Məzmuna keç

Cəsarət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Afrika mənşəli amerikalıların əsarət altına alınması qaçılmaz tarixi fakt olsa da , onların ölüm təhlükəsi qarşısında göstərdikləri cəsarət, aşılmaz kimi görünən çətinliklər qarşısındakı gücləri, başqalarını imansız ümidsizliyə sürükləyən şəraitlə qarşılaşdıqda imanları və onların zalım şəraitdə gözəlliyin və dahiliyin oyadan olması da həvəsləndirmirdi. Aberjhani
  • Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
  • Cəsarət ayağa qalxıb danışa bilmək olduğu kimi; cəsarət eyni zamanda oturub dinləməyi də bilməkdir. Uinston Çörçill
  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
  • Cəsarət elə bir fəzilətdir ki, bütün insanlar onun ləzzətini dadmalıdırlar. S.Smayls
  • Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir. S.Smayls
  • Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Uinston Çörçill
  • Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır (Yavuz Sultan Səlim)
  • Cəsarət - qəhrəmanlığın aynasıdır. Türk atalar sözü.
  • Cəsarət qüvvətlə birləşəndə bir az artar. Aristotel
  • Cəsarəti dəstəkləməyin özü də cəsarətdir. Karl Veber
  • Cəsarətin bitdiyi yerdə əsarət başlayır Azərbaycan atalar sözləri/C
  • Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur. Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb. Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır. Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
  • Qəlbində əsil inam və cəsarəti olan her zaman qalib gəlir. Əmir Xan
  • Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [1] Con Lokk
  • Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər. Cəvahirləl Nehru

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər, Bakı, 2005