həmişə haqsız olur.
- Cəmiyyətdə xurafatçılar qoşunda qorxaqlar kimidir. Onlar qorxunu hiss edir və başqalarında da vahimə yaradırlar.
- Cəmiyyətdən kənar insan əxlaqa malik ola bilməz.
- Ciddi olmaq gözəldir — lakin biganə olmaq lazım deyil.
- Coğrafiya yeganə incəsənətdir ki, son yaranmışları həmişə daha yaxşı olur.
Ç
[redaktə]- Çalışmaq bizi bu üç bəladan qurtarar: Can sıxıntısından, pis vərdişdən, yoxsulluqdan.
- Çox dil bilmək bir neçə qıfılın açarlarını əldə etmək deməkdir.
- Çox güman ki, boşanma da nikah kimi çox qədimdir. Amma mən hesab edirəm ki, nikah, boşanmadan bir neçə həftə qədimdir.
- Çoxları səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.
- Çoxlu şahidin yanında ölən həmişə cəsarətlə ölür (XIV Lüdovikin ölümü).
D
[redaktə]- Darıxdırıcı janrdan başqa bütün janrlar gözəldir.
- Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik.
- Dində də ehtiraslı oyun da olduğu kimi olur — sadəlövh daxil olub hiyləgər çıxırsan.
- Dini doqma həmişə yalnız filosoflar tərəfindən təkzib ediləndə təhlükəsiz olur. Kainatın bütün akademikləri xalqın inancında heç nə dəyişə bilməz.
- Dinləyən danışanı başa düşməyəndə , danışan isə nə dediyini bilməyəndə bu fəlsəfədir.
- Doğru olanın kəşfi və yaxşı olanın tətbiqi fəlsəfənin ən mühüm iki məqsədidir.
- Dostluq iki ruhun evlənməsidir; bu izdivacda boşanma, yaxud ayrılığı dilə gətirmək belə günahdır.
- Dövlət adamını müstəsna bəsirət yox, xarakter yaradır.
- Dövləti xilas etmək üçün böyük bir insanın olması kifayətdir.
- Dövləti pul, maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəiflədir.
- Dövləti zəif edən amil pulun azlığı yox, istedadların azlığıdır.
- Dünyada təsadüf yoxdur, bu dünyada hər şey ya sınaqdır, ya cəzadır, ya mükafatdır, ya da vəhydir.[2]
E
[redaktə]- Ehtiraslar -gəmi yelkənlərini dolduran küləklərdir. Bəzən bunlar gəmini batırır, lakin onlarsız gəmi üzə bilməzdi. Dünyada hər şey təhlükəlidir və hər şey zəruridir.
- Elm adamlarının qiymətinin bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər.
- Elmi abidələr sökülmür.
- Eşq bütün ehtirasların ən güclüsüdür, çünki o, eyni zamanda başı, ürəyi və bədəni zəbt edir.
- Evlilik ağacların peyvənd edilməsinə oxşayır. Peyvənd tutarsa, daha çox və daha keyfiyyətli məhsul əldə edilir. Peyvənd tutmazsa, heç cür meyvə də yetişmir.
Ə
[redaktə]- Ədalətsiz qaydaların tətbiqi xalqa edilən ən böyük zülmdür.
- Əbədiliyə kiçik yüklə gedirlər.
- Əgər Allah bizim özümüzdə yoxdursa, o heç yerdə yoxdur.
- Əgər Allah insanı özünə bənzər şəkildə yaratdısa, insan da ona haqqını eyni cür ödədi.
- "Əgər Allah olmasaydı, onu icad etmək lazım idi". Ancaq bütün təbiət yüksək səslə onun var olduğunu qışqırır: ali bir zəka, böyük bir güc, heyranedici bir nizam var və hər şey bizə ondan asılılığımızı öyrədir.
- Əgər xalq tirana qarşı ayağa qalxmırsa, onda tiran xalqa qarşı daha da qəddarlaşacaqdır.
- Əgər İngiltərədə bir din olsaydı, o zaman onun zülmündən ehtiyat etmək lazım olardı. Əgər din iki olsaydı, o halda hər iki dinin nümayəndələri bir-birinin boğazını kəsərdi. Amma orada otuz din var və ona görə də onlar bərəkətli dünyada yaşayırlar.
- Əgər onun öldüyü həqiqətdirsə, o, böyük vətənpərvər, humanist bir insan, həqiqi dost idi.
- Əgər sən məşhursansa, təvazökarlıq ən məşhur üstünlüyündür.
- Əgər Tanrı var olmasaydı, onu icad etmək lazım olardı.
- Əksər insanlar üçün islah olmaq öz çatışmazlıqlarını dəyişmək deməkdir.
- Ən faydalısı isə oxucunu əlavə etməyə məcbur edən kitablardır.
- Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir.
- Ən xurafatlı dövrlər həmişə ən dəhşətli cinayətlər dövrü olub.
- Əsl igidlik fəlakət anında özünü büruzə verir.
- Əsl təriflər — bu, ölülərin balzamlanması üçün ruhların qoruduqları təriflərdir.
- Əsrin əvvəlindən bəri Avropada iki yüzdən çox müntəzəm döyüş baş verib <…>. Ən səs-küylü və ən qanlı qələbələrin bir neçə kiçik ərazini zəbt etməkdən başqa heç bir nəticəsi olmadı, sonra sülh müqavilələri ilə geri qayıtdı və yeni döyüşlər bahasına yenidən fəth edildi. Tez-tez yüz minlərlə ordu vuruşurdu, lakin ən fırtınalı səylərin nəticəsi yalnız zəif və keçici bir uğur idi: kiçik əməllər üçün böyük vasitələrdən istifadə edildi. Müasir xalqların tarixində elə bir hal olmayıb ki, müharibə etdiyi pisliyi hansısa yaxşılıqla kompensasiya etsin; Poltava qələbəsinin nəticəsi isə dünyanın ən böyük imperiyasının çiçəklənməsi oldu.
F
[redaktə]- Fanatizm özünü dinin oğlu adlandırmağa cəsarət edən bir canavardır.
- Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz.
- Filosoflar üçün metafizik sistemlər qadınlar üçün roman kimi bir şeydir.
- Fransızlar tez danışır, ləng hərəkət edirlər.
G
[redaktə]- Gec olsun, pis olmasın.
- Göz yaşları iztirabın səssiz təzahürüdür.
- Göz yaşları—lal nitqdir.
- Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir.
- Gözəl olanların sübuta ehtiyacı yoxdur.
H
[redaktə]- "Hamlet"də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın!
- Hansısa bir müəllif yazdığı faciəni Volterə təqdim edib ona faciə barədə fikrini bildirməyi xahiş edir. Volter əlyazmanı oxuyub belə cavab verir: "Belə bir faciə yazmaq çətin deyil. Çətinlik, müəllifə nə cavab verilməsindədir".
- Heç bir yazıçı öz yazılarında xəta olmadığını iddia edə bilməz. Yalnız yazıçı olmayanlar o cür düşünə bilərlər.
- Heç kim dünyaya hüquq və ədalət haqqında hazır anlayışlarla gəlmir. Ancaq insan təbiəti elə qurulmuşdur ki, müəyyən bir yaşda bu həqiqətlər təbii olaraq yaranır.
- Heç vaxt böyük çətinliklər olmadan böyük işlər olmur.
- Həddsiz kiçik insanlar həddsiz təkəbbürlü olurlar.
- Həkim — bu, az başa düşdüyü dərmanları heç nə başa düşmədiyi orqanizmə verən insandır.
- Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin.
- Həqiqəti xəbər vermək, faydalı olan şeyləri insanlara təklif etmək, təqibə məruz qalmağın ən yaxşı üsuludur.
- Həqiqəti sev, amma yanlışlıqlara da dözümlə yanaş.
- Həqiqi aşiqləri nəinki məsafələr, heç ölüm də ayıra bilməz.
- Həqiqi cəsarət fəlakət vaxtı üzə çıxır.
- Həqiqəti üzə çıxarmaq üçün həm müsbət, həm də mənfi rəy və münasibətləri nəzərə almalıyıq.
- Həmişə həzz almaq, deməli hec də həzz almamaq.
- Hər bir adamın xarakterində nifrət oyadıcı vəhşi heyvan hissiyyatı gizlənir. Yalnız az bir hissə bu hissiyatın öhdəsindən necə gəldiyini boynuna alır.
- Hər insan, etmədiyi bütün yaxşılıqlardan günahkardır.
- Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır.
- Hər yerdə birinci məşğuliyyət sevgidir, ikinci – qeybətdir və üçüncü boşboğazlıqdır.
- Hər zaman həzz almaq — həzz almamaq deməkdir.
- Hərislik bir qayığın yelkənini şişirdən küləyə bənzər. Çox olarsa — qayığı batırar, az olarsa — qayıq olduğu yerdə qalar.
- Hətta qorxaqlar üçün əlçatan olan nikah yeganə və təhlükəli macəradır.
- Həyat insanların minnət qoymadan aldığı, çəkinmədən istifadə etdiyi, şüursuz olaraq başqalarına ötürdüyü və fərqinə varmadan itirdiyidir.
- Həyat tarlasına nə əksən, onu da biçərsən.
- Həyat uşağa bənzəyir: Yatmasını istəmirsənsə, gərək başını qarışdırasan.
- Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan və başlanğıcı isə gülməli olur.
- Homerin və Gesiodun dövründə yaxşı kitab bizim vaxtlarımızda olduğu kimi nadir şey idi.
- Hökumət səhv edəndə haqlı olmaq təhlükəlidir.
X
[redaktə]- Xalq tirana qarşı ayağa qalxmırsa, onda tiran xalqa qarşı daha da qəddarlaşacaq.
- Xeyirxahlıq sübut tələb edir, gözəllik isə onları tələb etmir.
- Xəstəliyin ən kəsərli dərmanı işdir.
- Xilas olmaq üçün başqalarının köməyini gözləyən insanlar yalnız kölələrdir.
- Xoşbəxtlik axtaran adam evi olduğunu bilən, lakin heç cür onu tapmayan sərxoş insana bənzəyir.
- Xoşbəxtlik hər zaman arzudur — bədbəxtlik isə həmişə realdır.
- Xoşbəxtlik- həzzin bir neçə hissəsindən təşkil edilmiş mücərrəd ideyadır.
- Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət.
- Xurafat səfehlərin ağlıdır.
İ
[redaktə]- İdeal hökumət mümkün deyil. Çünki, insanlar müxtəlif ehtiraslara malikdir. Əgər bu ehtiraslar olmasaydı, hökumətə də ehtiyac olmazdı.
- İdrak — keçmiş, indiki və gələcək fikirlərin qaynağından ibarət uzun bir zəncirdir.
- İnam- bu, ilahiyyatın insan zəifliyi üzərində qələbəsidir.
- İngiltərədə tək bir din olsaydı, despotizm təhlükəsi olardı, iki din olsaydı, bir-birinin boğazını kəsərdilər, amma otuz dindar dinc və xoşbəxt yaşayırlar.
- İnkişaf etmiş cəmiyyətlər yeniliyə fürsət kimi, geri qalmış cəmiyyətlər təhlükə kimi baxır.
- İnqilabı heç vaxt iyirmi böyük cildlər yox, iyirmi kiçik cib kitabçaları edəcək.
- İnsan dünyaya gələndə müharibəyə gəlir.
- İnsan həmişə padşahların tarixini yazır, xalqların yox. Elə bil, on dörd əsr ərzində Qalliyada yalnız padşahlar, nazirlər və sərkərdələr olub. Məgər bizim adətlərimiz, qanunlarımız, ruhlarımız heç bir məna kəsb etmir?
- İnsan hərəkət üçün yaranıb. Hərəkət etməmək və mövcud olmamaq insan üçün eyni şeydir.
- İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.
- İnsan təbiəti üçün ən yöndəmsiz, ən alçaldıcı və ən zərərli zülmkarlıqlar keşişlərin zülmkarlığıdır.
- İnsan zəka qarşısında əyilir, amma şəfqət qarşısında diz çökür.
- İnsanlar arasında Allah ideyası onların dinləri və qanunları qədər müxtəlifdir. Bütün insanlar Allah haqqında biliklə yox, bir burun, beş barmaqla doğulurlar. Kədərlidir ya yox, amma insan dünyaya məhz bu cür gəlir.
- Insanlar bərabər doğulmuşlar, onları bir-birindən əxlaqları ayırır.
- İnsanlar öz ağıllarından yalnız axmaq əməllərinə bəraət qazandırmaq, dillərindən isə fikirlərini gizlətmək üçün istifadə edirlər.
- İnsanlar yeməyə çörək və yatmağa yer tapan kimi düşünməkdən qaçırlar.
- İstəyirəm ki, nağıl inandırıcı olsun, ardıcıl olmayan yuxu kimi olmasın ki, orada nə bayağılıq, nə də cəfəngiyyat olmasın. Və ən çox istəyirəm ki, fantastika pərdəsi altında nüfuz edən göz onda adi bir varlıq üçün əlçatmaz olan hansısa dərin həqiqəti görsün. Günəşi, ayı istədikləri kimi çevirən cadulardan bezmişəm; rəqs edən dağlar; arxaya axan çaylar; dirilən ölülər və digər cəfəngiyyatlar; bütün bunlar təmtəraqlı və tutarsız üslubda deyildikdə xüsusilə dözülməz olur.
- İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir.
- İş ideya üçün yaranmır — ideya iş üçün yaranır.
- İzah edilən hər bir zarafat gülməliliyini itirir. İncə zarafatı şərh edən adam sadəcə olaraq səfehdir.
- İzah olunmuş zarafat zarafatlığını saxlaya bilmir.
J
[redaktə]- Jurnalist qələmi möhkəm və iti baltaya bənzəyir; o sanki dünyanı dağıdıb, yeni bir dünya yaratmaq üçün düzəldilib.
K
[redaktə]- Kasıblıq yox, nifrətdir dözülməz olan. Mən heç nəsiz yaşaya bilərəm, amma bunun kiminsə bilməsini istəmərəm.
- Keçmişin canilərinə, xurafatın və fanatizmin məşhur banilərinə, səcdəgahda əlinə bıçaq alıb onların əqidəsini qəbul etmək istəməyən inadcıl adamları qurban verənlərə qarşı səsimizi niyə qaldırmayaq?
- Kədərin öz ləzzəti var, təhlükənin də cazibəsi var.
- Kəskin qısqanclıq ona rəhbərlik edən şübhənin ardınca yanlış addımlarla addımlayır. Onun qarşısında əlində xəncər, zəhərini tökə-tökə nifrət və qəzəb, ardınca isə peşmanlıq gedir.
- Kiçik çaylar dayaz olduqlarına görə şəffaf olurlar.
- Kiçik insanlar təkəbbürlü olurlar.
- Kiçik maşınlar böyük maşınlardan daha yaxşı işləyirlər. Çünki, böyük maşınlarda sürtünmə daha güclüdür. Dövlətlərə münasibətdə də bu cürdür.
- Kifayət qədər əsaslandırılmamış inam –səhv fikirdən pisdir.
- Kitabın vərəqləri bizi aydınlığa çıxaran qanadlar kimidir.
- Kitablar bizim ocaqlarımızdakı od kimidirlər: biz onları kimdənsə götürür, ocağımızı qalayır, sonra başqalarına ötürürük. Nəticədə onlar hamının malına çevrilir.
- Kişi evin beyni, qadın isə ürəyidir.
- Kişilərin bütün dəlilləri bir qadının fikrinə dəyməz.
- Kişinin bütün mühakimələri qadının bir hissinə dəyməz.
- Kor, sevgini yox, özünə vurğunluğu təsvir etməlidir.
- Köhnə pislik qədər hörmətli olan heç nə yoxdur.
- Krallar öz nazirlərinin işləri barədə qurumsaqların öz arvadlarının işləri barədə bildiklərindən çox bilmirlər.
Q
[redaktə]- Qadın geyinən, çərənləyən və soyunan insan məxluğudur.
- Qadın yalnız özünün yaş sirri kimi bir sirr saxlaya bilər.
- Qadınların gücü kişilərin zəifliyindədir.
- Qadınların və kralların bizə göstərdikləri mərhəmət barəsində ucadan danışmaq lazım deyil.
- Qara camaat düşünməyə başlayanda hər şey məhv olur.
- Qeyri-müəyyənlikdə asılmaqdan xoşagəlməz heç nə yoxdur.
- Qəribədir, amma fransızlar yazmağı öyrənəndən bəri, ta 1656-cı ilə qədər, yəni "Lettres provinciales" (Blez Paskalın əsəri) yaranana qədər bir dənə də fərli kitab ortaya çıxarmayıblar.
- Qızlar hiss etməyi, oğlanlar düşünməyi öyrənməkdən daha öncə öyrənirlər.
- Qocalıq, axmaq üçün yük, cahil üçün qış fəsli, elm adamı üçün isə qızıl biçindir.
- Qocalıq, kədərlənmək, dərd-qəm çəkmək üçün yaradılıb. Amma o kifayət qədər ağıllı olmalıdır ki, bütün bu kədəri, qəm-qüssəsini sakit keçirə bilsin.
- Qorxuram ki, yer kürəsi kainatın sarı evidir.
L
[redaktə]- Lüğət, əlifba sırası ilə düzülmüş kainatdır.
- Lüğətləri lüğətlərdən tərtib edirlər.
M
[redaktə]- Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər.
- Metafiziklər və dindarlar gözləri bağlı halda döyüşməyə məcbur edilən qladiatorları xatırladır.
- Mədəmiz fikirlərimizə təsir etsə də, ən yaxşı mədəsi olanlar ən yaxşı mütəfəkkir olmurlar.
- Məktəbdə oxuduqları ilə kifayətlənənlər yalnız tərbiyəçiləri ilə danışa bilən uşaqlara bənzər.
- Mən almanlar barəsində pis yox, əksinə daha yaxşı fikirdəyəm. Amma onlardakı bir böyük çatışmazlığı qəbul edə bilmirəm. Onlar həddindən artıq çoxdurlar.
- Mən gözəl və üzüyola qadınların dəlisiyəm.
- Mən həqiqətin dostuyam amma heç də onun məzlumu olmağı arzu etmirəm.
- Mən insanın, eləcə də təbiətin dərkedilməz, insanda olan açıq ziddiyyətlərin başqa şeylərdəki ziddiyyətlərdən heç də az olmamasını qəbul edirəm.
- Mən qələbə nəticəsində zənginləşən xalq tanımıram.
- Mən siyasətçilərdən, həyat yoldaşına və ya maliyyə vəziyyətinə nəzarət edə bilməyən, lakin yenə də bütün dünyanın işlərinə nəzarət etmək istəyən insanlardan bezmişəm.
- Mən sizin məsləklərinizi bölüşmürəm, amma sizin onları bildirməyiniz üçün həyatımı qurban verərəm.
- Mən yalnız bəzəriyyətə böyük xidmətlər göstərən adamları dahi adlandırıram.
- Məşhurlaşmış ad çox ağır yükdür və bir çox böyük insanlar bu ağır yükün altında sınırlar.
- 1779-cu ildə Volter İsveçrədən Parisə gedir. Şəhər zastavasında onu saxlayıb rüsum qoyulan malın olub — olmadığını soruşurlar. "Cənablar, mənim ekipajımda özümdən başqa heç bir qaçaqmal yoxdur"- deyə Volter cavab verir.
- Monarxiya, ən pis idarəetmə növlərinin ən yaxşısıdır.
- Möhkəmlik ağılın cəsarətidir. O, aydın qətiyyətə, inadkarlıq isə korluğa səbəb olur.
- Mövhumat — bəşər nəslinin ən dəhşətli düşmənidir.
- Mövhumatı ələ salıb gülməkdən qorxmayın. Mən mövhumatı öldürmək üçün ona gülməkdən yaxşı üsul bilmirəm. Gülməli, gülünc şey təhlükəli ola bilməz.
- Müqəddəs Roma imperiyası adlanan dövlət quruluşu nə müqəddəs, nə roma, nə də imperiya idi.
N
[redaktə]- Namuslu adamı təqib etmək olar, ancaq şərəfini tapdamaq olmaz.
- Nə dediyini bilməyən həmişə pis danışır.
- Nikah, utancaqlar üçün əlçatan olan yeganə macəradır.
O
[redaktə]- O insan heç nəyə yararlı deyil — hansı ki yalnız özünə yararlıdır.
- Oxucu gözlərinin hakimi dinləyici qulaqların hakimindən daha ciddi olur.
- Oxumaq müstəqilliyin açarıdır.
Ö
[redaktə]- Ölkənin zənginliyi əhalisinin sayından və onların əməyindən asılıdır.
- Ölüm ayağında olan Volterə şeytandan üz döndərməyi təklif edirlər. Volter deyir: "İndi yeni düşmənlər qazanmağın vaxtı deyil".
- Öz axmaqlığını görmürsənsə-axmaqsan, görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən.
- Öz istəklərinə sərhəd qoymağı bacaran həmişə varlıdır.
- Öz nəfsinə hakim olan, dünyaya hökm edə bilər.
- Öz pərəstişkarlarıma: siz məni qızılgüllərlə boğmaq istəyirsiniz.
- Özgə sirrini vermək satqınlıq, öz sirrini vermək isə axmaqlıqdır.
- Özgəsinin sirrini başqasına etibar etmək xəyanət, öz sirrini etibar etmək isə axmaqlıqdır.
- Özüm haqqında: Mən Tanrı ilə birlikdə baş əyirəm, amma söhbət etmirəm.
- Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən.
- Özünü dəyişməyin necə çətin olduğunu fikirləşsən, başqalarını dəyişmək üçün sənin imkanlarının nə dərəcədə miskin olduğunu başa düşərsən.
P
[redaktə]- Paxıllıq ürək üçün zəhərdir.
- Pal-paltar təkcə fiquru yox, xasiyyəti də dəyişir.
- Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin.
- Pislik etmək imkanı gündə yüz dəfə, yaxşılıq etmək imkanı isə ildə bir dəfə yaranır.
- Poeziya az sözlərin köməyi ilə nəsrdən daha çox danışa bilir.
- Poeziya ruhun musiqisidir.
- Pul haqqında söhbət edilən yerlərdə hər kəs eyni inama malik olur.
- Pul mövzusuna gələndə, hamı eyni dindəndir.
- Pulun dəyəri dövlətin nəbzidir və onun gücünü öyrənmək üçün ən düzgün vasitədir.
R
[redaktə]- Rəqabət — dahilik üçün qidadır.
- Rəqəmlər aləmi nə qədər az başa düşürlərsə, onlar bir o qədər əzəmətli olur.
- Ruhun əbədi olması ehkamı insan ruhunun qəbul edə biləcəyi ideyaların ən təsəllivericisi, eyni zamanda ən qorxuncudur.
- Russonun "İnsanlar arasında bərabərsizliyin mənşəyi haqqında mülahizə" traktaktı haqqında: sizin kitabınızı oxuyanda iki əli və iki ayağı üstdə qaçmaq həvəsinə düşürsən.
S
[redaktə]- Sadəcə olaraq axmaq olmaq bu dünyada uğur qazanmaq üçün kifayət deyil. Bunun üçün yaxşı maneraya da malik olmaq lazımdır.
- Sağalmaq ümidi — sağalmağın yarısıdır.
- Sağlamlıq kimi, azadlığın da əsl qiymətini yalnız sonralar bilirsən.
- Səhər plan qurur, gündüzlər isə axmaqlıq edirəm.
- Sivilizasiya barbarlığı ləğv etmir, onu təkmilləşdirir.
- Siyasət, bütün zamanlarda ədalətin şikayət etdiyi sui-istifadəni qoruyub saxlayıb.
- Sizi absurdlara inandıra bilənlər sizə vəhşiliklər törədə bilər.
- Sizin qulaqlarınız çox əxlaqidir, xasiyyətləriniz isə çox pozğundur.
- Son dərəcə kiçik insanlar son dərəcə böyük qürura malikdirlər.
Ş
[redaktə]- Şərəf, fəzilətin əlindəki brilyantdır.
- Şiddətli qısqanclıq hərislikdən və şöhrətpərəstlikdən çox cinayət törədir.
T
[redaktə]- Tanrı məni dostlarımdan qorusun; düşmənlərimdən mən özümü qoruyaram.
- Tanrının insana ən gözəl hədiyyəsi çalışmaq məcburiyyətidir.
- Tarix bütün dünya cinayətlərinin öyrənilməsidir.
- Tarix cinayətlərin, axmaqlıqların və bədbəxtliklərin məcmusudur ki, onların arasında bəzi fəzilətlər, bəzi xoşbəxt vaxtlar müşahidə olunur, necə ki, vəhşi səhrada orda-burda insan məskənləri var.
- Tarix millətlərin tarlalarıdır. Hər millət keçmişdə bu tarlaya nə əkmişsə, gələcəkdə onu biçər.
- Tarixçi hadisələri dəyişdirmədən, olduğu kimi göstərməyə çalışmalıdır.
- Təbii olan gözəldir.
- Təhlükəli olduğuna görə insanı ehtiraslardan məhrum etməyi istəyən adam, beyin iflicinə səbəb olduğunu əsas gətirərək insanın bütün qanını almaq istəyən adama bənzəyir.
- Təhsil, qabiliyyəti inkişaf etdirir, amma onu yaratmır.
- Təmiz adamı təqib etmək olar, lakin hörmətdən salmaq olmaz.
- Təmiz vicdan böhtandan qorxmur.
- Tənbəllər həmişə vasitəçi insan olurlar.
- Təvazökarlıq qürurun pəhrizidir.
- Tibb sənəti, təbiət xəstəliyi sağaldana kimi vaxtını keçirməyə xəstəyə kömək etməkdən ibarətdir.
- Tolerantlıq nədir? Tolerantlıq insanlığın bir parçasıdır. Hamımızın xəta və qüsurları vardır. Gəlin qarşılıqlı şəkildə bir-birimizin xəta və qüsurlarını bağışlayaq. Çünki tolerantlıq yaranışın ilk qanunudur.
U
[redaktə]- Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidir.
Ü
[redaktə]- Ümidsizlik, döyüşlərdə tez-tez qalib gəlib.
- Ürək qocalmır, amma ilahini xarabalıqlarda yerləşdirmək necə də əzablıdır!
V
[redaktə]- Vaxtı ilə Roma təqvimi qeyri-adi dərəcədə dolaşıq idi. Roma sərkərdələri həmişə qalib gəlirdilər, amma bunun hansı gündə baş verdiyini bilmirdilər.
- Vəhşi qısqanclıq özünə maraq və şöhrətdən daha çox cinayət törədir.
- Vəhşilər xaric, bütün insanlar, kitabların hökmü altındadır.
- Vətən, ruhun əsir olduğu yerdir.
- Vətənə olan sevgim məni xaricilərin xidmətlərinə göz yummaga məcbur etmir. Əksinə, mən vətənimi nə qədər çox seviriəmsə, onu yerin altından çıxmayan zənginliklərlə bir o qədər zənginləşdirməyə çalışıram.
- Vicdan əzabı cinayətkarda sonradan qalan yeganə hissdir.
- Vicdanlı insanın ən böyük həzz alma hissi dostlarına həzz bəxş etmək hissidir.
- Volterə xəbər verdilər ki, doktor Qallerin işləri barədə Volteron fikrindən fərqli olaraq, doktor Qaller onun işləri barədə yaxşı fikirdə deyil. "Ola bilər, səhv etmək insana xas olan bir xüsusiyyətdir. Çox güman ki, biz ikimiz də səhv edirik"- deyə Volter cavab verir.
Y
[redaktə]- Yalnız müdrik insan kədərli həyat tərzi sürər.
- Yalnız öz işinə yarayanlar heç nəyə yaramazlar.[3]
- Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur.
- Yaxşı əsərlər kimi, yaxşı xarakterlər də ilk tanışlıqdan yox, sonradan tanınar.
- Yaxşı xəbər həmişə gecikir, pis xəbərlər isə tez yayılır.
- Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.[4]
- Yaxşı yazan müəlliflərin əsərləri oxuyaraq yaxşı danışmağa öyrənirik.
- Yaşa dolduqca bütün ehtiraslar ölür, ancaq özünü sevmə, eqoizm heç vaxt ölmür.
- Yaşadığımız hər günün dəqiqəsini özümüzə sərf etsək, gələcəyim üçün arxayın ola bilərik.
- Yaşamaq, deməli işləmək. Əmək insanın həyatıdır.
- Yeni bir şey görmək və etmək böyük zövqdür.
- Yeni yolla gedən insanın zəkasından nadir heç nə yoxdur.
- Yoxsulluq yox, ona nifrət dözülməzdir. Mən heç nəsiz keçinə bilərəm, amma mən istəmirəm ki, bu haqda bilsinlər.
Z
[redaktə]- Zarafat o vaxt yaxşıdır ki onu isti-isti edirlər.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.
İstinadlar
[redaktə]- ↑ Xəzinə. Bakı, 1997. səh.10
- ↑ Xəzinə. Bakı, 1997. səh.9
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.214
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.